Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / ƏDV-nin ləğvi çap mediasına necə təsir edəcək?

ƏDV-nin ləğvi çap mediasına necə təsir edəcək?

14.05.2022 [09:36]

Kağız məhsullarının idxal və satışına görə 18 faiz tutulmayacaq

Ölkəmizdə kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, eləcə də həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı ƏDV-dən azad edilib. Belə ki, idxalı ƏDV-dən azad edilən kağız və çap məhsullarının siyahısı təsdiqlənib. Bununla bağlı ötən gün Azərbaycan Respublikasının Baş naziri müvafiq qərar imzalayıb.

Nazirlər Kabinetinin yaydığı rəsmi məlumatda bildirilir ki, idxalı və satışı əlavə dəyər vergisindən azad edilən kütləvi informasiya vasitələri məhsullarının, kitabların, dərslik və həmin malların nəşri ilə bağlı rulon və ya vərəqə şəklində kağızın siyahısı təsdiq edilib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub.

Siyahıya aşağıdakı məhsullar daxildir:

- Rulonlarda və ya vərəqlər şəklində qəzet kağızı;

- Mü?təlif ölçü və qramda olan yazı, çap və ya digər qrafik məqsədləri üçün istifadə edilən təbaşirlənməmiş kağız və karton;

- Kitabların cildlənməsi üçün tikilən kağız və karton üzlük;

- İllüstrasiyalı və ya illüstrasiyasız, içində reklam materialı olan və ya olmayan qəzetlər, jurnallar və digər dövri nəşrlər;

- Kitab-şəkillər, rəsm üçün və ya rəngləmə üçün uşaq kitabları.

Siyahıya həm də kitablar şəklində çap edilmiş atlaslar, divar xəritələri, topoqrafik planlar da daxil olmaqla, coğrafi və hidroqrafik xəritələr və ya bütün növ analoji xəritələr daxildir.

Mütəxəssislərin fikrincə, Vergi Məcəlləsinə edilən bu dəyişiklik və dünən imzalanan qərar media sahəsində aparılan köklü islahatların ardıcıllığının və vahidliliyinin təmin edilməsinin, eləcə də bu sahədə görülən tədbirlərə kompleks yanaşmanın təzahürü olmaqla çap mediası subyektlərinin və çap məhsullarının yayımını həyata keçirən şirkətlərin səmərəli fəaliyyətinə, iqtisadi dayanıqlılığın artmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

 “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bu qərarın çap xərclərinin aşağı düşməsinə birbaşa təsir göstərə biləcəyini deyib: “Bizim uzun illərdir bu məsələ uğrunda göstərdiyimiz çabaların əsas hədəfi, məqsədi qəzetlərin və ümumiyyətlə bütün çap mediasının xərclərinin aşağı düşməsinə nail olmaqdan ibarət idi. Xüsusilə də müxtəlif formatlarda çap kağızlarının qiymətinin baha olması illər boyu çap məkanının vəziyyətini ağırlaşdırırdı, buna təsir göstərən əsas məsələlərdən biri idi. Bu istiqamətdə illər boyu göstərilən çabalar lazımi nəticəni vermirdi. Xatırlayıram ki, bəlkə son 10 il ərzində ən müxtəlif səviyyələrdə cəhd göstərilsə də, nəticəsi olmayıb”.

Baş redaktor qeyd edib ki, bu nəticənin əldə olunması MEDİA-nın əhəmiyyətli xidmətlərindən biridir: “İqtisadi İnkişaf Nazirliyində, Vergi Xidmətində biz - media rəhbərlərinin də iştirakı ilə və MEDİA-nın təşkilatçılığı ilə keçirilən tədbirlər öz nəticəsini verdi. İstəyimiz budur ki, xüsusilə çap medianın xərclərinin aşağı düşməsində bu qərarın rolu olsun. Hökumət və MEDİA özlərindən asılı olanı etdilər. 18 faiz ƏDV ləğv olunması sözsüz ki, çap xərclərinin aşağı düşməsində öz müsbət rolunu oynaya bilər. Ancaq burada bəzi məsələlər nəşriyyatlardan, birbaşa çap orqanlarının özlərindən asılı olacaq. Əgər onlar da ƏDV-nin ləğv olunmasını nəzərə alaraq çap xərclərini aşağı salacaqlarsa, onda çap mətbuatının vəziyyətində əhəmiyyətli bir dəyişmənin şahidi ola bilərik”.

“Amma hər şey qərarın necə tətbiq olunacağından, çap orqanlarının, nəşriyyatların buna necə reaksiya verəcəklərindən asılı olacaq”, - deyə A.Quliyev əlavə edib.

“Son dəqiqə” nəşriyyatının rəhbəri Xəlil Kanın fikrincə, bu, mətbəə bazarındakı durğunluğa son qoyacaq: “10-a yaxın qəzet maliyyə səbəbindən bağlandı. Mətbəədə çox ciddi şəkildə böhran hökm sürür. Kağız və materiallar çox yüksək qiymətədir. “Son dəqiqə” nəşriyyatı olaraq bu sahədə bizimlə əməkdaşlıq edənlərə güzəştlər, endirimlər edirik. Əminəm ki, Cənab Prezidentin müvafiq Fərmanının icrasının təmin edilməsi məqsədilə verilmiş bu qərarın qəbul edilməsi çap mediası sahəsində dirçəlməyə səbəb olacaq, bir müddət əvvəl maliyyə səbəbindən bağlanmış qəzetlər də yenidən çıxacaq”.

Paylaş:
Baxılıb: 91 dəfə

Xəbər lenti

Hamısına bax

Prezident bu gün

Prezident bu gün

21 May 09:31

Gündəm

Xəbər lenti

Xəbər lenti

Siyasət

İndi vaxtıdır!

20 May 10:43

Xarici siyasət

Siyasət

“B” planı...

20 May 10:37

Xarici siyasət

Analitik

İqtisadiyyat

Gündəm

Son mərhələ...

20 May 09:49

Prezident bu gün

Prezident bu gün

20 May 09:45

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31