AzMİU-da dünya alimlərinin iştirakı ilə konfrans keçirilir
12.10.2022 [10:17]
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) IV Avrasiya Risk Beynəlxalq Konfransı öz işinə başlayıb. 3 gün (11-13 oktyabr) davam edəcək konfrans AzMİU, “AMİR Technical Servises” şirkəti, Gürcüstan Texniki Universiteti, Honqkonq Şəhər Universiteti, Etibarlılıq üzrə Beynəlxalq Qrup - ABŞ-ın Qnedenko Forumu və Avrasiya SEISMO Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilir.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova çıxış edərək qonaqları salamlayıb və konfransı açıq elan edib. Rektor bildirib ki, qloballaşma, iqtisadi və texnoloji inkişaf həyat tərzinin daha da rahatlaşmasına şərait yaratsa da, bu tendensiya özlüyündə riskləri də artırır. Risklərin müəyyən olunması, qiymətləndirilməsi və potensial təhlükələrin aradan qaldırılmasının vacibliyinə toxunan professor Gülçöhrə Məmmədova Azərbaycanda bu istiqamətdə həyata keçirilən işlərdən, ölkəmizin beynəlxalq təhlükəsizliyə verdiyi töhfədən danışıb. Rektor qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizdə riskləri, potensial təhlükələri minimuma endirib və Azərbaycanı qlobal arenada nüfuzlu, eyni zamanda, etibarlı tərəfdaşa çevirib.
Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri, professor Sadiq Qurbanov çıxışında təbii ehtiyatlar, o cümlədən neft-qaz, mədən sənayesi və ekoloji istiqamətdə olan risklərdən danışıb. Komitə sədri konfransın aktuallığına diqqət çəkərək təşkilatçılara təşəkkür edib.
Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Rauf Hacıyev ekoloji risklərin bu gün ən aktual məsələlərdən biri olduğunu diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, risklərin müəyyən edilməsi, qiymətləndirilməsi təhlükələrin qarşısının alınması baxımından son dərəcə vacib amildir.
Azərbaycan Kosmik Agentliyinin İdarə Heyətinin sədri Saməddin Əsədov çıxışında risklərin müəyyən edilməsində müasir texnologiyaların tətbiqinin, eləcə də peyk texnologiyasından istifadənin yaratdığı üstünlüklərə toxunub.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov, Azərbaycan Texniki Universitetinin rektoru, professor Vilayət Vəliyev, “AMİR Technical Servises” şirkətinin baş direktoru, professor Vüqar Əliyev və digər çıxış edənlər də konfransın əhəmiyyətindən danışıblar və risk mənbəyi istiqamətlər haqqında fikir bildiriblər.
Avrasiya məkanında risklərin qiymətləndirilməsi və idarə edilməsi, infrastrukturların monitorinqi, su anbarlarının və təbii ehtiyatların istifadəsi zamanı ətraf mühitdə yaratdığı problemlər, ekoloji amillər, təbii fəlakətlər kimi məsələlərin müzakirə olunduğu konfransda Avstriya, İtaliya və Almaniya da daxil olmaqla dünyanın 6 ölkəsindən nüfuzlu elm adamları iştirak edirlər. Ümumilikdə konfransa 20 ölkədən elmi məqalələr daxil olub.
Qeyd edək ki, konfrans öz işini bölmə iclasları ilə davam etdirəcək.
Xəbər lenti
Hamısına baxDünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09

