Estoniyada Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib
26.02.2025 [19:36]
Estoniyanın paytaxtı Tallində Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Azərbaycanın Estoniyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən səfir Anar Məhərrəmov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, Xocalı şəhərində yaşayan dinc və günahsız azərbaycanlılara qarşı xüsusi amansızlıqla hərbi cinayət törətdiyi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, erməni quldur dəstələrinin Xocalıya hücumu zamanı 600-dən çox dinc sakin, o cümlədən çox sayda uşaq, qadın və qoca amansızcasına qətlə yetirilib.
A.Məhərrəmov qeyd edib ki, Azərbaycan dövləti, eyni zamanda, xaricdə yaşayan azərbaycanlılar, ictimai təşkilatlar Xocalı soyqırımını dünyaya tanıtdırmaq üçün çox böyük səylər göstəriblər. Bu baxımdan Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası dünyanın müxtəlif yerlərində təsirli təbliğat vasitəsinə çevrilib.
Vurğulanıb ki, bəşəriyyətə qarşı törədilən bu dəhşətli cinayət cəzasız qalmamalı və dünya ictimaiyyəti tərəfindən pislənməlidir. Bir çox ölkələr tərəfindən artıq dövlət və ya parlament səviyyəsində Xocalı faciəsinin soyqırımı kimi tanındığı, bu qanlı cinayətin pislənildiyi iştirakçıların diqqətinə çatdırılıb. Bu baxımdan Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupu tərəfindən bu soyqırımını qınayan Bəyanatın hər il qəbul edilməsinin önəmindən bəhs edilib.
Bu gün Xocalı şəhərinin işğaldan azad ediləndən sonra yenidən bərpa olunaraq dirçəldiyi diqqətə çatdırılıb.
Anım mərasimində çıxış edən Estoniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Riina Solman Xocalıda törədilmiş bu qətliamı insanlığa qarşı qanlı cinayət kimi qiymətləndirib, Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı dostluq qrupu tərəfindən qəbul edilən Bəyanatın vacibliyini və önəmini vurğulayıb.
Estoniya ilə Azərbaycan arasında siyasi müstəvidə mövcud münasibətləri yüksək qiymətləndirən Riina Solman Prezident İlham Əliyevin Estoniya Prezidenti Alar Karisə bu ölkənin milli bayramı münasibətilə ünvanladığı təbrik məktubunun bunun bariz nümunəsi olduğunu bildirib.
Sonra litvalı kinorejissorlar Aleksandras Brokas və Mindauqas Urbonaviçiusun “Xocalıya ədalət!” təbliğat kampaniyası çərçivəsində hazırlanmış “Sonsuz Dəhliz” sənədli filmi və Xocalı soyqırımının dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunub.
Daha sonra Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı haqqında hazırlanmış kitablar, broşürlər və nəşrlər tədbir iştirakçılara paylanılıb.
Qeyd edək ki, anım tədbirində Estoniya parlamentinin (Riigikogu) üzvləri, Estoniyanın sabiq xarici işlər naziri Kristiina Oyuland, Türkiyə, Qazaxıstan, Braziliya, Şimali Makedoniya, Moldova və Ukraynanın bu ölkədəki diplomatik nümayəndəliklərinin rəhbərləri və təmsilçiləri, ictimai xadimlər, elm adamları, Azərbaycan və tatar icmalarının nümayəndələri, həmçinin Tallin şəhərində təhsil alan gənc soydaşlarımız iştirak ediblər.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyun 22:19
YAP xəbərləri
10 İyun 22:11
İdman
10 İyun 21:54
Dünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48

