IDEA ekoloji yay düşərgəsi təşkil edib
13.06.2022 [21:50]
İyunun 8-10-da "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Təhsil Nazirliyi və Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı, Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Bəbirləri mühafizə edək!" adlı növbəti ekoloji yay düşərgəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, Lerik rayonundan 60-a yaxın məktəblinin iştirak etdiyi düşərgə rayonun Qosmalian kəndində keçirilib.
"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin əsas məqsədi Qafqaz bəbirinin məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənclərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliği, onların məktəb yaşlarından ətraf mühit sahəsində maarifləndirilməsi, təbiətə qarşı rəğbət və qayğı hissinin formalaşdırılmasıdır.
Düşərgənin ilk günü iştirakçılar bəbirlərin həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında geniş məlumatlar əldə edib, bu nadir canlı növünün qorunması mövzusunda seminarlarda, bəbirlərin populyasiyasının azalma səbəbləri ilə bağlı təqdimatda, o cümlədən müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə, biomüxtəlifliklə bağlı bilik yarışmalarında iştirak ediblər.
Düşərgənin ikinci günündə iştirakçıların Zuvand Dövlət Təbiət Yasaqlığına, o cümlədən Günəşli şəlaləsinə ekskursiyası təşkil olunub. Daha sonra, gənclər heyvan izlərinin və bitki növlərinin təyin edilməsi ilə bağlı praktiki işlərə qoşulublar.
Düşərgənin üçüncü günü, məktəblilərə təbiət fotoqrafı və rejissoru Adrian Stern tərəfindən çəkilən "Dünyanın ən çox axtarılan bəbiri" sənədli filmi nümayiş olunub. Daha sonra “bəbirləri qoruyaq” adlı ekoloji oyun keçirilib. Oyun zamanı iştirakçılar komandalara bölünərək bəbirlərin qanunsuz ovlanmadan xilas edilməsi yollarını tapmağa çalışıblar.
Düşərgənin sonunda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.
Qeyd edək ki, "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Layihə Qafqaz bəbirlərinin populyasiyasının bərpası və mühafizəsinə yönəlsə də, onun əsas istiqamətlərindən biri də ictimaiyyət arasında maarifləndirilmənin artırılmasıdır. Bu məqsədlə məktəblilər üçün təşkil edilən bu cür yay düşərgələri mühüm əhəmiyyət kəsb edir.
Sözügedən düşərgələr müvafiq fauna növlərinin məskunlaşdığı regionlarda və həmin ərazilərdə yaşayan məktəblilər üçün təşkil olunur. Ötən illərin yay aylarında Masallı, Lerik, Salyan, Qax, Qəbələ və İsmayıllı rayonlarında keçirilmiş 3 günlük yay düşərgələrində 600-ə yaxın məktəbli iştirak etmişdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

