Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən 3 il ötür
26.10.2022 [11:28]
Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin üç illik dövrü barədə açıqlama yayıb.
XİN-dən daxil olan açıqlamada deyilir:
"Bu gün Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi təhvil almasından üç il ötür. Sədrliyimiz COVID-19 pandemiyasının qlobal miqyasda yayılması ilə eyni dövrə təsadüf etsə də, ölkəmiz QH sədrliyi qismində irəli sürdüyü və Hərəkata üzv dövlətlər tərəfindən yekdilliklə dəstəklənən beynəlxalq əhəmiyyətli uğurlu təşəbbüslər sayəsində pandemiya ilə əlaqəli çətinlikləri beynəlxalq əməkdaşlıq imkanlarına çevirməyi bacarıb.
Bu xüsusda, QH-nin COVID-19 pandemiyasına qarşı mübarizə üzrə yüksək səviyyəli Təmas Qrupunun təsis edilməsini, 4 may 2020-ci ildə onun virtual formatda Sammit səviyyəli görüşünün keçirilməsini, QH-nin sədri qismində ölkə başçısı İlham Əliyevin təşəbbüsü əsasında 2020-ci ilin 3-4 dekabr tarixlərində BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının keçirilməsini qeyd etmək olar. Həmçinin ölkə başçısının təşəbbüsü ilə QH-nin Azərbaycan sədrliyi tərəfindən əvvəlcə BMT-nin İnsan Hüquqları Şurasında, daha sonra isə BMT Baş Assambleyasında “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə layihələrinin irəli sürülməsi və qəbul edilməsi kimi addımlar ölkəmizin və Hərəkatın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə gücləndirib.
Azərbaycan Respublikası ötən müddət ərzində QH-nin fəaliyyət göstərdiyi BMT qərargahlarında, eləcə də digər beynəlxalq tədbirlərdə Hərəkat üzvləri adından yüzlərlə bəyanat səsləndirib, onlarla qətnamə layihələri və digər təşəbbüslər irəli sürüb, səfirlər və digər səviyyələrdə əlaqələndirmə görüşləri təşkil edib.
Sədrlik müddətində ölkəmiz Hərəkatın təsisatlanması istiqamətində mühüm addımlar atıb, Hərəkatın vahid loqo və bayrağının təsdiq edilməsi ilə bağlı proses başlatmaqla yanaşı, məhz ölkə başçısının təşəbbüsləri əsasında və Hərəkata üzv dövlətlərin dəstəyi ilə 2021-ci ilin 4-5 oktyabr tarixlərində QH-nin Gənclər Şəbəkəsinin, 2021-ci ilin 28 noyabr tarixində isə QH Parlament Şəbəkəsinin (QHPŞ) əsası qoyulub. Azərbaycan 2022-ci ilin 30 iyun-1 iyul tarixlərində QHPŞ-nin Bakı Konfransına, 2022-ci ilin 25-29 iyul tarixlərində isə QH-nin Gənclər Sammitinə ev sahibliyi edib. Həmin tədbirlərin yekunu olaraq QHPŞ və QH-nin Gənclər Təşkilatının fəaliyyət modallıqlarını tənzimləyən sənədlərin, eləcə də bu qurumların loqo və bayraqlarının qəbul edilməsi, həmçinin QH-nin internet səhifəsinin (www.namazerbaijan.com) istifadəyə verilməsi Hərəkatın təsisatlanması istiqamətində əldə edilmiş mühüm nailiyyətlərdəndir.
Sədrlik müddətində 2021-ci ilin 11-12 oktyabr tarixlərində Serbiyanın Belqrad şəhərində QH-nin təsis edilməsinin 60-cı ildönümü münasibətilə yüksək səviyyəli yubiley tədbiri, Bakı şəhərində “QH-nin təkamülündə Afrika irsi” mövzusunda konfrans, eləcə də QH tarixində ilk dəfə QH ölkələrindən gənclərin iştirakı ilə QH Modeli Simulyasiya Təlimləri təşkil edilib. Ölkə başçısının müvafiq Sərəncamı əsasında hər il onlarla QH gəncinə Azərbaycanda təqaüdlə təhsil almaq imkanları yaradılıb.
Hərəkata üzv dövlətlər arasında tərəfdaşlığı və həmrəyliyi artırmaq, eləcə də əməkdaşlığın indiyə qədər aşkar edilməmiş istiqamətlərini ortaya çıxarmaq üçün bir çox sahəvi nazirlər iclasları, o cümlədən əmək və səhiyyə nazirlərinin görüşləri keçirilib. Yaxın vaxtlarda təhsil nazirlərinin, informasiya və kommunikasiya texnologiyasına, iqtisadiyyat və ətraf mühit sahəsində cavabdeh qurum rəhbərlərinin də iclaslarının keçirilməsi planlaşdırılır".
Xatırladaq ki, QH-yə sədrliyin üç il müddətinə nəzərdə tutulmasına baxmayaraq, ötən ilin iyul ayında Hərəkat üzvlərinin yekdil qərarı ilə ölkəmizin Hərəkata sədrlik müddəti 2023-cü ilin sonunadək uzadılıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

