Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci Üzüm və Şərab Festivalı keçiriləcək
08.09.2022 [11:16]
Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək.
Heydər Əliyev Fondundan verilən məlumata görə, festival Fondun dəstəyi, Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində olacaq. Artıq ikinci dəfədir ki, təşkil edilən festivalın məqsədi Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülük və şərab istehsalının inkişafına dəstək olmaq, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir. Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maarifləndirici tədbirlərin təşkili, konsert və şoular daxildir. İki gün ərzində layihənin keçiriləcəyi məkanda fermerlər məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları qurulacaq, qastronomik, piknik və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin ifasında konsert proqramları, üzüm və şərabçılıqla bağlı səhnələşdirilmiş şoular, instalyasiyalar nümayiş olunacaq.
Üzüm və Şərab Festivalına Şamaxının ev sahibliyi etməsi heç də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də üzümçülük diyarı kimi tanınır. Azərbaycanı dünyaya tanıdan üzüm sortları məhz Şamaxıda xalq seleksiya yolu ilə ərsəyə gəlib.
Azərbaycanda üzümçülüyün inkişafı isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində ölkəmizdə üzümçülük sürətlə inkişaf etmişdir. Bu gün Azərbaycanda üzümçülük yenidən inkişaf etdirilməkdədir. Dövlətin həyata keçirdiyi siyasətə daima dəstəyini nümayiş etdirən Heydər Əliyev Fondu da üzümçülük sahəsində qədim və zəngin ənənələrə malik Şamaxıda Üzüm və Şərab Festivalını təşkil edərək bu sahəyə öz töhfəsini verir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22

