/ / Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
24.01.2025 [20:38]
Azərbaycan Tibb Universitetində Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinskinin 85 illik yubileyinə həsr edilmiş elmi-praktik konfrans keçirilib.
Konfransda yubilyarla yanaşı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili, professor Eldar Quliyev, Şura sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov, sədr müavinləri – Bayram Yusifov, akademik Abel Məhərrəmov, Aparat rəhbəri Ramin Həsənli, eləcə də ATU-nun rektoru, professor Gəray Gəraybəyli, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, Milli Məclisin üzvləri, nüfuzlu alimlər, ictimai-siyasi xadimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib.
Konfransda çıxış edən Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının 35 min üzvü adından Vaqif Şadlinskini səmimi-qəlbdən təbrik edərək, Allahdan ona uzun ömür, möhkəm cansağlığı, xalqımızın və dövlətimizin xoş gələcəyi naminə həyata keçirdiyi bütün işlərdə yeni-yeni uğurlar arzulayıb. Yubilyarın uzun illər ərzində çoxşaxəli və səmərəli fəaliyyəti ilə müstəqil Azərbaycanın inkişafına əvəzedilməz töhfələr verən böyük alim və nüfuzlu şəxsiyyət olduğunu vurğulayaraq, onu həm də hər birimizin ağsaqqalı adlandırıb. Qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri olaraq Vaqif müəllim müdrik bir ağsaqqal kimi ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirakı ilə xalqımıza bu gün də dəyərli xidmətlər göstərir, öz aktiv fəaliyyəti ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Azərbaycanın gələcək tərəqqisinə istiqamətlənmiş uğurlu daxili və xarici siyasətini hərtərəfli dəstəkləyir. Onun rəhbərliyi ilə rayon ağsaqqalları cəmiyyətimizin, xüsusilə də gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirlər. Natiq, həmçinin, tariximizdə silinməz izlər qoymuş əsilzadə Şadlinskilər nəslinin, bu nüfuzlu soyadın ləyaqətli davamçısı kimi müdrik ağsaqqal Vaqif Şadlinskinin gənclərimiz üçün örnək və nümunə olduğunu vurğulayıb. Sonra Eldar Quliyev Azərbaycan Ağsaqqallar Şurasının, eləcə də ölkəmizin elmi-pedaqoji və ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə və 85 illik yubileyi münasibətilə təltif olunan Vaqif Şadlinskiyə “Fəxri Ağsaqqal” döş nişanını və digər hədiyyələri təqdim edib, bir daha ona möhkəm cansağlığı, gələcək fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin birinci müavini, millət vəkili, akademik Əhliman Əmiraslanov da öz çıxışında Vaqif Şadlinskinin dəyərli xidmətlərindən ətraflı bəhs edərək, yubilyarın ölkəmizin elmi və ictimai həyatındakı fəaliyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, ömrünü respublikamızın tərəqqisinə, xalqımızın fiziki və mənəvi sağlamlığına, gələcək nəsillərin təlim-tərbiyəsinə və elmi-mənəvi yüksəlişinə həsr edən yubilyarın Azərbaycan Tibb Universitetinin yeni inkişaf mərhələsinə qədəm qoymasında, tədrisin keyfiyyətinin yüksəldilməsində və savadlı kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. Əhliman müəllim, həmçinin Vaqif Şadlinskinin Azərbaycan Ağsaqqallar Şurasının fəaliyyətindəki xidmətlərini də xüsusi vurğulayaraq onu 85 illik yubileyi münasibətilə ürəkdən təbrik edib, möhkəm cansağlığı və gələcək işlərində davamlı nailiyyətlər diləyib.
Tədbirdə çıxış edən digər natiqlər də yubilyarın Azərbaycan Tibb Universitetində uzun illər uğurla çalışdığını qeyd edərək, onun anatomiya elmində bir çox nailiyyətlər əldə etdiyini, nüfuzlu alim olduğunu diqqətə çatdırıblar. Vaqif müəllimi məsuliyyətli və tələbkar pedaqoq, müdrik ağsaqqal kimi dəyərləndirərək, onu 85 illik yubileyi münasibətilə təbrik ediblər.
Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, professor Vaqif Şadlinski konfransda təşəkkür nitqi söyləyərək, ona göstərilən yüksək diqqətə və qayğıya görə hər kəsə öz minnətdarlığını bildirib.
Konfransda yubilyarın zəngin həyatına və çoxşaxəli fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

