Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi region üçün xüsusi əhəmiyyət kəsb edir

Türkiyənin nəqliyyat naziri: Zəngəzur dəhlizi region üçün xüsusi əhəmiyyət kəsb edir

23.08.2025 [21:32]

Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvanla sərhəd) dəmir yolu və Zəngəzur dəhlizi (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu - TRIPP) 30 il ərzində Türkiyəyə 147,6 milyard lirə gəlir gətirəcək.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycanla sərhədə uzanan dəmir yolu arteriyası Zəngəzur dəhlizinin - bütün region üçün xüsusi əhəmiyyət kəsb edən təşəbbüsün mühüm həlqəsinə çevriləcək.

“Orta Dəhliz sayəsində Avropa ilə Asiya arasında malların çatdırılma müddəti əhəmiyyətli dərəcədə azalacaq. Yəni, dənizlə daşınma ilə müqayisədə dəmir yolu ilə daşınmaya daha çox tələbat olacaq”, - deyə Uraloğlu Şərqi Anadoluda 224 kilometrlik dəmir yolunun tikintisi ilə bağlı xərclərin özünü doğruldacağına əminliyini ifadə edib.

Türkiyənin nəqliyyat və infrastruktur naziri Qars-İğdır-Aralıq-Dilucu dəmir yolunu “strateji investisiya” adlandırıb. “Zəngəzur dəhlizi türk dövlətlərinə, Cənub-Şərqi və Şərqi Asiya ölkələrinə ən qısa yoldur. Bu marşrutla ildə 15 milyon ton yük daşınacaq”, - deyə o bildirib.

Paylaş:
Baxılıb: 122 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30