AŞPA-nın riyakar mövqeyi
26.01.2024 [10:47]
1949-cu ilin 10 avqustunda yaradılmış AŞPA-nın əsas funksiyası Avropa Şurasının parlament qolunu yerinə yetirməkdir. Həmin funksiya Avropa İttifaqı, Avropa Şurası və AŞPA-nın özünün rəsmi sənədləri ilə müəyyən olunub. Sənədlərə görə, AŞPA insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini müdafiə etməlidir. Bəli, sənədlərdə belədir. Amma əməldə isə tamamilə başqa vəziyyət hökm sürür. Bu təşkilat bir sıra qərarları ilə birtətəfli və ermənipərəst mövqe nümayiş etdirməklə özünü əslində çoxdan nüfuzdan salmışdır. Deputatlarının əksəriyyəti rüşvətxor, türkfobiyalı, azərbaycanafob xislətli olması isə çoxdan məlumdur. 2001-ci ildən AŞ-nin üzvü olan Azərbaycana qarşı qərəzli münasibəti hər zaman sərgiləyən bu qurum 35 il ərzində bircə dəfə də olsun Ermənistanın işğalçı siyasətini pisləməmiş, bir milyondan yuxarı azərbaycanlının hüququları haqqında cınqırını belə çıxarmamışdır. Ermənistan etnik təmizləmə siyasəti aparanda susub səsini çıxarmayan Avropa Azərbaycana gəlincə “haqq, ədalət” tərəzisinə dönür.
Əslində Qərbdəki antiazərbaycan qüvvələr bu qurumdan ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. AŞPA Prezident İlham Əliyevin müstəqil siyasətini, Ermənistanı məğlubiyyətini, tam suverenliyimizin bərpa olunmasını həzm edə bilmir.
2023-cü il aprelin 23-də Azərbaycan Respublikası tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulandan sonra Qərb təsisatları, habelə AŞPA dəfələrlə Azərbaycandan həmin sərhəd-buraxılış məntəqəsinin ləğv edilməsini, dolayısı ilə Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınmamasını tələb edib. Bu absurd tələb yerinə yetirilməyincə Fransanın yedəyinə çevrilən Avropa Şurası öz qərəzli və məkrli siyasətini davam etdirmişdir. Dünyada və Avropada ermənilərdən başqa xalq yoxmuş kimi, 2023-cü ildə AŞPA missiyalarının Azərbaycana səfər cəhdləri yalnız erməni məsələsi ilə bağlı olub və təşkilatın prioritet məsələsini “ermənilərin hüquqları” təşkil edib. AŞPA digər məsələlərlə bağlı deyil, məhz ermənilərin müdafiəsinə yönəlik “Laçın dəhlizinin blokadaya alınması”nı qınayan, eləcə də “Azərbaycan ordusunun ötən ilin sentyabrında həyata keçirdiyi və Dağlıq Qarabağın bütün erməni əhalisinin ərazini tərk etməsi ilə nəticələnən hərbi əməliyyatı”nı pisləyən qətnamələr qəbul edib. Aİ Komissiyasının vitse-prezidenti Cozep Borrel də eynilə Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Doğulduğu Kataloniyada dinc referenduma qarşı çıxan, müstəqillik arzu edən katalonların həbsxanalara doldurulmasına etiraz etməyən Borrel faşizmə qulluq edən ermənilərin tərəfində durmağı özünün əsas vəzifəsi hesab edir.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış yarımsessiyasının açılış günündə (22 yanvar) AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməmişdir. Bununla da Avropa özünün ikili standartarını bir daha ortaya qoymuşdur. Lakin bu qurumda bir çoxları anlamaq istəmir ki, Azərbaycana təzyiq göstərmək cəhdi səmərəsizdir. Çünki Azərbaycan heç bir beynəlxalq sənədin, müqavilənin, konvensiyanın tələbini pozmamışdır. Biz öz suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etmişik. Bu, kimin xoşuna gəlmirsə gəlməsin.
AŞPA-nın qərarına cavab olaraq Azərbaycan nümayəndə heyətinin bu qurumda fəaliyyətini dayandırması da düzgün və təqdirəlayiq bir qərardır. Avropanın bu qurumu bizə nə verib ki, nəyi də itirmiş olaq?
Amma ki Azərbaycan Avropaya lazımdır. Bunu yaxın gələcək sübut edəcək və Azərbaycana qarşı qərəzli mövqe AŞPA-nın özünə ziyan gətirəcəkdir. Riyakarlığın və ikili standartların hökm sürdüyü bir təşkilatda olmaqdansa müstəqil siyasət yeridib öz haqqını almaq Azərbaycana daha çox lazımdır.
Natiq Quluzadə
YAP Zəngilan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54

