Prokurorluq işçilərinin bayramıdır!
01.10.2022 [11:00]
Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız
Heydər Əliyev
Artıq 24 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları peşə bayramlarını qeyd edirlər.
Bu günün qeyd olunması tarixi zərurətdən yaranıb. Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq hər il oktyabr ayının 1-ni Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalayıb. Bu günün təsis edilməsi prokurorluq orqanlarına yüksək dövlət qayğısının ifadəsi olmaqla yanaşı, həm də prokurorluq işçilərinin fəaliyyətinə verilən böyük dəyərin təzahürüdür. Ümummilli Lider hələ ölkəmizə rəhbərliyinin birinci dövründə cəmiyyətdə haqq və ədalətin zəfər çalması uğrunda böyük əzm və fədakarlıqla çalışaraq qanunlara dürüst əməl edilməsinə nail oldu.
Ulu Öndərin 1993-cü ildə Azərbaycanda ali hakimiyyətə qayıdışından sonra milli prokurorluq orqanları ölkənin hüquq sisteminin inkişafında, insan hüquq və azadlıqlarının müdafiəsində əhəmiyyəti olan, yüksək dünya standar?larına və müasir beynəlxalq tələblərə uyğun sivil təşkilat kimi formalaşıb. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası məhkəmə hüquq islahatlarının həyata keçirilməsinə, habelə prokurorluq orqanlarının fəaliyyətinin keyfiyyətcə yeniləşməsinə və demokratikləşməsinə möhkəm zəmin yaratdı. Bu dövrdən başlayaraq Heydər Əliyevin hüquqi dövlət quruculuğu konsepsiyasına uyğun olaraq, prokurorluq orqanlarında köklü islahatlara başlanıldı. “Respublikamızda prokurorluq müstəqil Azərbaycanın dövlət quruluşu sistemində öz layiqli yerini tutub və ölkəmizin müstəqilliyinə layiq xidmət edir”,-deyən Ulu Öndərin rəhbərliyi ilə prokurorluq orqanlarında aparılan islahatların əsas məqsədi qanunçuluğun möhkəmləndirilməsindən, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsindən və kadrların peşəkarlıq səviyyəsinin artırılmasından ibarət olub. Qarşıda duran bu və digər məqsədlərin həyata keçirilməsində 1999-cu il dekabrın 7-də qəbul olunmuş “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunu müstəsna əhəmiyyət daşıyır. Bu qanun prokurorluğun fəaliyyətinin forma və metodlarının demokratik dəyərlərə uyğunlaşdırılması üçün hüquqi zəmin formalaşdırıb, prokurorluğun fəaliyyət istiqamətlərini müəyyən edib. “Prokurorluq orqanlarında qulluqkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun, “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin dövlət başçısı tərəfindən təsdiq edilməsi prokurorluq orqanlarının fəaliyyətində hüquqi tənzimlənmə prosesini yeni mərhələyə yüksəldib.
2002-ci il sentyabrın 19-da qüvvəyə minmiş “Azərbaycan Respublikasının Kontitusiyasına dəyişikliklər edilməsi haqqında” Referendum Aktına əsasən, prokurorluğa qanunvericilik təşəbbüsü hüququ verilib.
Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə ünvanlanmış dəyərli tövsiyələri və prokurorluq peşəsinə verdiyi qiymət hər bir əməkdaşın xalqına və dövlətinə sədaqət hissini gücləndirməklə böyük ruh yüksəkliyi yaradırdı. Ümummilli liderin “Prokurorluq peşəsi ağır çətin peşədir. Amma eyni zamanda çox şərəfli, hörmətli peşədir. Mən arzu edirəm ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız” sözlərini prokurorluq işçiləri öz fəaliyyətlərində əsas istiqamət kimi götürürlər.
Müstəqil dövlətimizin müntəzəm irəliləyişində müşahidə olunan dayanıqlı və davamlı tərəqqisi prokurorluqda adekvat dəyişikliyin baş verməsinə hərtərəfli şərait yaratmaqla bu dövlət təsisatının ardıcıl və sistemli inkişafına səbəb olub. Ölkəmizin hazırkı inkişaf səviyyəsinə uyğun olaraq prokurorluq orqanları da bu gün daha çox inkişaf etməklə müasirləşib, fəaliyyətini ən yüksək tələblər səviyyəsində təkmilləşdirməyə çalışıb. Avropa Şurasının, Beynəlxalq Prokurorlar Assosiasiyasının müəyyən etdiyi standartlara cavab verən prokurorluq orqanlarımız, dövlətçiliyin maraqlarına, qanunun aliliyinin təmin olunmasına xidmət edir. Sevindirici haldır ki, prokurorluq orqanlarımız insan hüquq və azadlıqlarının ən ümdə dəyər kimi qorunmasına xidmət edən, yüksək mənəvi, əxlaqi və peşə keyfiyyətlərinə malik olan dövlət qurumu kimi fəaliyyət göstərir. Dövtət başçısı cənab İlham Əliyevin qeyd etdiyi kimi: “Son illər prokurorluqda sağlam iş mühitinin yaradılması üçün ciddi işlər görülmüş, dövlətçilik, qanunçuluq prinsipləri ön plana çəkilib, cəmiyyətimizdə prokurorluğa ictimai etimad artıb və onun nüfuzu yüksəlib”.
Bu gün ölkəmizdə ictimai-siyasi sabitlik bərqərardır. Sevindirici haldır ki, respublikamız nəinki MDB-də, hətta Şərqi Avropada ən təhlükəsiz və stabil ölkələrdən biridir. Məhz bu stabilliyin, təhlükəsizliyin mövcudluğuna prokurorluq orqanlarımız zəmin yaradıb.
Prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara bu şərəfli işdə uğurlar diləyirik!.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

