Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ermənistan ordusunun generalı həbs edilib

Ermənistan ordusunun generalı həbs edilib

17.06.2022 [15:15]

Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən araşdırılan cinayət işi çərçivəsində bu ölkənin Müdafiə Nazirliyinin Artilleriya İdarəsinin keçmiş rəisi, general-mayor Armen Harutyunyan həbs edilib.

AZƏRTAC “pastinfo.am” saytına istinadla xəbər verir ki, istintaq tədarük olunan malların qəbulu üzrə komissiyanın sədri Harutyunyanın alınması nəzərdə tutulan silahların taktiki-texniki göstəricilərinə uyğun gəlməməsi faktını tamah məqsədilə və dələduzluq yolu ilə gizlətdiyini müəyyən edib.

Bildirilib ki, bununla da o, dövlətə 524 milyon dram (təxminən 1 milyon ABŞ dolları) məbləğində ziyan vurub.

O da məlum olub ki, bu partiyadan olan və 44 günlük müharibə zamanı istifadə edilən silahlarla “döyüş tapşırıqlarını icra etmək mümkün olmayıb”.

Eyni zamanda, tədarükçü şirkətin direktoru və sahibinə qarşı ittihamlar irəli sürülüb.

Məlumatda, həmçinin korrupsiya prosesində iştirak edən digər şəxslərin müəyyənləşdirilərək məsuliyyətə cəlb olunması istiqamətində işlərin davam etdiyi bildirilir.

Paylaş:
Baxılıb: 683 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31