Allahın yaşamağa yeri olsaydı...
18.10.2022 [10:58]
Günel ABBASOVA
Yağış yağır, özü də tut ucundan qalx göyə. Füzulidə yağan yağışın ucundan tutub Şuşaya qalxırıq. “Hər fəslin bir gözəlliyi var” məsəli Şuşada özünü tam anlamı ilə doğruldur. Payızı yazından, yazı qışından gözəl Şuşa. Üzünü bir görüb, həsrətini min çəkdiyim Şuşa...
İndi də dumanlı dağların başında dayanıb bizi salamlayır. Bu, mənim Şuşaya üçüncü gəlişimdir. Soruşsanız, hər dəfə eyni hisləri keçirirəm? Əlbəttə, yox. Əslində, ilk vaxtlar mənə elə gəlirdi ki, bu yerlərə növbəti gəlişlərimdə əvvəlki qədər ülvi hislər keçirmərəm. Ona görə hər gələndə sevinclə bərabər, tərəddüd də keçirirəm. Ancaq əksinə imiş, Şuşa o qədər sirlidir ki, hər görüşdə hislərim təzələnir, bir başqa məcraya keçir. Bəlkə də, duyğularım tədricən sevgidən bağlılığa çevrilir. Elə xoşbəxtəm ki, bu gəlişim sonuncu olar deyə, ataların məşhur bir məsəlinin də səhv çıxmağını istəyirəm. Nə olar ki, bu dəfə üçdən deməsinlər...
Dumandan on metr uzaqlığın görünmədiyi küçələrdə irəliləyirəm. İlk dəfə Şuşanı belə dumanlı və soyuq görürəm. Duman o qədər qatıdır ki, sanki 30 il uyuyan ruhlar oyanaraq sevincdən bir-birinə qarışıb. Bu gözəgörünməz yolda mənə Şuşanın sarı işıqları, bir də başımızın üstündəki gözəgörünməz bələdçilik edir. İlk gəlişim deyil axı, yaxşı tanıyıram. Divarda minalardan təmizlənmə ilə bağlı yerləşdirilən tabelləri gördükcə əmin oluram ki, buranı tanıyaraq yox, lap gözüyumulu da gəzmək olar.
Duman burada, həm də dağılmış evlərə qapı hörüb. Həmin qapılardan birini ehmalca açaraq içəri girirəm. Otaqları toz basıb, burada sözün həqiqi mənasında toz dumana qarışıb. Sınmış şüşələrdən boylanaraq şəhərin bir yanından digər yanını yuxarıdan izləyirəm. Şuşanın özü qədər relyefi də ecazkardır. İçində olduğum evin düz uçurumun kənarında tikilməsi də bu gözəlliyə başqa bir rəng qatıb. Bir vaxt uçurumdan sürüklənən xalqın uçurumlara dırmanaraq azad etdiyi bu müqəddəs yerdə düşüncəyə dalıram. Gözümlə gördüyüm, görmədiyim bütün hadisələr beynimdə canlanır. Burada gözlərinin azca qapanması xəyallara dalmağa kifayət edir. Sanki təbiət illərin bütün kədərini, sevincini tutub özündə saxlayıb.
Dumanlı Şuşada daldığım dumanlı düşüncələrdən ayrılaraq evin həyətindəki köhnə stulda əyləşirəm. Oturacağı taxtadan olsa da, möhkəm qalıb. Ən az illərlə bu torpaqların həsrətini çəkən ətdən-sümükdən olan insanların inamı qədər möhkəm. Həm də istidir, elə bil kimsə bir az əvvəl qalxıb. Bəlkə də, Şuşanın illər boyu dağlarında dayanan dumana minnətdar olmalıyıq. Əlimizin yetmədiyi daşların, əşyaların, hətta təbiətin də xatirələrini, istiliyini bizim üçün qoruyub saxlayıb.
“Onlar bizim yanan ocağımızı söndürdülər”. Babam tez-tez bu ifadəni işlədərdi. Mən də bunu ondan eşitmişdim, ancaq heç vaxt əyani formada görməmişdim. Evin düz yaxınlığında - küçənin başında divara söykənmiş bir odun sobası çəkir diqqətimi. İçində yaşamağa adam buraxmadıqları evin stulundan, sobasından da acıq çıxıb pərən-pərən salıblar.
Şuşanın təbiətinin bir gözəl tərəfi də odur ki, azacıq nisgilini görəndə sənə öz möcüzələrini təqdim edir. Düz qarşımdakı ağaclar arasında üstünə şeh düşən hörümçək toru görürəm. Həm səliqəli, həm də əzəmətlidir. Sanki ilmə-ilmə toxunub, onu eynilə bizim Zəfərə bənzədirəm. İliklərimizə qədər hiss edib, ilmə-ilmə toxuduğumuz Zəfərə. Bu mənzərəyə baxıb tarixi xatırladıqca özümü daha qürurlu hiss edirəm. Biz bacardıq, düşmənin öz-özünə “pay verdiyi” torpaqları azadlığa qovuşdurduq. Sübut etdik ki, bu dünyanın hər nemətindən, hətta şirin candan da pay olar, amma Vətəndən heç vaxt.
Söz zamanını çəkər, may ayında Şuşada Xarıbülbül festivalı keçiriləndə də yağış eyni ritmlə yağırdı. Həmin yağış altında söylənən ifalardan biri sanki dağların ruhuna hopub. Təbiət səsimə səs verir. Az öncəki düşüncələrimi nəğmələrə köçürərək duyurur mənə: Bilir ərlər, ərənlər Vətənə tay olmayır...
Nəğmənin ahənginə məftun olub, bir misranın izi ilə Cıdır düzünə gedirəm. Şuşanın getdikcə yuxarı qalxan küçələri ilə yeridikcə sanki göylərə bir az da yaxınlaşıram, buludlar əlimi qaldırsam, toxuna biləcəyim qədər yaxındadır. Məncə, bura dünyanın ağırlıq mərkəzidir. Burada bütün hislərin çəkisi ağır gəlir, bütün duyğuları ən üst səviyyədə yaşayırsan. Burada var olmağın, çəkdiyin adi bir nəfəsin də öz çəkisi var. Yəqin mənim doğulmağa, Allahın yaşamağa yeri olsaydı, Şuşanı seçərdi. İndi kainatın ən uca yerindəyəm, əlimi sinəmə qoyur, növbəti misranı dağlarla bir yerdə söyləyirəm: Ömürdən pay verərlər, Vətəndən pay olmayır!..
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

