“İrəli” İB “Komandanın Baza Biliklərinin Gücləndirilməsi” layihəsini yekunlaşdırıb
16.02.2022 [12:17]
"İrəli” İctimai Birliyi gənclərdə komanda ruhunun yüksəldilməsi, problemlərin kollektiv şəkildə həlli və ümumilikdə gənclərin yeni bilik və bacarıqlar əldə etməsi məqsədilə “Komandanın Baza Biliklərinin Gücləndirilməsi” layihəsini həyata keçirib.
Layihənin ilk günündə görüş “İrəli” İctimai Birliyin sədri Şahin Rəhmanlı ilə baş tutub. Görüş çərçivəsində Birliyin fəaliyyətində aktiv yer alan gənclərlə cari il üçün həyata keçiriləcək layihə və tədbirlərin planı müzakirə edilib, gənclərin bu fəaliyyətlərdə aktiv rol alması, bu vasitə ilə həmyaşıdlarına göstərə biləcəkləri dəstəyin vacibliyindən danışılıb. “İrəli” sədri bütün bu fəaliyyətlərin icrasında komanda işinin xüsusi əhəmiyyətindən söhbət açıb.
Layihənin növbəti günündə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin direktor müavini, təlimçi Anar Məmmədovun təqdimatında “Komandada peşəkar idarəçilik” mövzusunda vorkşop keçirilib. Keçirilən təlim müddətində komanda daxilində idarəetmə, liderin xarakterik xüsusiyyətləri və Edvard De Bononun “6 düşüncə şlyapası” metodu haqqında ətraflı müzakirələr aparılıb, gənclərə liderlik və komanda quruculuğu haqqında nəzəri və praktiki biliklər ötürülüb.
Gənclər Fondunun maliyyə dəstəyi ilə Lənkəran şəhərində həyata keçirilən layihə çərçivəsində həmçinin “Sağlam Düşüncə” Gənclər Təşkilatının İdarə Heyətinin üzvü Ramiz Əliyev və Gənclərin İnkişaf və Karyera Mərkəzinin baş direktoru Ramtiq Alızadə ilə görüşlər keçirilib. Görüşlərdə qonaqlar tərəfindən Birliyin əməkdaşları və üzvləri ilə beynəlxalq əlaqələr, faundreyzinq, Avropa Həmrəylik Korpusunun könüllülük proqramı, beynəlxalq layihələrin yazılması və idarə edilməsi, o cümlədən regionlarla iş, insan resurslarının idarə edilməsi, region gənclərinin ehtiyaclarının müəyyənləşdirilməsi və digər istiqamətlərdə mövzular müzakirə edilib.
Layihədə gənclərin asudə vaxtının səmərəli təşkili, eyni zamanda keçirilən təlimlərin effektivliyinin artırılması məqsədilə Birliyin əməkdaşları Günel Abbaszadə və Raziyə Dadaşzadə tərəfindən müxtəlif oyun və enercayzerlər də həyata keçirilib. Bununla yanaşı gənclərdə komanda ruhunun gücləndirilməsi və Lənkəran şəhərinin tarixi-mədəni abidələri, gəzməli-görməli yerləri ilə tanışlıq məqsədi ilə “Axtar Tap” intellektual oyunu baş tutub.
40-dan çox gəncin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi Birliyin gənclərlə işləyən aktiv üzvlərinin potensialını artırmaqla digər gənclər üçün daha yaxşı imkanlar yaratmaq olub. Layihə müddətində gənclərin şəxsi inkişafı təmin edilib, komanda işində buraxılan səhvlərin həlli istiqamətində addımlar atılması ilə bağlı görüşlər baş tutub. O cümlədən iştirakçılar problem həlletmə, qərar qəbulu, komanda birliyinin əhəmiyyəti haqqında praktiki təcrübə eldə ediblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

