Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında...

Azərbaycan ordusu dünyanın ən qüdrətli orduları sırasında...

30.12.2021 [10:53]

8 Noyabr zəfəri İlham Əliyevin ordu quruculuğu siyasətinin məntiqi nəticəsidir

 “Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı bütün dünyaya örnək olan müasir ordu formalaşdırıb”

Dekabrın 24-ü Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 60 illik yubileyidir. Xalqımızın həyatının bütün sahələrində silinməz izlər qoyan, müstəqilliyimizi daha da möhkəmləndirən, dövlətimizin ərazi bütövlüyümüzü təmin edən, işğaldakı torpaqların azadlığına nail olan İlham Əliyev həm iqtisadi, həm siyasi, həm də hərbi sahədə böyük uğurlara imza atıb, Azərbaycanı regionun lider dövlətinə çevirməyə nail olub. Bu baxımdan İlham Əliyevin ordu quruculuğu siyasəti hərb tariximiz baxımından müstəsna əhəmiyyətə malikdir.

Ulu öndərin izi ilə: Adidən mükəmməlliyə gedən yol...

Məlumdur ki, Azərbaycanda nizami ordu quruculuğu prosesi ilə bağlı ilk addımlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev qanunsuz silahlı dəstələri, pərakəndə silahlı qrupları ləğv etdi və beləliklə də, nizami ordunun formalaşdırılması istiqamətində ilkin addımlar atıldı. Tezliklə ölkədə vahid komandanlığa tabe olan ordu formalaşdırıldı. Ordunun peşəkar kadrlarla təmin edilməsi, texniki təchizatının yaxşılaşdırılması və s. istiqamətində ciddi qərarlar qəbul edildi. Ulu öndərin ordu quruculuğu siyasəti Prezident İlham Əliyevin hakimiyəti dönəmində nəinki uğurla davam etdirildi, həm də miqyas və mahiyyət etibarı ilə yeni mərhələyə qədəm qoydu.  Müasir ordu quruculuğu istiqamətində İlham Əliyevin atdığı çoxsaylı addımlar, həyata keçirdiyi kompleks tədbirlər cəmi bir neçə il ərzində Azərbaycan ordusunu adi, sıradan bir ordudan dünyanın ən qüdrətli orduları sırasında qərarlaşdırdı. 

İlham Əliyev hərbçilərin sosial müdafiəsini niyə və necə gücləndirib?

İlham Əliyevin ordu quruculuğu prosesi əsnasında həyata keçirdiyi mühüm addımlardan biri hərbçilərin sosial rifahının yüksəldilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əmək haqlarının mütəmadi şəkildə artırılması ilə bağlı olub. Silahlı Qüvvələrin Ali Baş Komandanı hər zaman haqlı olaraq belə hesab edib ki, vətəni qoruyan, onun təhlükəsizliyini təmin edən, düşmən hücumları, düşmən təxribatlarına özünü sipər edən şəxslərin sosial rifahı, yaşam səviyyəsi yüksək olmalı, onlar maddi çətinlik, mənzil problemi və s. kimi hallarla üzləşməməlidir. Bu məqsədlə mütəmadi surətdə hərbçilərin sosial təminatının gücləndirilməsi ilə bağlı fərman və göstərişlər verən ölkə başçısının bununla bağlı son fərmanı 15 noyabr 2021-ci il tarixində olub. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanla hərbçilərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı komissiyanın katibliyi müəyyənləşib. Bundan daha öncə, 2021-ci ilin iyun ayında Prezident İlham Əliyev "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" sərəncam imzalayıb. 2021-ci ilin 1 iyul tarixindən qüvvəyə minən bu sərəncama əsasən işğaldan azad edilən ərazilədə xidmət edən hərbçilərin maaşları artırılıb. 

