Bakı metrosu qatarların hərəkət qrafikini dəyişir
13.09.2022 [10:56]
"Bakı Metropoliteni" QSC Azərbaycanda yeni tədris mövsümünün başlaması ilə əlaqədar sentyabrın 15-dən qatarların hərəkət qrafikini dəyişir.
"Report" xəbər verir ki, qatarlar arasındakı interval sərnişin sıxlığına görə müəyyən olunacaq.
Belə ki, iş günlərinin gur saatlarında (səhər 7:30-dan 09:30-a qədər, axşam 17:30-dan 19:30-a qədər) "Həzi Aslanov-28 May" istiqamətində və əksinə qatarlar, metropolitenin maksimal texniki imkanları nəzərə alınmaqla, 2 dəqiqəyə qədər endirilmiş intervalla hərəkət edəcək. Günün qalan vaxtlarında qeyd edilən sahədə hərəkət intervalı 2,5 dəqiqə, sərnişinlərin əsaslı şəkildə azalmağa başladığı gecə saatlarına doğru interval 3 dəqiqə və daha çox olacaq.
Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə Yaşıl və Qırmızı xətlər “28 May" stansiyasında birləşdiyindən "Dərnəgül" (Yaşıl xətt) və "İçərişəhər" (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfəyə qədər artacaq. Metropoliten sərnişinləri günün müəyyən vaxtlarında “Həzi Aslanov-Ulduz” sahəsində bəzən ardıcıl olaraq marşrut göstəricisi üzrə iki qatarın “Dərnəgül” və ya “İçərişəhər” istiqamətində hərəkət etməsini və həmçinin daha böyük interval müşahidə edirlər. Bunun səbəbi qatarların "Nərimanov" elektrik deposundan xəttə “Nərimanov” stansiyasından verilməsi və ya xətdən çıxarılmasıdır. İstirahət və qeyri-iş günlərində Bakı metropolitenində fərqli hərəkət qrafiki tətbiq olunur. Buna uyğun olaraq, “Həzi Aslanov-28 May" istiqamətində və əksinə şənbə günləri qatarlar səhər saat 7:00-dan 21:00-a qədər 2,5 dəqiqə, bazar və qeyri-iş günlərində 3 dəqiqə intervalla hərəkət edəcəklər.
Bu günlər ərzində də hərəkətin sərnişin sıxlığı və hərəkət intensivliyinə uyğun tənzimlənməsi məqsədilə ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yarandıqda xəttə buraxılacaq. Qeyd edilən günlər ərzində əsas hərəkət parametrləri üzrə monitorinqlər xüsusi qaydada təmin ediləcək. Yeni optimallaşdırılmış qrafik qüvvədə olduğu müddət ərzində qatarların hərəkət cədvəllərinə dəyişiklik edilərsə, ictimaiyyətə əvvəlcədən məlumat təqdim olunacaq. Xüsusi karantin rejimi davam etdiyindən Bakı metropoliteni müntəzəm monitorinqlərində bu və digər məsələləri də nəzərə alacaq.
“Bakmil” stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları, eləcə də müvafiq normativlərə uyğun olaraq, gün ərzində qatarlar “Bakmil” istiqamətində və əksinə olmaqla xüsusi tərtib edilmiş cədvəllə hərəkət edir. Həmin cədvəllər Bakı metropoliteninin stansiyalarında və rəsmi internet saytının “Sərnişinlər üçün” bölməsinin “Qatarların hərəkət cədvəli” yarımbölməsində dərc olunacaq.
Qrafikin 2023-cü ilin yay aylarına qədər qüvvədə qalması nəzərdə tutulub.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

