Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir

Kreml: Vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir

17.11.2021 [16:01]

Ermənistan-Azərbaycan sərhədində vəziyyəti yalnız Qarabağ barəsində ümumi razılaşmaların yerinə yetirilməsi hesabına sabitləşdirmək olar.

AZƏRTAC xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov son hadisələri şərh edərkən belə fikirlər söyləyib.

Kremlin rəsmi nümayəndəsi qeyd edib ki, Rusiya tərəfi vasitəçilik səylərini davam etdirəcək. D.Peskov deyib: “Hər halda biz ümid edirik ki, vəziyyəti sabitləşdirməyin yeganə yolu üçtərəfli razılaşmaların yerinə yetirilməsidir. Biz hesab edirik ki, bütün ölkələr, ilk növbədə, öz öhdəliklərinə riayət etməlidir və bu, belə insidentlərin təkrarlanmamasının rəhni olacaq”.

Paylaş
Baxılıb: 93 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31