“Yeni Azərbaycan” qəzetində gənclər üçün infotur
04.07.2022 [16:15]
G.QABİLQIZI
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “QHT əməkdaşlarının media və PR bacarıqlarının artılırması” layihəsi çərçivəsində “Yeni Azərbaycan” qəzetində ictimai sferada fəaliyyət göstərən gənc fəallar üçün infotur təşkil olunub.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Həsənoğlu gənclərlə görüş zamanı QHT sahəsi ilə medianın qarşılıqlı əlaqələrinin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirib ki, QHT əməkdaşlarının və rəhbərlərinin media ilə əlaqələrinin qurulması birbaşa onların özünə müsbət təsir edir, çünki bu əlaqələr həmin QHT-nin nüfuzunu yüksəldir. A.Həsənoğlu layihənin həyata keçirilməsini yüksək qiymətləndirərək vurğulayıb ki, istər onlayn, istərsə də ənənəvi mediada milli-mənəvi dəyərlərin qorunması istiqamətində gənclərin bilik və bacarıqlarının artırılması baxımından belə müzakirələr mütəmadi baş tutmalıdır: “Bu cür görüşlər vasitəsilə gənclərdə media ilə kommunikasiya bacarıqlarının yaradılması onların gələcək karyeralarına təsir edəcək. Gənclərin mətbuatla operativ və səmərəli işləməsi üçün tələb olunan zəruri bilik, bacarıq və vərdişlərinin inkişafına zəmin yaradacaq”.
Baş redaktor iştirakçılara qəzetin tarixi, qəzetçilik ənənələri barədə məlumat verərkən qeyd edib ki, qəzetin redaksiyası gənclərə bu sahədə hər hansı bir dəstəyin göstərilməsinə hazırdır.
Layihənin koordinatoru, “İrəli” İctimai Birliyinin nümayəndəsi Arif Rəhimli bildirib ki, mətbuatın gənclərə diqqət ayırması prosesin uğurlu olmasına təkan verə bilər: “Həyata keçirilən layihənin əsas məqsədi QHT-lərdə media və PR istiqaməti üzrə fəaliyyət göstərən əməkdaşların bilik və bacarığını artırmaq, onların mətbuat və sosial şəbəkəyə çıxış imkanlarını gücləndirmək, qarşılıqlı əlaqələrin möhkəmləndirilməsinə nail olmaqdır”.
Görüşün sonunda gənclər “Yeni Azərbaycan” qəzetinin fəaliyyəti ilə tanış olub, qəzetin çapaqədərki hazırlanma mərhələsi, informasiyanın emalı prosesini yaxından izləyiblər.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

