Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakıda razılaşdırıldı, Şuşada qəbul edildi...

Bakıda razılaşdırıldı, Şuşada qəbul edildi...

30.07.2022 [10:12]

Şuşada Qoşulmama Hərəkatının Gənclər təşkilatı yaradılıb

Günel ABBAS

Prezident İlham Əliyev dünya siyasətinin və gündəminin müəyyənləşdirilməsində mühüm rol oynayan beynəlxalq platformalardan istifadə edərək Azərbaycan həqiqətlərini dünyaya çatdırır. Mövcud reallıqların və həqiqətlərin dünyaya çatdırılması baxımından önəmli platformalardan biri də Qoşulmama Hərəkatıdır. Azərbaycanın 2019-2022-ci illərdə Hərəkata sədrlik etməsi dövlətimizin qlobal proseslərdəki rolunu və nüfuzunu daha da artırmağa, beynəlxalq müstəvidə mövqelərimizi möhkəmləndirməyə, ölkəmizin iqtisadi inkişafına öz töhfəsini verməyə, qeyri-neft sektorunun və ixrac potensialımızın yüksəlişinə geniş imkanlar açmağa davam edir. Şübhəsiz, əldə olunan bütün müsbət nəticələrin əsasında dövlət başçısının hələ 2011-ci ildə Azərbaycanın Qoşulmama Hərəkatına üzvlüyü ilə bağlı qəbul etdiyi strateji qərar dayanır.

Dövlətimiz hər sahədə olduğu kimi xarici siyasətdə də gənclərin roluna xüsusi önəm verir. İyulun 25-28-də Bakıda Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin keçirilməsi bu diqqətin nümunələrindən biridir. 4 gün davam edən Sammitin açılış mərasimində Prezident İlham Əliyev iştirakçılara ünvanlanmış müraciətində bildirib ki, Azərbaycanda gənclər siyasətinə müstəsna əhəmiyyət verilir və hazırda ölkəmizdə keçirilməkdə olan bu tədbir Hərəkat ölkələrinin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəkdir. Sammitin müxtəlif seqmentləri çərçivəsində iştirakçılar tədbirin yekun sənədlərini müzakirə edib, QH Modeli Simulyasiya məşğələsi, eləcə də təşkilatların effektiv idarə edilməsi barədə təlim sessiyasında olub, müxtəlif rəsmilərin iştirakı ilə panel müzakirələrə qatılıb və təqdimatlar keçiriblər.

Dövlətimizin işğaldan azad olunmuş ərazilərdə əhəmiyyətli tədbirləri təşkil etmək ən qabaqcıl vəzifələrindən biridir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən 60-dan çox QH ölkəsini təmsil edən nümayəndə heyəti Şuşa şəhərinə də səfər edib və iyulun 29-da Şuşa şəhərində Qoşulmama Hərəkatının (QH) Gənclər Sammitinin Şuşa sessiyası öz işinə başlayıb. Sammitin növbəti sessiyasında iştirakçılar 25-28 iyul tarixlərində keçirilmiş Bakı sessiyasında razılaşdırdıqları sənədləri Şuşada qəbul ediblər. Şuşa Akkordu (Şuşa razılaşması) kimi adlandırılan sənədə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH sədri qismində təşəbbüsü ilə 2021-ci ilin 4 oktyabr tarixində təsis edilmiş QH Gənclər Şəbəkəsi əsasında QH Gənclər Təşkilatı yaradılıb. Daimi katibliyi Bakı şəhərində yerləşəcək QH Gənclər Təşkilatının nizamnaməsi və təşkilatın loqo və bayrağı da Sammitin Şuşa sessiyası çərçivəsində bu gün təsdiq edilib. Tədbir çərçivəsində Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, QH ölkələrinin nümayəndələrinin iştirakı ilə QH Gənclər Sammitinin nəticələri və QH Gənclər təşkilatının gələcək fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Qeyd edək ki, QH Gənclər Sammitinin bir həftə ərzində davam edən fəaliyyətinə Şuşa sessiyası ilə yekun vurulacaq.

QH Gənclər Sammiti çərçivəsində Şuşaya səfər edənlər arasında Azərbaycan nümayəndəliyindən müxtəlif gənclər iştirak edir. Tədbirdə iştirak edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistrantı Yusif Cəfərbəyli Sammitlə bağlı fikirlərini və Şuşa təəssüratlarını “Yeni Azərbaycan”la bölüşüb. Y.Cəfərbəyli bildirib ki, belə bir tədbirdə xüsusilə, işğaldan azad olunmuş Şuşa şəhərində iştirak etməkdən qürur duyur: “Deyə bilərəm ki, Sammitin həm ölkəmiz, həm də gənclərimiz üçün əhəmiyyəti böyükdür. Biz burada QH ölkələrini təmsil edən perspektivli gənclərlə əlaqələr yaratmaq imkanı əldə etdik. Gələcək fəaliyyətimizdə özümüzə də lazım olacaq səviyyədə yeni dostluqlar qazandıq. Əhəmiyyətli məsələlərin müzakirəsində birgə çıxış etdiyimiz sammit iştirakçıları ilə fikir mübadiləsi apardıq, təcrübələrimizi bölüşdük. Ölkə başçısının da qeyd etdiyi kimi, QH Gənclər Sammiti Hərəkata üzv ölkələrin gəncləri arasında həm əlaqələrin qurulmasına, həm də yeni, birgə əməkdaşlığa böyük töhfə verdi. Bu gün də Şuşadayıq Sammit hələ davam edir, inanıram ki, bu müddətdə əlaqələrimiz daha da genişlənəcək”.

O bildirib ki, 30 il düşmən tapdağı altında olmuş, Ali Baş Komandanın rəhbərliyi və müzəffər Ordumuzun rəşadəti ilə azad edilmiş torpaqları ziyarət etmək hər bir azərbaycanlı üçün baş ucalığıdır: “Mən özüm də qarabağlı - laçınlıyam. Ona görə də bu torpaqlarda olmaq mənim üçün bir başqa qürurdur. Həm də muğam ifaçısı olduğuma görə, Qarabağda muğam ifa etməyi çoxdan arzulayırdım. Yol boyunca qarşılaşdığım mənzərələr mənim üçün erməni vəhşiliyinin, vandalizminin, barbarlığının bir daha əyani sübutu oldu. Şuşada aparılan quruculuq işləri bu qəmgin hislərə bir növ təsəlli olurdu. Zəfər yolu, yeni, modern tipli aeroport, müasir yarımötürücü elektrik stansiyaları və s. işlər Qarabağın yenidən cənnətə çevrildiyinin göstəricisidir. “Bizimlə bərabər Sammit iştirakçıları da buranı çox bəyəndi. Onlar Şuşa haqqında təəssüratlarını bildirərkən buranın relyefinin, iqliminin necə möhtəşəm olmasına xüsusi diqqət çəkdilər. İştirakçıları Şuşada vandalizmin qurbanı olan tarixi abidələrlə və digər görməli məkanlarla tanış etdik. Sammitin Şuşada baş tutması Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da olduqca əhəmiyyətli idi. Ona görə də bu şəraiti yaratdığına görə ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm”.

Paylaş:
Baxılıb: 138 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Sümük köçü

17 Avqust 10:47

İqtisadiyyat

Sosial

İqtisadiyyat

Prezident bu gün

Prezident bu gün

17 Avqust 10:15

Xəbər lenti

Neft ucuzlaşıb

16 Avqust 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31