Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

Uşaq bağçasında baş vermiş külli miqdarda mənimsəmə faktı ilə bağlı cinayət işi başlanılıb

21.06.2024 [17:38]

Şəki şəhər 16 saylı uşaq bağçasında yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Rayon prokurorluğundan verilən məlumata görə, araşdırma zamanı həmin uşaq bağçasının direktoru tərəfindən 2019-2023-cü illərdə öz qulluq mövqeyindən istifadə edilməklə ona etibar edilmiş 105 min manat məbləğində pul vəsaitinin müxtəlif yollarla mənimsənilməsinə əsaslı şübhələr müəyyən olunub.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılaraq istintaq aparılır.

Paylaş:
Baxılıb: 538 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31