Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb

21.10.2022 [11:05]

Azərbaycanda bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Bu barədə Neftçala Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, Neftçala bələdiyyəsinin vəzifəli şəxsləri tərəfindən müxtəlif dövrlərdə pul vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırmalarla bələdiyyənin büdcəsindən 3 min 236 manat dəyərində ərzaq yardımının əsassız olaraq silinməsinə, eləcə də ödəniş tapşırığı ilə ərzaq mağazasına köçürülən vəsaitin 8 min 600 manat məbləğində hissəsinin bələdiyyə sədri Rövşən Quliyev tərəfindən mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və ya israf etmə) və 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda istintaq davam edir.

Paylaş:
Baxılıb: 533 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Analitik

Siyasət

Qürur rəmzi

09 May 10:33

Ədəbiyyat

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

09 May 08:39  

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31