Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Cəmiyyətin alaq otları - “reket jurnalistlər”

Cəmiyyətin alaq otları - “reket jurnalistlər”

30.07.2022 [10:20]

Qulu Məhərrəmli: Ən təsirli yanaşma məhz Baş Prokurorluğundur

Yeganə BAYRAMOVA

Baş prokuror Kamran Əliyev reket jurnalistikası ilə bağlı “Real TV”yə müsahibə verib. O bildirib ki, “Reket jurnalistikası” cinayətkar fəaliyyətdir və bununla məşğul olan şəxslər məsuliyyətə cəlb olunur. Onların barəsində qanunamüvafiq tədbirlər görülür. Baş prokuror qeyd edib ki, bəzən sosial media istifadəçiləri və yaxud mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas hesab edirlər: “Onlar hüquqi məsələlərlə bağlı asanlıqla bəzi mürəkkəb rəy verirlər və qəti fikirlər yürüdürlər. Bu, yolverilməzdir. Çünki hüquq elmi kifayət qədər mürəkkəb elmdir. Sadə göründüyü qədər də mürəkkəb elmdir. Ona görə də müstəntiqlər, prokurorlar və hakimlər tərəfindən hüquqi məsələlər, sübutlar, sübutların təhlili, sübutların qiymətləndirilməsi həyata keçirilir. İşi bilmədən, işin incəliklərini bilmədən, sübutları bilmədən, hətta bayaq qeyd etdiyimiz kimi, məsələn, “Tərtər işi” ilə bağlı fikirlərin yürüdülməsi təbii ki, yolverilməzdir. Hesab edirəm ki, biz bu sahədə jurnalistlər və media orqanları ilə birlikdə müəyyən tədbirlər planı hazırlayaraq həyata keçirməliyik.

Əslində, “reket jurnalistika” deyəndə hesab etmirəm ki, bu, yalnız jurnalistikaya aiddir. “Reket jurnalistika” da şərti termindir. Burada söhbət hədə-qorxu ilə tələb etmədən gedir. Bu, bəzən jurnalist fəaliyyətindən istifadə etməkdir və ya jurnalistlərin özfəaliyyətidir. Bu, tək jurnalistlərlə bağlı deyil, bəzən elə sosial media istifadəçiləri tərəfindən də yol verilir. Bunun adı konkret olaraq Cinayət Məcəlləsində hədə-qorxu ilə tələb etmədir. Belə hallar yolverilməzdir. Bu, artıq jurnalistika fəaliyyəti ilə heç bir əlaqəsi olmayan sırf cinayətkar bir fəaliyyətdir. Hansı ki, tək jurnalistikada deyil, digər fəaliyyət növlərində də biz bunu görürük, müşahidə edirik və bu kimi faktları aşkarlayıb şəxsləri məsuliyyətə cəlb edirik”.

Məsələ ilə bağlı düşüncələrini “Yeni Azərbaycan”la bölüşən əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin fikrincə, ümumiyyətlə, “Reket jurnalistikası” anlayışının özü yanlışdır. Çünki reketçilik bütün sahələrdə var: “Amma jurnalistikada münbit şərait olduğu üçün reket xislətli insanlar bu sahəyə daha çox meyillənirlər. İnsanlar haqqında yalançı, ifşaedici materiallar toplamaq, şantaj etmək, hədələmək kimi naqisliklər təəssüf ki, uzun illərdir Azərbaycan mətbuat mühitində var. Bunların qarşısını almaq üçün dəfələrlə cəhd göstərilib, ictimai qınaq, müzakirələr, tənbehlər olub, lakin heç birinin effekti yoxdur. Fikrimcə, Baş Prokurorun bu məsələyə münasibət bildirməsi ən dürüst, ən təsirli və ən səmərəli yoldur. Reketlərə qarşı mübarizə aparmağın ən yaxşı yolu hüquq mühafizə orqanlarının bu işə qarışmasıdır. Bir il əvvəl bu sahəyə DTX qoşuldu və xeyli sayda reket jurnalistlər zərərsizləşdirildi. Ona görə də reketliklə mübarizəni bu istiqamətdə inkişaf etdirməklə nəyəsə nail olmaq mümkündür. Yoxsa ictimai müzakirələr və müxtəlif çıxışların effektiv təsiri yoxdur. Ən təsirli yanaşma məhz Baş  Prokurorluğundur”.

Q.Məhərrəmli qeyd edib ki, “Reket jurnalistikası” əslində jurnalistika faktı deyil. Onlar cəmiyyət üçün təhlükəli məlumatlar yayan, vətəndaşları mənəvi cəhətdən zədələyən, zorla, hədə yolu ilə insanlardan pul qoparmağa çalışan saxtakarlardır: “İnsanlar var ki, artıq “reket jurnalistikasını” pul qazanmağın əlverişli yolu kimi qəbul edir. Ona görə də dövlət qurumlarının, hakimiyyətin reketlərə qarşı mübarizəsini dəstəkləyirəm. Onlar cəmiyyətin alaq otlarıdır. Bunları kökündən qopardıb atmaq lazımdır. Onlar həm jurnalistika adına, həm də hüquq adına ləkədir”.

Paylaş:
Baxılıb: 80 dəfə
Multi-media

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

15 Avqust 10:28

Xəbər lenti

Xəbər lenti

Maraqlı

Xəbər lenti

94 il əvvəl...

13 Avqust 11:31

Ədəbiyyat

Xəbər lenti

Prezident bu gün

Prezident bu gün

13 Avqust 10:25

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31