İrəvan xanlığı -Azərbaycanın şanlı səhifəsi
03.09.2022 [10:37]
İrəvan xanın nəticəsi: İrəvanda babamın inşa etdirdiyi Göy məsciddən başqa abidə qalmayıb
MÜŞFİQƏ
“Tanınmış şəxslərin xaricdə yaşayan varislərinin Ana Vətənə dəvəti, onlarla görüşlərin təşkili, azərbaycanlıların tarixinin qədim köklərə söykəndiyindən xəbər verir”.
Bu fikir dünən “İrəvan xanlığı-Azərbaycanın şanlı səhifəsi” adlı tədbirdə səsləndirilib. Tədbirdə Azərbaycanda səfərdə olan İrəvan xanları nəslinin varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş keçirilib. Görüşü “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə açıq elan edib. Qeyd edək ki, Əmir Əli Sərdari ailə üzvləri ilə birlikdə İ.Rzazadənin dəvəti ilə ikinci dəfə ölkəmizə təşrif buyurub.
Görüşdə “İrəvan xanlığının Azərbaycan tarixində rolu” mövzusunda məruzə dinlənilib. Tarixçi alimlər, millət vəkilləri çıxış edərək tariximizin qızıl səhifəsi barədə fikirlər səsləndiriblər. İrəvan xanları Hüseynəli Xan və Məhəmməd Xanın nəslinin davamçısı Əmir Əli Sərdari öz şəcərəsindən, ulu babalarının hakimiyyəti dövründən danışıb. Hazırda Almaniyada yaşayan Ə.Ə.Sərdari əcdadlarının torpaqlarına bir daha səfər etməkdən məmnunluğunu bildirib: “İrəvanda babam Hüseynəli Xanın inşa etdirdiyi Göy məsciddən başqa heç bir tarixi abidə qalmayıb. Ermənilər zəngin tarixi irsimizə böyük ziyan vurublar. Mən Qarabağda olanda buna çox təəssüfləndim. Bu barədə hislərimi ifadə etmək çətindir, amma bilirəm ki, növbəti dəfə Azərbaycana gələndə Qarabağın yeni siması, orada aparılan abadlıq, quruculuq işləri məni fərəhləndirəcək”.
Qeyd olunub ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə gerçəkləşən səfər zamanı Əmir Əli Sərdari İrəvani Füzuli, Şuşa, Ağdam və Bərdə rayonlarında olub, bir sıra abidələri və tarixi məkanları, eyni zamanda, varisi olduğu nəslin nümayəndələrinin məzarlarını ziyarət edib.
P.S İrəvan xanları nəslinin varisi və nümayəndəsi Əmir Əli Sərdari İrəvaninin “Yeni Azərbaycan”a geniş müsahibəsi növbəti sayımızda təqdim olunacaq.
Xəbər lenti
Hamısına baxSosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22

