Qırmızı planet
08.07.2022 [10:29]
Murad KÖHNƏQALA
Bu yazını bitirdikdən sonra, əvvəlcədən nəzərdə tutmasam da, qayıdıb redaktə edən zaman “Görkəmli fransız filosofu Jan Jak Russonun əziz xatirəsinə” sözlərini yazmaqdan özümü saxlaya bilmədim.
İki mininci ilin əvvəlləri idi, dünya mətbuatına belə bir xəbər sızdırıldı: “Mars planetində su aşkar edilib!”
Bahoo! Bu xəbərə bütün dünya çalıb-oynadı. Su varsa, demək, həyat da var. Həyat olarsa, demək, Marsa köçüb yaşaya bilərik. Sonralar ABŞ Milli Aviasiya və Kosmik Agentliyi, yəni NASA mətbuata zaman-zaman bu yöndə müxtəlif informasiyalar ötürdü. Gah dedilər qırmızı planetdə su yox, qalınlığı kilometrlə ölçülən buzlaqlar var, gah dedilər planetin dağ süxurlarında mamır müşahidə olunub, gah dedilər gen mühəndisləri orada yetişdirmək üçün dözümlü bitkilər hazırlamaq istəyirlər. Az qalırdılar Marsa uçmaq istəyənlərin siyahısını tutub bilet satalar. Dünya mətbuatının bu planet haqda verdiyi ən son məlumatlardan biri bu cürdü - “Yer xaricində həyat varmı?” sualına NASA rəsmiləri belə cavab veriblər: “Marsın səthindəki suyun varlığı həyat üçün də böyük bir şans deməkdir, artıq araşdırmalarımızı bu istiqamətdə aparırıq”.
Məndən olsaydı bu cümlənin sonuna gülüş smayliki qoyardım. Guya öz planetimizi ağ günə çıxarmışıq, indi də başqasını axtarırıq. Düzdü, NASA alimləri məni sadəlövhlükdə suçlayıb bu gödək ağlıma gülə bilərlər. Ancaq mən də öz düşüncəmin üstündə durub onlardan soruşardım: xeyir ola, Yer planetini pis günə qoyub aradan çıxmaq istəyirsiniz? Başa düşürəm, elm, tərəqqi, texnologiya, nanotexnologiya... Sonda nə oldu? Əvvəlcə təkər icad elədiniz ki, atlara qoşaq, uzaq gedəndə yorulmayaq. Sonra həmin arabalara minib hücuma keçdiniz, qonşu obaların torpaqlarını, otlaqlarını əlindən aldınız. Sonra həmin arabanı təkmilləşdirib maşın elədiniz, sonra o maşınların üstünə raket quraşdırdınız. Ölümsaçan uçaqlar düzəltdiniz! Hamısı da insana, insanlığa qarşı! Bəs deyirdiniz bütün texniki nailiyyətlər insan naminədir. Nə oldu?
Sənin elmi nailiyyətlərin irəlilədikcə bəşəriyət geriləyir. Sənin bioloqların, gen mühəndislərin öz elmlərini təkmilləşdirdikcə Yer kürəsindəki bütün təbii insan qidasının, meyvə-tərəvəzin geni pisə doğru dəyişir. Xəbəriniz varmı, indiki nəsil insanların yediyi pomidor həqiqi pomidor deyil? Biz sonuncu insan nəsliyik ki, uşaqlığımızda, gəncliyimizdə natural kartof yeyə bildik, ancaq yaşlı vaxtımızda bu xoşbəxtlik nəsibimiz olmadı. Çünki gen dəyişənlər özlərini yetirib bizim də başımızın üstünü ala bildilər.
İndiki gənclər elə bilirlər mağazalarda satılan ağ duzlar həqiqi duzdur, şəkər həqiqi şəkərdir. Biz arpa suyundan çəkilmiş pivə içən adamlarıq. Bu gün dəmir bankalardakı poroşok pivəsinin ağzını açıb başına çəkən gənclər elə bilirlər həqiqətən pivə içirlər. Onlara deyəndə ki, əsl qarpız belə olmurdu, toyuq əti belə olmamalıdı, inanmırlar. Hər şeyin geninə barmaq eləyib modifikasiyaya uğradıblar artıq.
Bir vaxtlar ekoloji təmiz qidalandığımıza görə bizim sevgimiz, dostluğumuz, vəfamız da indikilərdən fərqli olaraq təbii, natural olub. Bir dəfə şair dostum Əlisəmid Kürə dedim ki, sənin dostluğa vəfan çox naturaldır, belə təbiilik indiki insanlarda yoxdur. Duyğuların çox ilkindir, sənin dostluğun heç vaxt xəyanət etməyəcək it vəfasını xatırladır. Şair dostum çox təsirləndi, dedi, sənin bu sözlərini gündəliyimə yazacam. Burasına baxın hələ: “Gündəliyimə yazacam!” Biz gündəlik də yazırıq. Biz ekologiyanın təmiz vaxtlarında qidalanıb böyümüş sonuncu natural insanlarıq. Ancaq bizdən əvvəlki insanlar bizdən daha saf idilər, çünki onlar texnologiyanın basqısına az məruz qalmışdılar.
