Heydər Əliyev yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Meymunçiçəyi sərhədləri aşır

Meymunçiçəyi sərhədləri aşır

26.05.2022 [10:31]

Dünyada xəstəliyə yoluxanların sayı 130 nəfəri ötüb

MİKAYIL

Meymunçiçəyi nadir virus infeksiyasıdır. Həmin xəstəlik insana əsasən heyvandan keçir. Yoluxanlar ilə təmasda olmuş şəxslər üçün üçhəftəlik karantin tətbiq etməyi məsləhət görürlər. İlk qaydaların isə yaxın günlərdə aşkarlana biləcəyi gözlənilir. Xəstəlik çox vaxt yüngül keçir və pasiyentlərin əksəriyyəti bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ağırlaşmalar da baş verir. Mütəxəssislərin sözlərinə görə, yüksək hərarət, baş və əzələ ağrısı, limfa düyünlərinin şişməsi, bel ağrıları, titrətmə və yorğunluq xəstəliyin ilk simptomlarıdır. Həmçinin əvvəlcə üzdə, sonra isə bədənin digər hissələrində səpmə əmələ gələ bilər.

Çiçək virusu ilə eyni ailədəndir, ona görə də xəstəliyin gedişatı da çiçək xəstəliyi ilə çox oxşardır. Xəstəlik qızdırma ilə başlayır, baş və əzələ ağrıları ilə davam edir. Qızdırmadan bir neçə, təxminən üç gün sonra səpgilər əmələ gələrək bədənə yayılır.

Dünyada bu virusun aşkarlandığı ölkələrin və yoluxma ilə bağlı təsdiq olunmuş halların sayı getdikcə artır. ÜST indiyədək dünya üzrə insanlar arasında meymunçiçəyi infeksiyasına 131 yoluxma halı qeydə alıb. Belə ki, dünyanın 17 ölkəsində meymunçiçəyinə yoluxma halı aşkarlanıb. Həmçinin Sudan və Argentina ehtimal olunan yoluxmalarla bağlı araşdırma aparır. Ən çox yoluxma İspaniya (40 nəfər), Portuqaliya (37 nəfər) və Böyük Britaniyada (20 nəfər) qeydə alınıb. Eyni zamanda, hazırda araşdırılan 106 yoluxma halından 51-i İspaniyadadır.

Təşkilat yoluxma hallarının sayının artacağı ilə bağlı xəbərdarlıq edir.

Hansı tədbirlər görülür?

Koronavirusdan fərqli olaraq, çiçək əleyhinə hələ uşaqlıqda peyvənd vurulan dövrdən sonra doğulan gənclər virusa daha çox məruz şəxslər kimi göstərilib. Hesab olunur ki, uşaq yaşında peyvəndlənmiş şəxslər bu baxımdan qorunublar, ona görə gənc nəsil və adıçəkilən yaxşı dövrdən sonra doğulub peyvəndlənməyən insanlar xüsusilə diqqətli olmalıdırlar.

Bu məqsədlə də meymunçiçəyi əleyhinə vaksin istehsal edən bir sıra şirkətlər fəaliyyət göstərir. Avropa İttifaqının üzvlüyündən çıxan və bu səbəbdən Brüssel üçün “xarici ölkə” hesab edilən Böyük Britaniya şirkətləri də bu sıradadır.

Eləcə də Almaniyanın səhiyyə qurumu yeni vaksinlənmə kampaniyasına başlamağı planlaşdırır. Lakin bu dəfə əhalinin meymunçiçəyinə qarşı immunlaşdırılması nəzərdə tutulur. Alimlər hesab edirlər ki, əvvəlcə mövcud vaksinlərin effektivliyi, onu haradan almağın və yerli istehsalın təşkilinin mümkün olub-olmaması öyrənilməlidir.

Sevindirici haldır ki, Azərbaycan ərazisində bugünkü tarixədək meymunçiçəyi xəstəliyinə şübhəli hallar qeydə alınmayıb.

Paylaş:
Baxılıb: 116 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

13 il öncə...

25 İyun 10:35

Xəbər lenti

Siyasət

MEDİA

Prezident bu gün

Prezident bu gün

25 İyun 10:11

Xəbər lenti

Siyasət

4-cü səfər...

25 İyun 10:01  

Gündəm

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30