Azərbaycan dilində səs və videonu mətnə çevirən proqram istifadəyə verildi
04.10.2022 [13:59]
Əgər nə vaxtsa səs yazısını mətnə çevirməyə cəhd etmisinizsə, bunun nə qədər çətin və vaxt aparan iş olduğunu mütləq görmüsünüz. 1 saatlıq səs yazısını dinləyərək yazmaq bu sahədə mütəxəssis olmayan insanın 7-8 saat vaxtını ala bilər. Artıq Azərbaycanda yerli mütəxəssislər tərəfindən hazırlanmış, süni intellekt əsasında işləyən onlayn proqram təminatı vasitəsilə səs və videonu saatlar deyil, dəqiqələr içində mətnə çevirmək, həmçinin mətni onlayn redaktə etmək mümkündür. Onlayn proqram təminatı kimi istifadəyə verilmiş xidmət vasitəsilə alınmış mətn MS Word, Text, həmçinin videolara alt yazı əlavə etməyə imkan verən SRT formatında endirilə bilər.
Səs/video fayllarını qulaq asaraq yazmağa nisbətən dəfələrlə daha tez və ucuz mətnə çevirmək yeni imkanlar açır. Məsələn, həkimlər müayinə nəticələrini klaviaturada düymələri basmaq əvəzinə danışaraq daxil etmə vasitəsilə gün ərzində daha çox xəstəni müayinə edə bilirlər. Çağrı mərkəzində insanlar tərəfindən dinlənilməsi mümkün olmayan minlərlə saat səs yazısını mətnə çevirib axtarış və analitika aparmaq idarəçilərə doğru qərarlar verməyə kömək edir. Jurnalistika, elmi tədqiqat, iclasların protokollaşdırılması və digər sahələrdə çalışan insanların vaxtlarının böyük bir hissəsi səs yazılarının mətnə çevrilməsinə sərf olunur. Avtomatik transkripsiya xidməti süni intellekt vasitəsilə bu sahədə insanları yorucu işdən azad edərək yaradıcı işə köklənmələrinə, qısa vaxt ərzində daha çox informasiya ilə işləmələrinə kömək edir.
Azərbaycan startapı Robotronics MMC-nin Voicedocs adlanan transkripsiya xidməti Trier Universiteti, Hannover Leybnits Universiteti, İstanbul Böyükşehir Belediyesi kimi Almaniya və Türkiyədə bir çox dövlət və özəl qurumlar, universitetlər tərəfindən istifadə olunur. MaxQDA və Atlas.ti kimi dünyada ən məşhur qualitativ elmi araşdırma üçün proqram məhsulları Voicedocs transkriptlərini import etmək imkanını dəstəkləyir. Qeyd edilən startap həmçinin NVidia şirkətinin süni intellekt sahəsində startaplara dəstək və inkişaf proqramı olan NVidia Inception proqramının Azərbaycandan olan yeganə üzvüdür. Startap tərəfindən Azərbaycan dili üçün transkripsiya sisteminin yaradılması KOBİA tərəfindən verilmiş qrant layihəsi əsasında həyata keçirilmişdir. Sistemin yaradılması üçün aparılan elmi tədqiqatlara İdarəetmə Sistemləri İnstitutu da dəstək göstərmişdir.
Qeyd edək ki, sistemi http://robotronics.az/az/products/transcriber linkinə daxil olaraq pulsuz yoxlamaq mümkündür.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