Marsa çıxacaqmış! Nə var o Marsda? Yeri zibilləmisən, indi də Marsı zibilxanaya döndərmək istəyirsən? Biz guya bir amerikalı, asiyalı, yaxud avropalı kimi Yerin hər yerində olmuşuq? Guya bu planetin hər yerini gəzib-görüb bezmişik! Sən Göygölü, Göyçə gölünü, Bayburt qalasını görmüsən? Kəlbəcərdə olmusan? Yaxud məni Parisə, Modilyaninin can verdiyi Monparnas küçəsinə buraxmısan? Sən Xəzərdə çimib doymusan, yoxsa mən Sakit okeanda üzmüşəm?
Bir dəfə bir gənc şairimizlə söhbət eləyirdim. Hiss elədim ki, mütaliəlidir, istedadlıdır, ancaq dünya ilə tanışlığı yoxdur. Soruşdum ki, Bakıdan başqa hansı şəhərlərdə olmusan? Məlum oldu ki, uşaq ayağını cızdan o tərəfə qoymayıb. Nəinki başqa ölkədə olmayıb, heç Bakıdan başqa şəhər də tanımır. Ona dedim, get özünə bir xarici pasport al, vizasız gedə biləcəyin ölkələrə səfər elə, məsələn, get Gürcüstana, oradakı yaradıcı yaşıdlarınla görüş, gör onlar nədən yazır, necə düşünürlər. Gənc dostum dedi, bəs gürcülərlə hansı dildə danışım? Dedim, ingilis, rus dilini bilmirsənsə mən oradakı dostlara deyərəm səni qarşılayar, tərcüməçilik eləyərlər.
Demək istədiyim bu ki, hələ qonşuluqdakı ölkəyə gedə bilməmişiksə, bizi Marsa niyə itələyirsən?
Elə mənim ağlım kəsəndən özgə planetdən gələn axtarırlar. Bu mövzuda filmlər çəkir, fantaziyalar uydurub əsərlər yazırlar. Bayaqdan NASA alimlərini danlamağıma baxmayın, mənim üçün də maraqlıdır, görəsən, başqa planetlərdə də həyat varmı? Şəxsən mənim ürəyimin, düşüncəmin dərinliyində bir əminlik var ki, Yer kürəsindən başqa kainatın heç bir yerində yaşayış yoxdur. Əslində belə bir həyatın olmasını həmişə düşüncəmdən rədd etmişəm, çünki bizdən başqa şüurlu varlıqların mövcudluğu xeyrimizə deyil. Rədd olsunlar, əşi! Öz şüurlu ziyankarlarımız bizə yetər.
Doğma planetimizin qədrini bilək, onu qoruyaq! Ağaclarımızı qırıb yerində yersiz beton evlər ucaltmayaq! Otluğumuzun üstünü asfaltlamayaq! Betonladığımız, asfaltladığımız yerlərin əvəzinə onqat artığını əkib yaşıllaşdıraq! Sən xristian, sən müsəlman, sən bütpərəstsən deyib bir-birimizə saldırmayaq! Sən almansan, ərəbsən, yəhudisən deyib bir-birimizi qırmayaq! Sən mənə yadsan deyib bir-birimizin ətini yeməyək.
Ancaq kimə deyirsən? Bunlar mütləq nəsə tapıb çıxarmaq istəyirlər ortalığa. O gün bir rus saytı yazır ki, ABŞ Milli Aviasiya və Kosmik Agentliyi, yəni NASA astrobioloqları Kaliforniya ştatındakı Mono gölündən yadmənşəli bakteriya tapıblar. Demək, bakteriyanın canındakı altı həyat elementinin biri sayılan fosforu mışyak əvəz edir. Gör haa! Yəni indiyə qədər Yer kürəsində mışyakla hərəkət edən canlıya təsadüf olunmayıbmış. İndi alimlər sevincək həmin bakteriyanı yad planetin əlaməti kimi müşahidəyə götürüblər. Axırda onun zibilini çıxarmalı, mütləq ondan yekə bir Təpəgöz düzəltməlidirlər. Niyə belə düşünürəm? Çünki elə həmin alimlər atomun parçalanması kimi möhtəşəm bir kəşfi silah icadına istiqamətləndirdilər. İmkanları çatsa bu Yer kürəsindəki bəzi ölkələr bir-birini təhdid üçün yaxın, əlçatan, fağır planetlərdə silah saxlayar, yəni başqa planetləri silah anbarına çevirərlər. Hazırda vəziyyət necədir, bilirsinizmi? Ən qiymətli metalları silah istehsalına yönəldiblər. İnsanın rifahı qalıb bir yanda, dünyada ən çox vəsait ayrılan sahə silah istehsalıdır.
Əslində texnika inkişaf elədikcə insanın rifahı yaxşılaşmalı, həyatı daha mənalı keçməli, yaşam şərtləri yüngülləşməlidir. Ancaq hər şey əksinədir! İstehsal texnikası robotlaşdıqca insanlar bir-birini daha çox istismar etməyə başlayıb.
Yekunda bu gödək anekdotu xatırlatmaq istəyirəm: “İnternet zamana qənaət etmək üçündür!” Heyhat, vaxtımızı ən çox yeyən elə internetdir! Yəni yeni texnologiyalar insan həyatını yüngülləşdirmək üçündür deyirik, ancaq reallıqda bunun əksini görməkdəyik.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
08 Avqust 22:07

