Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Mətbuat Şurasında qurultaya HAZIRLIQ

Mətbuat Şurasında qurultaya HAZIRLIQ

09.09.2022 [10:06]

Keçmiş təcrübə ilə yeni iş üslubunun vəhdəti olacaq

Yeganə BAYRAMOVA

Sentyabrın 24-də Azərbaycan jurnalistlərinin növbəti qurultayı keçiriləcək. Qurultayda Mətbuat Şurasının İdarə Heyətinin yenilənəcəyi gözlənilir. Yayılan məlumatlarda Mətbuat Şurasının sədri postuna da yeni simanın gələcəyi bildirilir. Nizamnaməyə görə, sədr qurultayda İdarə Heyətinin üzvləri arasından seçiləcək.

2003-cü ilin martından Mətbuat Şurasına sədrlik edən Əflatın Amaşovun qurultayda İdarə Heyəti üzvlüyünə və sədrliyə yenidən namizədliyini irəli sürüb-sürməyəcəyi hələ dəqiq deyil.

İdarə Heyətinin iclasında çıxış edən MŞ sədri Əflatun Amaşov bildirib ki, Şuranın Nizamnaməsinə əsasən hər dörd ildən bir Azərbaycan jurnalistlərinin qurultayı keçirilməli, İdarə Heyəti yenidən seçilməlidir. Bundan başqa, MŞ-nin Nəzarət-Təftiş Komissiyasının tərkibi də yenilənməlidir. Prosedur qaydalarına müvafiq olaraq ali məclisin düzənlənməsi üçün qurultaya hazırlıq üzrə Təşkilat Komitəsi yaradılmalıdır: “İndiyədək Azərbaycan jurnalistlərinin yeddi qurultayı keçirilib. Axırıncısı 2018-ci ildə baş tutub. Artıq vaxtdır. Bu, sayca səkkizinci ali məclisimiz olacaq. Əvvəlki illərin təcrübəsini nəzərə alaraq deyə bilərəm ki, qurultaya hazırlıq üçün formalaşdırılacaq Təşkilat Komitəsinin üzvləri bir qayda olaraq İdarə Heyətinin üzvlərindən təşkil edilir. Başqa təklif yoxdursa, yenə həmin qaydada olsun. Fikrimcə, birlikdə prosesə effektiv hazırlığı reallaşdıra biləcəyik”.

Ə.Amaşov onu da vurğulayıb ki, Azərbaycan jurnalistlərinin VIII qurultayının təşkili məqsədilə Mətbuat Şurasına üzv təşkilatlarla müvafiq iş aparılmalıdır. İdarə Heyətinin üzvləri də çıxışlarında Azərbaycan jurnalistlərinin indiyədək keçirilmiş qurultaylarının ölkənin ictimai həyatında mühüm əlamətdar hadisələr kimi yadda qaldığını vurğulayıblar. Onlar bu ənənənin davamlılığı üçün səkkizinci ali məclisə hazırlıq işlərinin də yüksək səviyyədə görülməsinin vacibliyini önə çəkiblər. İclasda, həmçinin qurultayın keçirilmə yeri, iştirak qaydası ilə bağlı bir sıra məsələlər müzakirə olunub, yekdil fikrə gəlinib.

“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, Mətbuat Şurasının həm rəhbərliyi, həm idarəçiliyi, həm də fəaliyyət funksiyalarında və istiqamətlərində obyektiv olaraq yeniliklər olmalıdır: “Hər kəs kimi mən də bu yeniliklərin olacağını gözləyirəm. Çünki MŞ-nın rəhbərliyinin sonuncu dəfə formalaşdığı 2018-ci ildən indiyə qədər xeyli dəyişikliklər baş verib. Ölkəmizin media seqmentinin tərkibi genişlənib, çap mediası ilə bağlı yeni nüanslar və tendensiyalar var, sosial media ilə bağlı tamamilə yeni təzahürlər var, ölkənin informasiya təhlükəsizliyi və siyasəti ilə əlaqədar yeni çağırışlar və tendensiyalar meydana çıxıb. Belə bir şəraitdə cəmiyyət-media, dövlət-media münasibətlərinin ictimai qurum səviyyəsində tənzimlənməsinə, yeniliyə ehtiyac var. Bu nöqteyi-nəzərdən həm MŞ-nın rəhbərliyində, idarə heyətinin tərkibində, fəaliyyət istiqamətləri və funksiyalarında dəyişikliklərin olması vacibdir. Bu, zamanın çağırışıdır. MŞ-nin fəaliyyətinin məzmununda və rəhbərliyində yeniləmələrin olması hazırkı dövrün tələbidir. Yəqin ki, qurultay nümayəndələri də bu məsələyə baxacaqlar. Ancaq MŞ-nın rəhbərliyinin və fəaliyyətinin qurulmasında keçmiş təcrübə ilə yeni iş üslubunun vəhdəti də unudulmayacaq”.

Paylaş:
Baxılıb: 88 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30