Dünya Hemofiliya Günüdür...
17.04.2024 [11:00]
Azərbaycanda nə qədər hemofiliya xəstəsi var?
Bu gün dünyada, eləcə də ölkəmizdə geniş yayılmış irsi qan xəstəliyindən biri hemofiliyadır. Hemofiliya insan qanında laxtalanma faktorlarının çatışmazlığı nəticəsində əmələ gələn və irsən ötürülən xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına görə, milli və irqi mənsubiyyətindən asılı olmayaraq, təxminən yeni doğulan 5 min oğlan uşağından biri hemofiliya A ilə doğulur.
Yeri gəlmişkən, aprelin 17-si Ümumdünya Hemofiliya Günü olaraq qeyd olunur. Bu tarixin seçilməsi Dünya Hemofiliya Federasiyasını yaratmış Frenk Şnaybelin doğum günü ilə əlaqədardır. Aparılan bəzi hesablamalara görə, hazırda dünyada hemofiliyalı xəstələrin sayı 400 mindən çoxdur. Son vaxtlara qədər çox nadir hallarda bu xəstəlikdən əziyyət çəkən uşaqlara yetkin yaşına qədər yaşamaq nəsib olurdu. Hazırda müalicə edilmədən yaşayan hemofiliya xəstələrinin orta ömrü təxminən 30 il təşkil edir, 12 yaşında isə əlil olaraq əsa və ya təkərli arabalarla hərəkət edirlər.
Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda Azərbaycanda 1700-dən çox hemofiliyalı xəstələr qeydiyyatdadır: “2006-cı ildən indiyə qədər ölkəmizdə hemofiliya xəstələr dövlətin qayğısı nəticəsində dərman preparatları ilə təmin olunurlar. 2005-ci ildə Dövlət Proqramı qəbul olunandan və 2006-cı ildən dərman preparatları gətiriləndən sonra bu xəstəlikdən ölüm halları minimuma enib. Lakin beynəlxalq statistikaya görə, Azərbaycanda 1700 pasiyentin olması çoxdur. Çünki hər 10 min kişiyə bir nəfər hemofiliyalı xəstə düşürsə, maksimum 1000 nəfər xəstənin olması daha məqsədəuyğun olardı”.
A.Hüseynov hemofliya xəstəliyində rol oynayan amilləri sadalayıb: “Bu xəstəlikdə qohum nikahları daha çox üstünlük təşkil edir. Təbii ki, dövlət qurumları lazım olan addımlar atırlar. Ancaq qohum evliliklərinin qarşısı alınmalıdır. Nəinki hemofiliya, eyni zamanda, qan laxtalanması olan digər xəstəliklər və ümumilikdə, irsi genetik xəstəliklərin yaranmasına səbəb olan amillərin qarşısı alınmalıdır ki, sağlam uşaqlar dünyaya gəlsin. Bu gün dünya hemofiliya günüdür və bu gün ölkəmizdə xüsusi tədbirlər keçirilir. Nəinki Azərbaycanda dünyanın 147 ölkəsində hemofiliya günü qeyd olunur. Bu günlə əlaqədar Hemofiliya Xəstələrinin Respublika Assosiasiyasının TƏBİB-lə bərabər elmi konfrans baş tutacaq. Konfransda 150 müxtəlif profilli həkimlərin iştirakı nəzərdə tutulub. Qan laxtalanmasından əziyyət çəkənlərin müalicəsi və hemofiliyanın yaratdığı fəsadların aradan qaldırılması üçün müzakirələr aparılacaq. Eyni zamanda, regionlardan gələn həkimlər tədbirdə çıxış edən müxtəlif profilli doktorların müzakirələrini dinləyərək fikir mübadiləsi aparacaqlar. Məqsədimiz odur ki, xüsusilə regionlarda çalışan həkimlərlə təcrübə mübadiləsi olsun ki, regionlardakı xəstələrin müalicə üçün paytaxta gəlməsinə ehtiyac qalmasın.
Qeyd edim ki, Hemofiliya Xəstələrinin Respublika Assosiasiyası bu il hemofiliya ilə əlaqədar sağlamlıq yay düşərgəsi keçirəcək və TƏBİB-lə bərabər regionlarımızda təlimlər başlayacaq. Məqsəd rayonlardakı həkimlərin qan laxtalanmasına aid olan xəstəliklərlə bağlı bilik səviyyəsini artırmaqdır”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

