Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Gürcüstan "Borjomi"ni dövlət müəssisəsinə çevirir

Gürcüstan "Borjomi"ni dövlət müəssisəsinə çevirir

06.06.2022 [16:29]

Gürcüstan hökuməti bir həfətdən sonra “Borjomi” mineral su şirkətinin səhm paketinin həmsahiblərindən olacaq.

“Report” xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili iyunun 6-da hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, bir həftədən sonra dövlət şirkətin sahiblərindən olacaq: “İqtisadiyyat Nazirliyi danışıqları demək olar ki, başa çatdırıb. Düz bir həftədən sonra hökumətin iclasında “Borjomi” səhmləri məsələsimi gündəliyə çıxaracağıq. Dövlət “Borjomi”nin həmsahiblərindən olacaq”.

Hökumət başçısı mayın 31-dən şirkətin əməkdaşlarının iş şəraitinin yaxşılaşdırılması tələbi ilə keçirdikləri tətilə münasibət bildirib: “Heç bir vətəndaşımız narazı qalmayacaq. Biz hamı ilə ədalətli davranacağıq. Bütün işlərlə lazımi qaydada qərar qəbul ediləcək”.

Qeyd edək ki, bu il aprelin 29-da “IDS Borjomi Georgia” maliyyə çətinliyi ilə əlaqədar Gürcüstanda fəaliyyətini dayandırdığını elan etmişdi. Onlar bunu Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatla əlaqələndirmişdi. Mayın 19-da isə səhmlərini əvəzsiz olaraq hökumətə verməyə hazır olduğunu bildirmişdi.

Paylaş:
Baxılıb: 114 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xəbər lenti

Müsahibə

Xarici siyasət

İqtisadiyyat

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

01 İyul 09:55

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31