Şəhid ailələrinə, o cümlədən sağlamlığını itirən hərbçilərə dövlət qayğısının artırılması, onların mənzil probleminin köklü şəkildə həll edilməsi istiqamətində də ciddi addımlar atılıb. 2017-ci ildə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərdən və şəhid ailələrindən 315 nəfər mənzil və fərdi evlə təmin ediliblər. Prezident İlham Əliyevin 2 avqust 2018-ci il tarixli Sərəncamı ilə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 2018-ci ildə əlavə olaraq minimum 300 mənzilin alınması üçün 20 milyon manat vəsait ayrılıb. Vətən müharibəsində həlak olan bütün şəhidlərin ailələrinin evlə təmin edilməsi ilə bağlı ölkə başçısının məlum göstərişi də, YAŞAT Fondunun yaradılması da Ali Baş Komandanın öz zabitinə, öz əsgərinə, onların ailələ üzvlərinə olan doğma münasibətinin göstəricisidir. 

Ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandıran sərkərdə!

İlham Əliyevin hərbi quruculuq siyasətində diqqət çəkən məqamlardan biri də Azərbaycan ordusunu dünya hərb sənayesinin ən müasir nailiyyətləri ilə silahlandırması, müasir hərbi texnikanın idxalına xüsusi diqqət yetirməsi ilə bağlıdır. Azərbaycanın iqtisadi gücündən maksimum faydalanaraq ordumuzu Türkiyə, İsrail, Rusiya, Belarus və s. kimi dövlətlərin müasir hərbi texnikaları ilə təchiz edən, onun davamlı modernləşdirilməsi prosesini həyata keçirən İlham Əliyev, bununla Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ordusu qarşısndakı üstünlüyünü bir qədər də artırmış, onu sözün həqiqi məansıdna məğlubedilməz etmişdi. Təkcə bir faktı qeyd edim ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın Türkiyə və İsraildən aldığı kəşfiyayt və zərbə dronları düşmən hədəflərinin müəyyən edilməsi və məhv edilməsində mühüm rol oynamış, nəticədə işğalçı orduya məxsus, dəyəri milyonlarla dollarla hesablanan hərbi texnika, hava hücumundan müdafiə sistemləri, artilleriya qurğuları məhv edilmişdi. 

Xarici dövltətlərdən Azərbaycan ordusunun ehtiyacına uyğun olaraq alınan müasir hərbi texnika və raket sistemləri Vətən müharibəsi zamanı Ermənistanın hərbçilərimizə və mülki insanlarımıza qarşı tətbiq etdiyi ballistik raketlərin havadaca zərərsizləşdirilməsində uğurla istifadə edilmiş, məhz bunun sayəsində yaşayış məntəqələrimizi və əsgərlərimizi hədəf alan bir sıra raketlər, o cümlədən düşmənin Şuşaya atdığı “İsgəndər-M” raketlərinin bir çoxu havadaca vurulmuşdur. Nəticədə, sadəcə artilleriya və raket sistemlərimizin deyil, mülki insanlarımızın, əsgər və zabitlərimizin təhlükəsizliyi təmin edilmişdir. 

Bunu da qeyd edim ki, ölkə başçısı öz çıxışlarında qabaqcıl dövlətlərdən müasir hərbi texnikaların alınması siaysətinin bundan sonra da diqqət mərkəzində saxlanılacağını bəyan edib ki, bu da Azərbaycan ordusunun post-müharibə dönəmindən sonra da hərbi-texniki təchizat baxımından öz liderliyini qoruyub saxlayacağı deməkdir.

Yeni hərbi akademiyalar, xarici dövlətlərdə təkmilləşdirmə kursları və “peşəkarlar məktəbi”

İlham Əliyevin ordu quruculuğunda mühüm yer tutan məqamlardan biri də yüksək peşəkarlığa malik hərbi kadrların hazırlanması ilə bağlıdır. Xatırladaq ki, ümummilli lider Heydər Əliyev böyük uzaqgörənlik göstərərək hələ sovet dönəmində - 19 aprel 1971-ci il tarixində Azərbaycanda Cəmşid Naxçıvanski adına hərbi lideyin yaradılmasına nail olmuş, bununla da yerli hərbi kadrların hazırlanması üçün mühüm zəmin formalaşdırmışdı. Müstəqillik illərində Heydər Əliyev tərəfindən hərbi məktəb və akademiyaların yaradılması prosesi uğurla davam etmişdir. Ulu öndərin məlum siyasətini müvəffəqiyyətlə davam etdirən Prezident İlham Əliyev yeni hərbi akademiyaların yaradılmasına nail olmuşdur. Buna nümunə olaraq Prezident İlham Əliyevin 2007-ci il 12 iyun tarixli sərəncamı ilə Dövlət Sərhəd Xidməti Akademiyasının yaradımasını göstərmək olar. Hansı ki, 44 günlük Vətən müharibəsində bütün qoşun növləri kimi Sərhəd Qoşunları da torpaqlarımızın erməni işğalından azad edilməsində yaxıdnan iştirak etmiş və böyük qəhrəmanlıqlar göstərmişdir. 

