Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MİLYONLARIN ÜMİDİ

MİLYONLARIN ÜMİDİ

26.08.2025 [12:01]

Azərbaycan qadını əsrlər boyu həm ailənin dayağı, həm də dövlətin dirəyi olmuşdur. Tarixin səhifələrində xalqımızın qəhrəmanlıq salnaməsini yazan  Tomrisin hünəri, diplomatik zəkası ilə dövlətin taleyini qoruyan Sara xatunun müdrikliyi, Xurşidbanu Natəvanın xeyirxahlığı öz izini qoymuşdur. Müasir dövrümüzdə isə bu missiyanın ləyaqətli daşıyıcısı, milli-mənəvi dəyərlərimizin beynəlxalq miqyasda təbliğatçısı, humanizm  və şəfqət simvoluna çevrilən bir şəxsiyyət var:  Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva.
O yalnız uğurlu bir siyasətçi və ictimai xadimin siması deyil.  O həm də milli irsin hamisi, xalqın rifahı üçün həyata keçirilən geniş miqyaslı, fundamental layihələrin müəllifi, şəfqət və mərhəməti ilə cəmiyyətin ümid ünvanına çevrilən  müasir Azərbaycan qadınının simasıdır.
Mehriban xanımın çoxşaxəli fəaliyyəti, onun mədəniyyət, təhsil və incəsənət sahəsində göstərdiyi misilsiz xidmətləri zaman keçdikcə daha dərindən dərk edir, bu layihələrin nə qədər vacib, həyati əhəmiyyəti kəsb etdiyinin şahidi oluruq.  Azərbaycan cəmiyyətində, mili mənəvi dünyamızda elə bir sahə yoxdur ki,  Mehriban xanımın diqqətindən kənarda qalsın. Qeyd etdiyim kimi, Mehriban xanımın fəaliyyəti çoxşaxəli olsa da, mən səhiyyə və tibbin inkişafında gördüyü işləri xüsusi vurğulamaq istərdim. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr yüz minlərlə insanın sağlamlığının qorunmasına, gələcək nəsillərin sağlam təməlinin atılmasına xidmət edir. Qısaca desək,  
insanlıq, nəciblik nümunəsi olan Mehriban xanımın  milyonların yaşamaq arzusunu necə reallaşdırdığının şahidi oluruq. Axı bir körpənin, bir şəxsin sağlamlığı, sağlam həyata qayıdışı  bir ailənin, bir nəslin, bir aulun, bütövlükdə  böyük bir cəmiyyətin sevinci, səadətidir...
Bir həkim kimi uzun illər boyu Azərbaycan səhiyyəsinin inkişafına, tibbi xidmətlərin əlçatan olmasına və müasir standartlara cavab verməsi üçün Mehriban xanım Əliyevanın sərgilədiyi xidmətlərin müşahidəçisiyəm. Onun təşəbbüsü ilə talassemiya və hemofiliya xəstələri üçün xüsusi proqramlar həyata keçirilib, müasir klinikalar istifadəyə verilib, uşaqların sağlamlığına dair genişmiqyaslı layihələr gerçəkləşdirilib. Ölkəmizdə ilk dəfə orqan transplantasiyasının inkişafına göstərilən dəstək və minlərlə uşağa sağlam gələcək bəxş edən təşəbbüslər bu fəaliyyətin yalnız bir hissəsidir.
Mehriban xanımın, hətta səhiyyə sahəsinə göstərdiyi dəstək belə çoxşaxəlidir.  
Talassemiya ilə mübarizədən danışarkən  ona minnətdarlıq, təşəkkür etməyə bilmirik: 2005-ci ildən Heydər Əliyev Fondu talassemiya xəstəliyinə qarşı xüsusi proqram həyata keçirir. 2009-cu ildə Bakıda Talassemiya Mərkəzi istifadəyə verilir. Sözügedən tibb mərkəzində  ildə minlərlə uşağa müasir müayinə və müalicə xidmətləri göstərilir. 2010-cu ildən talassemiya xəstələrinin qan ehtiyacını ödəmək üçün mütəmadi qanvermə aksiyaları keçirilməsi bir xeyirxahlıq ənənəsinə çevrilir.
