Polşa – Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub
22.02.2022 [13:31]
Fevralın 21-də Varşavada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) və Şərqi Araşdırmalar Mərkəzinin (OSW) birgə təşkilatçılığı və Azərbaycanın Polşadakı səfirliyinin dəstəyi ilə Polşa-Azərbaycan diplomatik əlaqələrinin qurulmasının 30 illiyi qeyd olunub. Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Polşanın Xarici İşlər Nazirinin müavini Marcin Przydacz, Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova, BMTM-in sədri Fərid Şəfiyev, OSW-ın sədri Adam Eberhardt, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, millət vəkili Aydın Mirzəzadə, Polşadan və Azərbaycandan olan ictimai-siyasi xadimlərin və ekspertlərin iştirakı ilə təşkil olunmuş dəyirmi masada iki ölkə arasındakı əlaqələr müxtəlif aspektlərdən müzakirə olunub. İştirakçılar 2022-ci ilin Azərbaycan və Polşa arasındakı diplomatik əlaqələrin qurulmasının ilk dönümü ilə yanaşı, iki ölkə arasında tarixi əlaqələrin qurulmasının 550-ci və strateji əməkdaşlıq sazişinin imzalanmasının 5-ci il dönümü kimi qeyd olunduğunu vurğulayıblar.
Ölkəmizin müstəqillik əldə etməsindən sonra Azərbaycan və Polşa arasındakı əlaqələrin sürətlə inkişaf etdiyi və son illərdə xüsusi dinamika aldığı qeyd olunub. Tədbir iştirakçılarına bu əlaqələrin tarixi və müasir aspektləri barəsində ətraflı məlumat verən nazir müavini X.Xələfov ölkələr arasında iqtisadi, mədəni, humanitar əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğuna diqqət çəkib. İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni vəziyyət haqqında dinləyiciləri məlumatlandıran X.Xələfov polşalı investorları və şirkətləri Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yenidənqurma işlərində iştirak etməyə dəvət edib.
İkitərəfli əlaqələrin inkişaf potensialının yüksək olduğunu təsdiq edən Polşanın Xarici İşlər Nazirinin müavini M.Przydaczın 2017-ci ildə Prezident İlham Əliyev və Prezident Andrzej Duda tərəfindən imzalanmış strateji əməkdaşlıq sazişinin bunun üçün möhkəm təməl yaratdığını qeyd edib. O, İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazdakı vəziyyəti və Ermənistan-Azərbaycan sülh prosesini yaxından izlədiklərini və ATƏT-in hazırki sədri kimi bu prosesə dəstək olduqlarını vurğulayıb.
BMTM-in sədri Fərid Şəfiyev tədbir iştirakçılarına post-müharibə dövründə yaranmış vəziyyət, Azərbaycanın quruculuq planları və eyni zamanda bölgədə sülh və əməkdaşlıq üçün ortaya çıxan imkanlar və təhdidlərdən bəhs edib. Azərbaycanın Ermənistanla qarşılıqlı olaraq ərazi bütövlüyünü tanımaq prinsipi ilə sülh müqaviləsini imzalamağa hazır olduğunu, lakin Ermənistandakı millətçi və revanşist qüvvələrin buna qarşı çıxdığını bildirib. O, Avropa İttifaqının bu münasibətlərin normallaşmasında son aylarda aktiv rol oynadığını və bunun bütövlükdə Cənubi Qafqazda sülh və stabillik üçün əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirdə Polşa Poçt Xidməti tərəfindən Azərbaycan və Polşa arasında diplomatik əlaqələrinin qurulmasının 30-cu il dönümü münasibəti ilə hazırlanmış poçt markaları təqdim edilib. Təqdimatı edən Polşa Poçt Xidmətinin Prezidenti Tomasz Zdzikot Azərbaycan və Polşa arasındakı əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu bəyan edib.
Dəyirmi masa Azərbaycan və Polşadan olan ictimai-siyasi xadimlərin və ekspertlərin çıxışları ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

