Xəzərdə suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb
05.07.2022 [11:12]
Xəzər dənizində suyun səviyyəsinin tərəddüdünə səbəb olan əsas amillər açıqlanıb.
"Report"un məlumatına görə, “İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən tədbirdə AMEA-nın akademiki Fəxrəddin Qədirov bildirib ki, iqlim amili ilə formalaşan Xəzər dənizinin su balansın komponentləri sırasında Xəzərə tökülən çay axımları, dəniz səthinə düşən yağıntılar, Xəzərin səthindən buxarlanma, Xəzərə axan yeraltı sular və axımlar yer alır.
“İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransda danışan akademik qeyd edib ki, iqlimə və dolayısı ilə dənizin səviyyəsinə təsir edən astronomik amillər də var:
"Bura günəş aktivliyi və qabarma-çəkilmə də aiddir. Tektonik amillər arasında zəlzələ nəticəsində qırılma xətlərində baş verə biləcək axınlar, Xəzərdə baş verən vulkan püskürmələri nəticəsində yaranan lava axımları, plitələrin qarşılıqlı təsiri nəticəsində dibin tərəddüdü yer alıb. Antropogen amillər iqlim dəyişmələrinə və bilavasitə su balansı komponentlərinin dəyişmələrinə səbəb olur".
F.Qədirov vurğulayıb ki, Xəzər dənizinə yeraltı suların axmasına dair aparılan hesablamalar bu prosesin dəniz səviyyəsindəki tərəddüdlərə ciddi təsiri olmadığını göstərib:
"Tədqiqatçıların əksəriyyəti iqlim və bununla yaxından əlaqəli axınlı-miqrasiya amilinə üstünlük verirlər. Bütün bu amillərin kompleks təhlili Xəzər dənizi səviyyə tərəddüdlərinin bir çox ssenarilər üzrə tədqiqatlarını zəruri edir. Aparılan tədqiqatlarda Xəzər dənizinin səviyyəsində tərəddüdlərə səbəb olan əsas amillər olaraq iqlim və çay sularının olduğu qəbul edilsə də, 1977-ci ildə başlayan və bu günə qədər davam edən kəskin dəyişmələr bu faktorlarla izah oluna bilmir".
"Xəzər dənizinin səviyyəsində tərəddüdlərlə seysmik proseslər arasında əlaqələrin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar bu prosesində qismən rol oynadığını ortaya qoyub. Başqa sözlə, Cənubi Xəzər plitəsinin kənarının seysmik hadisələr hesabına hətta əhəmiyyətsiz yerdəyişmələri həm zəlzələlərin hazırlanması zamanı, həm də onların baş verməsindən sonra dəniz səviyyəsində nəzərə çarpacaq fluktuasiyalara səbəb olacaq. Su balansı və seysmik təsirlə ilə hesablanmış səviyyənin dəyərləri ilə səviyyənin həqiqi mövqeyi arasındakı bu cür uyğunsuzluq Xəzər dənizinin səviyyəsinin tərəddüdünün təkcə iqlim amilləri ilə deyil, həm də bu bölgənin yer qabığında baş verən tektonik hərəkətlərlə də bir əlaqəsi olduğunu göstərir. Bu günə kimi iqlim dəyişmələri va tektonik proseslərlə səviyyə tərəddüdlərini əks etdirən tam fiziki model mövcud deyil" - akademik bildirib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

