Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyə Prezidenti Administrasiyasından Azərbaycan Mətbuatının 150 illiyi ilə bağlı xüsusi video-müraciət

Türkiyə Prezidenti Administrasiyasından Azərbaycan Mətbuatının 150 illiyi ilə bağlı xüsusi video-müraciət

30.05.2025 [12:19]

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun Azərbaycan mətbuatının 150 illiyi ilə bağlı xüsusi video-müraciət ünvanlayıb.

Müraciətdə deyilir.

Azərbaycan mətbuatının hörmətli nümayəndələri,
Xanımlar və bəylər,
Sizi ən səmimi duyğularımla və hörmətlə salamlayıram.

Azərbaycan mətbuatının 150 illiyi münasibətilə ürəkdən təbrik edir, qardaş Azərbaycan xalqını və media nümayəndələrini səmimi qəlbdən təbrik edirəm.

Mətbuat – cəmiyyətə doğru, obyektiv və yerində məlumat verən, demokrasiyanın əvəzolunmaz ünsürlərindən biridir. Bu istiqamətdə fəaliyyət göstərən media nümayəndələrini biz həqiqətin uca səsi olaraq görürük.

Azərbaycan mətbuatı 150 illik zəngin tarixi ilə təkcə xəbər ötürən deyil, eyni zamanda xalqın səsi, mədəni irsin daşıyıcısı və fikir azadlığının müdafiəçisi olmuşdur. Həqiqətin çatdırılmasını özünə məqsəd qoyan, ədalətli media mədəniyyətinin yaşadılmasına töhfə verən, etik və jurnalistika prinsiplərinə sadiq bütün media nümayəndələrini təbrik edirəm.

Dezinformasiyanın pik həddə çatdığı bir dövrdə, doğru məlumatı ictimaiyyətə çatdırmaq məsuliyyəti ilə hərəkət edən Azərbaycan mətbuatının həqiqət uğrundakı mübarizəsinə verdiyi töhfədən böyük məmnuniyyət duyuram.

Azərbaycan mətbuatının yolçuluğu, 1875-ci ildə Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdiyi “Əkinçi” qəzeti ilə başlamış və bu gün böyük uğurla davam edir.

Xüsusilə II Qarabağ Müharibəsi dövründə Azərbaycanın haqlı mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmaq, sistemli dezinformasiya cəhdlərini boşa çıxarmaq sahəsində göstərilən uğura görə Azərbaycan mediasına təşəkkür edirəm. Haqlı mübarizənizi cəsarətlə müdafiə edərkən eyni zamanda həqiqətin də sözçüsü oldunuz.

Biz də Türkiyə olaraq bu prosesdə həqiqət uğrundakı mübarizənizə əlimizdən gəldiyi qədər böyük səylə dəstək olmağa çalışdıq. Beynəlxalq ictimaiyyətin yalan, uydurma və dezinformasiya ilə zəhərlənməsinin qarşısını aldıq. Beləliklə, bütün sahələrdə olduğu kimi, kommunikasiya və media sahəsində də Türkiyə-Azərbaycan birliyinin yaratdığı gücü bir daha nümayiş etdirdik.

Qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında kommunikasiya və media sahəsində mövcud olan güclü tarixi bağların və ortaq dəyərlərin iş birliyimizə sahədəki əksini görür və bundan böyük məmnunluq duyuruq.

Bakı-İstanbul arasında düz 150 il əvvəl başlayan mətbuat sahəsindəki əməkdaşlıq, 10 dekabr 2020-ci il tarixində Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə imzalanan “Türkiyə ilə Azərbaycan arasında Media Sahəsində Strateji Əməkdaşlığa dair Anlaşma Memorandumu” ilə taclandırılmışdır.

Türkiyə-Azərbaycan Media Platforması da kommunikasiya və media sahəsində Azərbaycanla əməkdaşlıq və türk dünyası ilə əlaqələrin inkişafı baxımından son dərəcə önəmlidir.

Türkiyə və Azərbaycan ortaq tarix, mədəniyyət, dil və kimlik təməli üzərində qurulmuş istisna əlaqələrə malik iki dövlətdir. Münasibətlərimiz “İki Dövlət, Bir Millət” şüarı ilə yalnız ortaq maraqlarla kifayətlənməyib, həm də ortaq gələcək məqsədini hədəfləyən mahiyyət daşıyır.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev qardaşlıq hüququ çərçivəsində ən yüksək səviyyədə göstərdikləri güclü iradə və əməkdaşlıq vizyonu ilə ortaq gələcək hədəfini addım-addım inşa edirlər.

Biz də bu hədəfin həyata keçməsinə kommunikasiya və media sahəsində münasibətlərimizi, əməkdaşlıqlarımızı daha da inkişaf etdirərək dəstək veririk və verməyə davam edəcəyik.

Bu duyğu və düşüncələrlə sözlərimi tamamlayaraq Azərbaycan mətbuatının 150 illiyi münasibətilə Naxçıvan, Qarabağ və Bakıda keçirilən tədbirlərdə iştirak edən dəyərli media nümayəndələrinə hörmət və səmimi salamlarımı çatdırıram.

Azərbaycan mətbuatının dəyərli nümayəndələrini bir daha təbrik edir, sizə uğurlar, sağlamlıq və rifah arzulayıram.

Sizi Allaha əmanət edirəm!

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Ədəbiyyat

Sosial

“Tanrı adam”lar

13 İyun 08:14  

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Mədəniyyət

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Qurtuluş tariximiz

12 İyun 15:44

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30