/ / “Seranit: Türkiyə keramika sənayesində innovasiya, Azərbaycan ilə əməkdaşlıq və dünya standartları ilə müqayisə”
“Seranit: Türkiyə keramika sənayesində innovasiya, Azərbaycan ilə əməkdaşlıq və dünya standartları ilə müqayisə”
24.08.2025 [14:59]
Türkiyə Səfirliyinin Media müşavirliyinin təşəbbüsü, “Seranit” şirkətinin təşkilatçılığı ilə azərbaycanlı jurnalistlərin Biləcikdəki istehsal müəssisəsinə mediaturu şirkətin həm texnoloji gücünü, həm də regional əməkdaşlıq perspektivlərini yerində qiymətləndirməyə imkan verdi. “Seranit ilə ilham verən bir kəşf” devizi ilə keçirilən səfərdə media nümayəndələri şirkətin Ar-Ge imkanları, istehsal infrastrukturu və ekoloji yanaşmaları ilə tanış oldular.
Bu yazıda həm də Seranit-in strategiyasının dünya standartları ilə müqayisəsinə, Azərbaycanla əməkdaşlığın iqtisadi perspektivlərinə və şirkətin qlobal keramika bazarındakı mövqeyinə nəzər salınacaq.
Seranit və Qarabağda layihələr: Regional iqtisadi inteqrasiyanın nümunəsi
“Seranit-Azərbaycan”ın rəhbəri Ufuk Polat Qarabağda görülən işlər barədə fikirlərini bölüşüb:
“Qarabağda iki mühüm layihəni tamamladıq – biri otel, digəri isə Xankəndindəki iş mərkəzidir. Şuşada yeni bir otel üçün məhsul tədarükünə başlamışıq. Qarabağın potensialı çox yüksəkdir, yaxın vaxtlarda layihə satışlarımızın 50%-i məhz bu bölgədən olacaq. Bu yanaşma post-müharibə iqtisadiyyatında tikinti materialları sektorunun lokomotiv rolunu göstərir”.
Ufuk Polat həmçinin vurğulayıb ki, Seranit artıq Gəncə və digər bölgələrdə də satışa başlayıb. Onun sözlərinə görə, şirkətin əsas gücü məhsullarının uzunömürlülüyü və yüksək davamlılıq göstəriciləridir.
Qlobal müqayisədən aydın olur ki:
• İtaliyanın “Marazzi” və İspaniyanın “Porcelanosa” şirkətləri də post-böhran regionlarda (məsələn, Balkan ölkələrində və Yaxın Şərqdə) bənzər layihələrdə iştirak ediblər.
• Seranit bu təcrübəni Cənubi Qafqazda tətbiq etməklə regional əməkdaşlıqda strateji mövqeyini gücləndirir.
Texnologiya və Ar-Ge gücü: Türkiyə modeli və dünya standartlarına nəzər salsaq Seranit-in əsas üstünlüyünün yalnız iri həcmli istehsalda deyil, həm də dizayn və texnologiyada daxili imkanlarını artırmasında olduğunu görürük. Şirkət əvvəllər dizaynı xaricdən alırdısa, bu gün artıq öz mühəndisləri və dizayn mərkəzləri ilə işləyir. Hansı ki, o mühəndis və memarların bir çoxunu da məhz özləri yetişdirir.
• İstehsal gücü: 14 milyon m² (Biləcik və Eskişehir fabrikləri)
• Xammal: Ukrayna və Türkiyədən yüksək keyfiyyətli gil
• Texnologiya: Türkiyədə analoqu olmayan sıxma avadanlıqları
Ufuk Polatın sözlərinə görə, istifadə etdikləri xüsusi avadanlıqlar var ki, insan gözünün görə bilmədiyi qüsurları belə aşkarlayır. Qətərdə futbol stadionlarının sanitar qovşaqlarını bizim məhsullarımızla təchiz etdilər və biz onlara 10 illik zəmanət verdik. Dünyada belə bir öhdəliyi yalnız Seranit götürüb.”
