Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” keçiriləcək
30.05.2024 [12:18]
İyunun 11–dən 13-dək Bakıda “Ümumdünya Aeronaviqasiya Sammiti 2024” və CANSO-nun 28-ci İllik Ümumi İclası keçiriləcək. Tədbir “Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) tərəfindən təşkil olunacaq.
AZAL-dan bildirilib ki, ekoloji davamlılıq məsələlərinə yönəlmiş tədbir mühüm qərarların verilməsi, bilik mübadiləsi və məhsuldar dialoqların aparılması məqsədilə hava hərəkətinə nəzarət sənayesinin dünya liderlərinin diqqətini cəlb etmək üçün nəzərdə tutulub. Tədbirdə 100-dən çox ölkədən 350-yə yaxın mülki aviasiya rəhbərlərinin iştirakı gözlənilir.
Qeyd edək ki, 2005-ci ildən CANSO-nun üzvü olan AZANS MDB və regionun bir çox digər ölkələrindən ilk aeronaviqasiya xidmətləri təminatçısıdır.
“Bu ilin sonlarında dünya liderləri COP29 üçün Bakıda bir araya gələcəklər və beynəlxalq ictimaiyyətin diqqəti bu şəhərə yönələcək. İqlim dəyişikliyi bəşəriyyətin ən aktual problemlərindən biridir və aviasiya karbon emissiyalarının azaldılmasında əsas rol oynayır. Emissiyanın xalis sıfır (“net zero”) səviyyəsinə çatdırılması planlanan 2050-ci ilin çox da uzaq olmadığını nəzərə alaraq, aviasiyada bu hədəfə böyük diqqət ayırmaq lazımdır. Bu, AZANS-ın təşkil etdiyi CANSO Ümumdünya Aeronaviqasiya Sammitinin və 28-ci İllik Ümumi İclasının əsas mövzusu olacaq”, - deyə CANSO-nun baş direktoru Saymon Hokkard qeyd edib.
Sammitdə aviasiya sənayesinin liderləri xalis sıfır emissiyalara nail olmaq üsullarına və ekoloji cəhətdən daha təmiz səmanın yaradılmasında texnologiyaların rolunu müzakirə edəcəklər.
“Biz fəxr edirik ki, şəhərimiz yaşıl hava məkanının gələcəyi və xalis sıfır aviasiya hədəflərinə töhfə verən rəqəmsal texnologiyalar ilə bağlı mühüm müzakirələr platformasına çevriləcək. Dayanıqlı aviasiyanın gələcəyinə dair məsuliyyətimizi dərk edərək, biz beynəlxalq əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verməyə çalışırıq”, - deyə AZANS-ın direktoru Fərxan Quliyev bildirib.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin tərkibinə daxil olan “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyinə və xidmətinə cavabdeh olan qurumdur. AZANS bütün beynəlxalq aviasiya təşkilatlarının tələblərinə yüksək səviyyədə cavab verir.
Hazırda AZANS Azərbaycanın hava məkanında hər ay orta hesabla 18 min tranzit uçuşa xidmət göstərir ki, bu da ölkəmizin hava məkanını xarici aviaşirkətlər üçün daha da cəlbedici edir.
CANSO (Beynəlxalq Mülki Aeronaviqasiya Xidmətləri Təşkilatı) hava məkanının idarə edilməsinin gələcəyini formalaşdırır. CANSO-nun üzvləri dünya hava trafikinin təxminən 90 faizini əhatə edir və aeronaviqasiya xidməti təminatçıları, hava məkanı istifadəçiləri və operatorları, aviasiya texnikası istehsalçıları və təchizatçılarını özündə birləşdirir. CANSO dünya miqyasında hava hərəkətinin idarəolunma səviyyəsini yüksəltmək üçün sənayenin nümayəndələrini bilik, təcrübə və innovasiya mübadiləsi məqsədilə bir araya gətirir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

