Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İstanbulun mərkəzində bomba qoyan şəxs saxlanılıb

İstanbulun mərkəzində bomba qoyan şəxs saxlanılıb

14.11.2022 [09:10]

İstanbulun mərkəzində bomba qoyan şəxs Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb.

Bu barədə Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib.

"Hadisəni törədən və bombanı qoyan şəxs İstanbul Təhlükəsizlik İdarəsi tərəfindən saxlanılıb. Bundan əvvəl daha 21 nəfər saxlanılıb. Bu işdə zəhməti olan yoldaşlarıma xüsusilə minnətdaram”, - deyə S.Soylu bildirib.

Nazir əlavə edib ki, hesablamalara görə, terror aktının törədilməsinə dair əmri Kobani şəhərindən, hücumu törədən şəxs isə Afrin şəhərindən gəlib. Hər iki şəhər Suriyada yerləşir.

Xatırladaq ki, noyabrın 13-də İstanbulun mərkəzində İstiqlal küçəsində yerli vaxtla saat 16:20-də güclü partlayış baş verib. Partlayış nəticəsində 6 nəfər ölüb, 81 nəfər isə xəsarət alıb.

Paylaş:
Baxılıb: 120 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30