Seranit-in Biləcikdəki zavodunun direktoru Ercan Çəlik bildirib ki, şirkət Türkiyənin ilk porselen seranit istehsal edən müəssisəsidir: “İlk mərhələdə istehsal gücümüz ildə 1 milyon kv.m idi, hazırda isə bu rəqəm 14 milyon kv.m-ə çatıb. İki fabrikimiz var – Biləcikdə və Eskişehirdə. Burada həm yer, həm də divar örtükləri istehsal olunur.” E. Çəlik əlavə edib ki, müəssisə üçün əsas xammal Ukraynadan gətirilir: “Dünyada ən keyfiyyətli gil Ukraynadadır. Müharibə başlayanda təchizatda problemlər oldu, amma sonradan alternativ mənbələr tapdıq. Keyfiyyətli məhsul üçün mütləq keyfiyyətli xammal lazımdır.”
• İtaliya və İspaniya keramika sənayesi uzun illərdir “design-driven production” modeli ilə tanınır. Seranit-in bu istiqamətdə daxili dizayn mərkəzi qurması onu Avropa standartlarına yaxınlaşdırır.
• Almaniyanın “Villeroy & Boch” şirkəti də bənzər şəkildə Ar-Ge-yə yatırım edərək dizayn və texnologiyanı sintez edir.
Ekoloji standartlar: Təkrar emal və ətraf mühitə təsir etməməsi Seranit şirkətinin uğurlarından biridir. Seranit-in Keyfiyyət müdiri Ayşə Gülhan Koyuncunun açıqlamalarına görə, müəssisə Türkiyədə geri qazanım (recycling) faizi ən yüksək olan şirkətlərdəndir.
• İstehsal tullantılarının bir hissəsi yenidən istehsala qaytarılır.
• Sular xüsusi qurğularda təmizlənərək təkrar istifadəyə verilir.
• Zavodlarda axıntısız istehsal prosesi qurulub.
Qlobal müqayisədə görürük ki:
• AB keramika şirkətləri “Circular Economy Action Plan” çərçivəsində tullantısız istehsala yönəlirlər.
• Seranit-in tətbiq etdiyi ekoloji həllər İtaliyanın “Emilceramica” və İspaniyanın “Roca” şirkətlərinin təcrübəsinə yaxın görünür.
Keyfiyyət və davamlılıq: Müştəri etimadının açarı kimi Şirkətin məhsulları stadionlardan metro stansiyalarına qədər yüksək yüklənməli obyektlərdə istifadə olunduğunu görürük. Qətər futbol stadionlarına verilən məhsullara 10 illik zəmanət verilməsi isə bazarda nadir addımdır.
Müqayisəli yanaşsaq:
• Avropa şirkətləri standart olaraq 5–7 illik zəmanət təqdim edir.
• Seranit-in 10 illik zəmanət modeli onu “premium quality assurance” seqmentinə çıxarır.
Türkiyədə inflyasiya fonunda şirkət müştərilərlə münasibətlərdə qiymət sabitliyini qorumağa çalışıb. Bu, korporativ etibarın qorunması baxımından Avropa menecment standartlarına uyğun bir addımdır.
• İtaliyada keramika istehsalçıları xammal böhranı zamanı qiymət artımını birbaşa müştəriyə yansıtdılar.
• Seranit isə itkiləri öz üzərinə götürərək bazarda daha uzunmüddətli etibar qazanmağı seçdi.
Seranit-in fəaliyyəti yalnız bir şirkət nümunəsi deyil, həm də Türkiyə sənayesinin innovativ inkişaf modelinin təzahürüdür. Seranit nümunəsi göstərir ki, Türkiyə keramika sənayesi artıq yalnız daxili bazara deyil, həm də qlobal rəqabətə yönələn, innovasiya və ekoloji məsuliyyət üzərində qurulan modelə çevrilir. Qarabağda icra olunan layihələr isə bu modelin Cənubi Qafqazda iqtisadi əməkdaşlığa verdiyi töhfəni nümayiş etdirir.
Aytən Rəhimli,
Yeni Azərbaycan TV-nin əməkdaşı
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47

Xəbər lenti
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:46

YAP xəbərləri
19 Sentyabr 14:43

YAP xəbərləri
19 Sentyabr 14:41

YAP xəbərləri
19 Sentyabr 14:40
YAP xəbərləri
19 Sentyabr 14:39

YAP xəbərləri
19 Sentyabr 14:38

YAP xəbərləri
19 Sentyabr 14:37

Dünya
19 Sentyabr 14:32

YAP xəbərləri
19 Sentyabr 14:21

YAP xəbərləri
19 Sentyabr 14:18
