İcmadan etiraz!
03.07.2024 [10:45]
Erməni lobbisinin muzdlu carçısının “hesabat”ı, tör-töküntü “nümayəndələrin” qərəzli fikirləri sülhə mane olur
Müəyyən beynəlxalq dairələr Azərbaycana qarşı qərəzli kampaniyaları davam etdirir. Xüsusilə, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra bu istiqamətdə “fəallıq” artıb. Beynəlxalq hüquqdan və insan haqlarından danışan dairələr bəzən bu amilləri görməzdən gəlirlər ki, bu da ikili standartların bariz nümunəsidir. Bunu “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatının yanaşmasından da aydın görmək mümkündür. “Freedom House” Azərbaycan haqqında daim qeyri-obyektiv və qərəzli mövqedən çıxış edən təşkilatlardan biridir. Təşkilat mütəmadi olaraq ölkəmiz barəsində həqiqətə uyğun olmayan məlumatlar yayır və artıq cəmiyyətimizdə bu beynəlxalq QHT-nin Azərbaycan haqqında obyektiv mövqedə olmaması barədə haqlı olaraq yekdil rəy formalaşıb.
İyulun 1-də isə “Freedom House” “Dağlıq Qarabağda niyə ermənilər yoxdur?” başlıqlı “faktaraşdırıcı hesabat” yayması da bu təşkilatın erməni lobbisinin əlində alət olduğunu bir daha təsdiqləyir. Uzun müddətdir özünü ermənilərin muzdlu carçısına çevirmiş “Freedom House” təşkilatının bu “hesabatında” Azərbaycanın Qarabağ bölgəsindən ermənilərin Ermənistana köçüb getməsi “hüquq pozuntusu” kimi qələmə verilir. Bütövlükdə isə “hesabat” tamamilə yalan və böhtan üzərində qurulub.
Ümumiyyətlə, “Freedom House” özünü “demokratiya və insan hüquqları müdafiəçisi” kimi təqdim etsə də, əslində bu təşkilatın hansı məqsədlərə xidmət etdiyi Azərbaycan ictimaiyyətinə yaxşı bəllidir. “Hesabat”lara gəlincə, həqiqətdən tamamilə uzaq olan belə yanaşmaların kökündə duran əsas məqam isə, təbii ki, Azərbaycanın müstəqil siyasət həyata keçirməsi və öz gücünə ərazi bütövlüyünü təmin etməsidir. Belə ki, Azərbaycanın Cənubi Qafqaz regionunun lideri olması artıq beynəlxalq səviyyədə qəbul olunmuş bir faktdır. Regionun lider dövləti kimi Azərbaycan bu bölgənin siyasi, iqtisadi atmosferinin formalaşmasında həlledici təsirə malikdir. Həmçinin, ölkəmiz beynəlxalq təşkilatlarla faydalı, konstruktiv əməkdaşlığa önəm verir. Bu, həm də ölkəmizin müstəqil inkişafından və öz gücünə arxalanmasından irəli gələn bir məsələdir. Ona görə də, müəyyən xarici dairələr Azərbaycanın bu prinsipiallığını, qətiyyətini həzm edə bilmirlər və onların aləti olan “Freedom House” ölkəmizə qarşı “qara piar” kampaniyasını davam etdirir.
Əgər “Freedom House”, həqiqətən də, qanunçuluğun, insan haqlarının təəssübkeşidirsə, onda ilk növbədə, Ermənistanın 30 il ərazilərimizi işğal altında saxlamasına, işğal nəticəsində fundamental hüquqları pozulmuş 1 milyondan çox soydaşımızın hüquqlarının bərpa olunmasını tələb etməli idi. Amma biz indiyə kimi bunun tam əksini görmüşük. Hətta “Freedom House” əvvəlki hesabatlarında işğal altında olmuş Qarabağ ərazisini mübahisəli ərazi kimi göstərirdi. Dünyanın bütün dövlətləri və mötəbər təşkilatları, o cümlədən dünyanın ən ali hüquq təşkilatı olan BMT Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı halda, özünü insan hüquqlarının “keşikçisi” kimi qələmə verən “Freedom House” beynəlxalq hüquqa hörmətsiz yanaşırdı. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə təşkilatın sahiblərini də ciddi narahat edir. Bu səbəbdən də, sözügedən hesabatda ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Qarabağda erməni separatizminin kökünün kəsilməsini də “Freedom House” özünəməxsus qaydada “dəyərləndirib”. Təşkilat iddia edib ki, guya Azərbaycan Qarabağda etnik təmizləmə həyata keçirib. Əslində, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil.
“Freedom House” təşkilatının məlum “hesabatına” Qərbi Azərbaycan İcması da etiraz edib. Bununla bağlı İcmanın bəyanatında bildirilib ki, Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan torpaqlarından bir milyona yaxın azərbaycanlının zorla qovulmasına göz yuman “Freedom House” təşkilatının sözügedən böhtan xarakterli hesabatı yayması bu qurumun açıq qərəzinin və destruktivliyinin sübutudur. “Sözügedən hesabatın sifarişçiləri regionda sülhə mane olmaq və ədavəti qızışdırmaq məqsədi güdürlər. Bir daha geniş ictimaiyyətə xatırladırıq ki, vitse-prezident Anni Boyacıyan daxil olmaqla çoxsaylı radikal erməni funksionerlərinin kök saldığı “Freedom House”un insan hüquqlarının qorunması ilə heç bir əlaqəsi yoxdur və bu təşkilat tamamilə irqçi düşüncəli dairələrin təsirinə düşüb”,-deyə bəyanatda vurğulanıb.
Qərbi Azərbaycan İcmasının digər bəyanatında isə keçmiş separatçı rejimin nümayəndələrinin açıqlamalarına münasibət bildirilib: “Tarixin arxivinə gömülmüş qanunsuz rejimin tör-töküntüləri son günlər Ermənistanda Azərbaycana qarşı bir sıra gülünc açıqlamalar verir. Hesab edirik ki, Ermənistanın öz ərazisində belə təxribatçı ünsürlərin Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü təhdid edən fəaliyyətinə göz yumması onun Azərbaycanla sülh sazişi imzalaması istəyinin səmimiliyini sual altına qoyur. Ermənistan hakimiyyəti, hələ də özlərini qondarma adlar altında təqdim edən “nümayəndələrin” Azərbaycana qarşı fəaliyyətinə imkan yaratmamalıdır”.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38
Siyasət
13 Yanvar 18:37

