Yaponiyanın daha bir universitetində Azərbaycan multikulturalizmi tədris edilir
18.11.2024 [23:26]
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə Yaponiyada Azərbaycan multikulturalizmi fənninin tədrisi davam edir. Noyabr ayının 15-də Tokio şəhərində yerləşən Seijo Universitetinin Hüquq Fakültəsində ilk dəfə olaraq bu fənnin mühazirələri təqdim olunub. Fənni Yaponiyada yaşayıb fəaliyyət göstərən həmyerlimiz Əlibəy Məmmədov tədris edib. Dərsdə 2 professor və 44 tələbə iştirak edib. Ə.Məmmədov ilk öncə Azərbaycanın multikulturalizm dəyərləri, ölkəmizdəki tolerant mühit, dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət haqqında ətraflı məlumat verib.
Azərbaycandakı etnik-dini müxtəliflik, ölkəmizdə müxtəlif xalqların və fərqli konfessiya nümayəndələrinin dinc yanaşı yaşaması barədə danışıb. Daha sonra Bakıda keçirilən COP29-un vacibliyi, dünyaya və Azərbaycana müsbət təsirləri haqda fikirlərini bölüşüb. O, həmçinin Azərbaycan Respublikasının öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etmək üçün həyata keçirilmiş anti-terror əməliyyatlarının tarixi əhəmiyyəti, 44 günlük Vətən müharibəsindəki milli həmrəylik mövzusuna da toxunub.
Qeyd edək ki, Ə. Məmmədov eyni zamanda Yaponiyanın Hokkaydo Universitetində Azərbaycan multikulturalizmi fənnini tədris edir. Fənnin tədrisi Hokkaydo Universitetində Slavyan Araşdırmalar Mərkəzi ilə Bakı Beynəlxalq Multikulturalizmi Mərkəzi arasında 2017-ci ildə əldə edilən anlaşma əsasında həyata keçirilir. Artıq 8 ildir ki, Yaponiyada BBMM-in təşkilatçılığı ilə Ə. Məmmədov tərəfindən Azərbaycan multikulturalizmi fənni tədris olunur və hər il bir neçə yaponiyalı tələbə Beynəlxalq Yay və Qış Multikulturalizm məktəbləri çərçivəsində Azərbaycana səfər etmək imkanı qazanır. Azərbaycan həqiqətlərinin Yaponiyada çatdırılmasında BBMM-in “Azərbaycan multikulturalizmi fənninin xaricdə və ölkə universitetlərində tədrisi” layihəsinin əhəmiyyəti böyükdür.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

