104 yaşlı Bakı Dövlət Universiteti
01.09.2022 [10:32]
Yeganə BAYRAMOVA
Bu gün Bakı Dövlət Universitetinin (BDU) yaranmasından 104 il ötür. Azərbaycan milli hökuməti yarandığı ilk günlərdən bir sıra iqtisadi və siyasi problemlərlə üzləşsə də, xalqın maariflənməsi üçün çox ciddi addımlar atılmış, bütün məktəblərdə təhsilin icbari olması və ana dilində aparılması sahəsində konkret tədbirlər həyata keçirmişdi. Bu tədbirlərin içərisində müsəlman Şərqində ilk Avropa tipli ali məktəb kimi fəaliyyətə başlayan, hazırda Azərbaycan Respublikasının aparıcı ali təhsil müəssisələrindən biri olan Bakı Dövlət Universitetinin yaradılması xüsusi yer tutur. Müsəlman Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirən Azərbaycan xalqının və dövlətinin həyata keçirdiyi tarixi hadisələrdən biri də BDU-nun yaradılması olub. Dövrün ağır və mürəkkəb beynəlxalq şərtlərinə, xarici təhdidlərə, kəskin maliyyə və kadr çatışmazlığına baxmayaraq, milli hökumət ölkədə təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirib. Ölkənin maliyyə imkanlarının xeyli zəif, maddi-texniki bazanın qeyri-mövcudluğu, milli kadrların çatışmazlığı Bakıda universitetin yaradılmasını zəruri edirdi.
1919-cu il aprelin 8-də Xalq Cümhuriyyətinin parlamenti Bakı şəhərində universitetin açılması haqqında qərar qəbul etdi. Həmin qərara əsasən Xalq Maarif Nazirinə tapşırılırdı:
1) 1919-1920-ci tədris ilinin əvvəlindən etibarən Bakı şəhərində Universitet açsın və bu məqsədlə 10 milyon manatdan artıq olmayan smetanı təqdim etsin;
2) Ticarət məktəbinin binası Universitet üçün ayrılsın.
İslam Şərqində ilk Avropa tipli universiteti yaratmaq yolunda böyük maneələr olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamenti 1919-cu il sentyabrın 1-də ilk universitetin açılması haqqında qanun qəbul etdi. “Bakı şəhərində dövlət universitetinin təsis edilməsi haqqında” adlanan bu qanunda universitetin dörd fakültədən ibarət olması göstərilirdi: Şərq şöbəsi ilə birlikdə tarix-filologiya, fizika-riyaziyyat, hüquq və tibb fakültələri.
Universitet Komissiyasının sədri V.İ.Razumovskiy 1919-cu il sentyabrın 4-də Ticarət Məktəbinin direktoru V.İ.Ponomaryova 186 saylı məktubla müraciət edərək məktəbin binasının universitet üçün təhvil-təslim edilməsi vaxtının sentyabrın 5-nə, səhər saat 10-a təyin edildiyi haqqında məlumat vermişdir.
1919-cu il sentyabrın 8-də Bakı Dövlət Universitetinin rektor və dekanlarının təsdiq edilməsi haqqında hökumət tərəfindən qərar qəbul edildi. Həmin qərara əsasən, operativ cərrahiyə kafedrasının əməkdar professoru V.İ.Razumovskiy Bakı Dövlət Universitetinin rektoru, patoloji anatomiya kafedrasının professoru İ.İ.Şirokoqorov isə Bakı Dövlət Universitetinin tibb fakültəsinin dekanı vəzifəsinə təsdiq olundu. Universitet Komissiyası tərəfindən seçilmiş fakültə terapevtik klinikası kafedrasının əməkdar professoru A.M.Levin tibb fakültəsinin dekanı və həmin kafedranın dosenti N.A.Dubrovski isə tarix-filologiya fakültəsinin dekanı vəzifələrini icra etməsi qəbul edilib.
1919-cu il sentyabrın 11 də Bakı Dövlət Universitetinin rektoru V.İ.Razumovskiy təhsil ocağının professorlarının mənzil məsələsinin hökumət tərəfindən həll edilməsi haqqında Xalq maarif naziri R.B.Kaplanova məktubla müraciət edib. Müraciətdə qeyd edilirdi ki, Rostov, Xarkov, Yekaterinoslav və Rusiyanın digər şəhərlərindən olan professor heyətinin xidmət etmək üçün Bakıya dəvət edilməsi, onların hökumət tərəfindən mənzillə təmin edilməsini tələb edir. Bu məsələnin həllinin gecikdirilməsi universitetin fəaliyyətinə mənfi təsir göstərməklə yanaşı, onun gələcək fəaliyyətini təhlükə altına alır. Azərbaycan hökuməti qısa müddət ərzində universitetdə xidmət etmək üçün dəvət olunmuş müəllim-professor heyətinin mənzillərlə təmin olunması vəzifəsini layiqincə yerinə yetirib.
Adının tarixi
1924-cü ildə universitetə Vladimir İliç Leninin adı verilir. 1939-cu ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 16 aprel tarixli fərmanı ilə Azərbaycan Dövlət Universitetinə vaxtilə Azərbaycan Kommunist Partiyasına rəhbərlik etmiş Sergey Mironoviç Kirovun adı verilir. 1991-ci ildə isə Bakı Dövlət Universiteti bu ali təhsil ocağının yaradılmasında fəal iştirak etmiş Məhəmməd Əmin Rəsulzadənin adını daşıyıb. 2000-ci ildən Bakı Dövlət Universiteti adı ilə təsdiqlənib.
Prezident İlham Əliyev “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 14 noyabr tarixli sərəncam imzalayıb. Sərəncamda universitetin yubileyinin keçirilməsi ilə bağlı dövlət qurumlarına müvafiq tapşırıqlar verilib. Nazirlər Kabinetinin 2018-ci il 21 may tarixli qərarı ilə yubileyin tədbirlər planı təsdiq edilib. Həmin Sərəncamda qeyd edilir: “Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirən universitetin ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların dərin məzmun kəsb edərək son texnologiyaların da tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsində təqdirəlayiq xidmətləri var” .
Onu da xatırladaq ki, ölkəmizin təşəbbüsü ilə BDU-nun 100 illiyi UNESCO-nun 2018-2019-cu illər üzrə yubileylər siyahısına daxil edilib.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