Xəbər lenti
08 Avqust 20:19

İdman
08 Avqust 19:01

Xəbər lenti
08 Avqust 18:46

Xəbər lenti
08 Avqust 17:57

Xəbər lenti
08 Avqust 16:41

Xəbər lenti
08 Avqust 16:39

Xəbər lenti
08 Avqust 16:02

Xəbər lenti
08 Avqust 15:36

Xəbər lenti
08 Avqust 14:53

İqtisadiyyat
08 Avqust 13:48

Xəbər lenti
08 Avqust 13:47

Xəbər lenti
08 Avqust 13:25

Xəbər lenti
08 Avqust 12:48

Xəbər lenti
08 Avqust 12:34

Xəbər lenti
08 Avqust 12:32

Xəbər lenti
08 Avqust 11:55

Dünya
08 Avqust 11:51

Xəbər lenti
08 Avqust 11:17

Prezident bu gün
08 Avqust 11:08

Dünya
08 Avqust 11:05

Xəbər lenti
08 Avqust 10:52

Xəbər lenti
08 Avqust 10:31

Xəbər lenti
08 Avqust 10:15

Xəbər lenti
08 Avqust 09:41

Xəbər lenti
08 Avqust 09:38

Siyasət
08 Avqust 09:35

Xəbər lenti
07 Avqust 18:14

Xəbər lenti
07 Avqust 17:11

Xəbər lenti
07 Avqust 15:02

Xəbər lenti
07 Avqust 13:06

Xəbər lenti
07 Avqust 12:27

Xəbər lenti
07 Avqust 11:28

Xəbər lenti
07 Avqust 11:25

Dünya
07 Avqust 10:55

Dünya
06 Avqust 19:50

Xəbər lenti
06 Avqust 18:31

Dünya
06 Avqust 16:37

Xəbər lenti
06 Avqust 16:01

Dünya
06 Avqust 13:32

Xəbər lenti
06 Avqust 13:31

Xəbər lenti
06 Avqust 13:28

Xəbər lenti
06 Avqust 13:27

Siyasət
06 Avqust 13:25

Xəbər lenti
06 Avqust 13:24

Gündəm
06 Avqust 13:22

Ədəbiyyat
06 Avqust 12:25

İqtisadiyyat
06 Avqust 12:05

İqtisadiyyat
06 Avqust 11:47

Analitik
06 Avqust 11:29

Sosial
06 Avqust 11:27

Xəbər lenti
06 Avqust 11:26

Xəbər lenti
06 Avqust 11:25

İqtisadiyyat
06 Avqust 11:17

MEDİA
06 Avqust 11:03

Xəbər lenti
06 Avqust 10:48

Xarici siyasət
06 Avqust 10:30

Müsahibə
06 Avqust 10:24

Siyasət
06 Avqust 10:15

Xəbər lenti
06 Avqust 10:12

Prezident bu gün
06 Avqust 10:08

Siyasət
06 Avqust 10:05

Siyasət
06 Avqust 10:00

Gündəm
05 Avqust 23:40

Xəbər lenti
05 Avqust 21:10

Xəbər lenti
05 Avqust 21:09

Xəbər lenti
05 Avqust 20:48

Xəbər lenti
05 Avqust 19:35

Xəbər lenti
05 Avqust 19:25

Dünya
05 Avqust 17:24
