Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Manatın dollara nəzərən məzənnəsində dəyişikliklər gözlənilmir - Mərkəzi Bank

Manatın dollara nəzərən məzənnəsində dəyişikliklər gözlənilmir - Mərkəzi Bank

29.07.2022 [17:02]

İlin sonunadək manatın dollara nəzərən məzənnə siyasətində dəyişikliklər gözlənilmir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında deyib.

"Hazırda tədiyə balansının profisiti və valyuta hərraclarında tələbin kəskin azalması nəzərə alınaraq Mərkəzi Bank ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözləmir", - deyə o bildirib.

Sədrin sözlərinə görə, hazırda bankların əhalidən nağd valyuta alış həcmləri satışı üstələyir.

"Əhali almaqdan daha çox, valyutanı satır. Bu vəziyyətə əsasən, Azərbaycana pul köçürmələrinin artması da təsir göstərir", - T.Kazımov deyib.

Bank rəhbəri bildirib ki, 2022-ci ilin iyununda banklar 109,8 milyon dollar məbləğində nağd valyuta alıb, bu isə son yeddi il ərzində ən yüksək göstəricidir.

Paylaş:
Baxılıb: 562 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31