Bundan başqa, məhz İlham Əliyevin səyi nəticəsində yüzlərlə, minlərlə azərbaycanlı hərbi kadr qardaş Türkiyə başda olmaqla dünyanın bir çox dövlətlərində əlavə hərbi təhsil və təkmilləşdirmə kurslarına cəlb edilmiş, bununla da öz peşəkarlıqlarını daha da yüksəltmiş, dünya ordularının təcrübəsi ilə praktiki şəkildə tanış olmuşdular. Nəticədə, Azərbaycan Silahlı Qüvvələri hərb işini dərindən bilən nəhəng  peşəkarlar məktəbinə çevrilmiş, digər dünya orduları üçün nümunə sayılacaq səviyyəyə yüksəlmişdi. 

Ordusunu vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan!

Müasir ordu quruculuğu prosesində İlham Əliyevin həyata keçridiyi hər bir islahat, tətbiq etdiyi hər bir yenilik son dərəcə səmərəli olmuş və bu yeniliklər kompleks yanaşma siyasətinin tərkib elementi kimi çıxış etmişdir. 

İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımlar sırasında ordu daxilində mənəvi baxımdan sağlam ab-havanın yaradılıması, yüksək mübarizə əzminin və əhval-ruhiyyəsinin formalaşdırılması xüsusi əhəmiyyət kəsb etmişdir. Təsadüfi deyil ki, İlham Əliyev sadəcə bütün dünyaya nümunə olacaq müasir ordunun qurucusu olmaqla yanaşı, həm də hərbçilərini vətən məhəbbəti, torpaq sevgisi, bayraq eşqi ilə silahlandıran komandan kimi tanınmaqdadır. İlham Əliyevin Ali Baş Komandan kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrində formalaşdırdığı yüksək döyüş əzmi, vətən sevgisi, fədakarlıq keyfiyyəti özünü 44 günlük Vətən müharibəsində bütün aydınlığı ilə büruzə verdi. Təkcə Şuşa şəhərinin işğaldan azad edilməsi zamanı hərbçilərimizin sərgilədiyi qəhrəmanlıq – düşməni yalın əllə məhv edərək şəhəri azad etməsi gerçəyi deyilənlərə nümunədir. 

Məlumat üçün qeyd edim ki, Vətən müharibəsinin başa çatmasından bir il ötsə də, bu gün Azərbaycan ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətləri tərəfindən araşdırılmaqda, ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar şanlı Azərbaycan ordusunun, bu ordunun Ali Baş Komandanı olan İlham Əliyevin gücündən, böyüklüyündən, özünəməxsus bacarıq və səriştəsindən xəbər verir. 

Yuxarıda qeyd etdiyimiz kimi, dekabrın 24-ü Prezident İlham Əliyevin, müzəffər Ali Baş Komandanın  60 illik yubileyidir. Bizim üçün xüsusilə sevindiricidir ki, Azərbaycan xalqı öz liderinin 60 illik yubileyini ərazi bütövlüyünü təmin etmiş halda – qalib xalq kimi qeyd edir. Hər bir azərbaycanlı əmindir ki, Azərbaycan xalqı, Azərbaycan dövləti İlham Əliyevin rəhbərliyi altında bundan sonra da bir-birindən böyük, bir-birindən önəmli uğurlara nail olacaq, insanlarımızın sosial rifahı daha da yaxşılaşacaq və vətənimiz günü-gündən daha da çiçəklənəcəkdir. Heç şübhəsiz ki, bu mühüm işdə hər birimiz Ali Baş Komandanın yanında olmalı, ona dəstək verməli və onun ətrafında dəmir yumruq kimi birləşməliyik. Çünki həm dövlət, həm də xalq olaraq gələcəyimiz bu birlik və həmrəylikdən asılıdır. 

Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik

Paylaş
Baxılıb: 145 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31