Hemofiliya xəstələri də hər zaman Mehriban xanımın  qaygısı, diqqəti altındadırlar. Belə ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən sistemli proqramlar nəticəsində hemofiliya xəstələrinin dərman preparatları ilə təminatı tənzimlənib.  Əvvəllər belə xəstələrin böyük əksəriyyəti müalicə üçün xaricə üz tuturdusa, indi əksinə, onlar ölkə daxilində müalicə alıb sağlamlıqlarına qovuşurlar. 
 Xatırlatmaq yerinə düşər ki, 2005-ci ildən “Diabetli uşaqlara ən yaxşı qayğı” proqramı həyata keçirilir. Bu proqram çərçivəsində minlərlə uşaq insulin və tibbi ləvazimatlarla təmin olunur. Bundan başqa, məktəblərdə sağlam həyat tərzinin təbliği üçün maarifləndirici layihələr reallaşdırılıb.
Bu gün Azərbaycanın ən müxtəlif bölgələrində müasir diaqnostika mərkəzləri, xəstəxanalar əhalinin ixtiyarındadır. Məhz Mehriban xanımın təşəbbüsü və təşkilatçılığı  ilə bölgələrdə müasir standartlara cavab verən xəstəxanalar, tibb mərkəzləri inşa olunub. O cümlədən Gəncə, Naxçıvan, Lənkəran və Şəkidə istifadəyə verilən müasir tibb müəssisələri regionlarda tibbi xidmətlərin keyfiyyətinin  daha yüksəlməsini təmin edib. 
Yenə də məhz Mehriban xanım Əliyevanın dəstəyi ilə 2009-cu ildə Azərbaycanda ilk dəfə orqan transplantasiyası əməliyyatı həyata keçirildi. Qürurla qeyd edə bilirik ki, bu gün ölkəmizdə böyrək və qaraciyər transplantasiyası müvəffəqiyyətlə icra olunur. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Milli Onkologiya Mərkəzi ən müasir avadanlıqlarla təchiz edilib. Xərçəng xəstələrinin erkən diaqnostikası və müalicəsi üçün yeni laboratoriyalar istifadəyə verilib.
Sadalanan bütün  faktlar göstərir ki, Mehriban xanımın hər bir layihəsi sadəcə dövlətçilik borcunun icrası deyil, həm də bir ananın, bir Azərbaycan qadınının  millətinə, xalqına, insanına olan qayğısı, sevgisidir. 
Biz həkimlər çox yaxşı bilirik ki, xəstənin sağalması təkcə dərman və müalicədən deyil, həm də şəfqət və diqqətdən, nəvazişdən asılıdır. 
Bu aspektdən yanaşanda biz  Mehriban xanımın  simasında  təkcə siyasətçi və təşkilatçını deyil, eyni zamanda şəfqətli, qayğıkeş bir ana obrazını görürük: Bu obraz xalqına,  insanlığa  sevgidən doğub yarana bilir. Mehribanlıq, yardımsevərlik, insanpərvərlik həyat amalına çevrilən şəxsiyyətlər bu qədər böyük ola bilir.  Bəli, bir ananın yalnız öz övladına  göstərdiyi qayğını, sevgini Mehriban xanım Əliyeva
 bütün Azərbaycan övladlarına şamil edir. Ondandır ki, biz Mehriban xanımın  timsalında Azərbaycan qadınının əsrlərlə formalaşmış ən ali keyfiyyətlərini görür, şahidi oluruq. Qoy həyatının hər günü onun insanlara bəxş etdiyi xoşbəxtlik qədər dəyərli, xidmətləri qədər uca, şəfqəti qədər işıqlı olsun.
 

Afət HƏSƏNOVA,

Tibb üzrə fəlsəfə doktoru, 
dosent 

Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30