Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Zaman özü dahi Heydər Əliyevi Respublika hakimiyyətinə gətirmişdir

Zaman özü dahi Heydər Əliyevi Respublika hakimiyyətinə gətirmişdir

18.11.2022 [10:50]

Siyasi fəaliyyətinin ilk illərində dövlət təhlükəsizliyi orqanlarında çalışan Ulu Öndər bütün imkan daxilində azərbaycanlıların bu orqanda işə düzəlmələrinə xüsusi səy göstərmişdir. Bununla yanaşı, o illərdə çox saylı Azərbaycan ziyalısını gerçəkləşə biləcək real repressiyadan xilas etmişdir. Təsadüf deyil ki, sonralar həmin şəxslər mətbuat vasitəsilə Ulu Öndərin ünvanına dəfələrlə təşəkkürlərini bildirmişlər. Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti Dövlət Təhlükəsizlik Komitəsində sədr müavini, 1967-ci ildən isə həmin Komitənin sədri vəzifəsində müvəffəqiyyətlə fəaliyyət göstərmişdir. Heydər Əliyev yeganə azərbaycanlıdır ki, dövlət təhlükəsizliyi orqanlarında işləyərkən general rütbəsinə yüksəlmişdir.

Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycan KP MK-nın Birinci katibi və Büro üzvü, 1982-ci ilin noyabrından 1989-cu ilə kimi SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. 1971-ci ildən Sov.İKP MK üzvü, 1976-cı ildən Sov.İKP MK siyasi Büro üzvlüyünə namizəd, 1982-ci ildən Sov.İKP Siyasi Büro üzvü olmuşdur. Heydər Əliyev 1979 və 1983-cü illərdə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür.

Bütün məqamlarda vaxt, zaman özü H.Əliyevi Azərbaycana rəhbər vəzifəyə gətirmişdir. H.Əliyev birinci dəfə Respublika hakimiyyətinə gələrkən keçmiş İttifaq Respublikaları arasında Azərbaycan Respublikası ən aşağı yerlərdən birində dururdu. Qısa məqamda H.Əliyevin ən yüksək işgüzarlığı, intellektual səviyyəsinin imkanları vəziyyəti elə məqamlara gətirdi ki, Azərbaycan bir-birinin ardınca dəfələrlə keçici Qırmızı Bayraq ordeni aldı. Nəticədə Azərbaycan İttifaq Respublikaları arasında ən yüksək səviyyəyə ucaldı. Bir rəhbər olaraq H.Əliyev Azərbaycanın həyati əhəmiyyəti olan bütün sahələrinə, o cümlədən sənayenin, kənd təsərrüfatının, təhsil, mədəniyyət, səhiyyə sahələrinin inkişafına xüsusi diqqət göstərirdi. Təhsillə əlaqədar olaraq bir neçə məqamı xatırlamaq istəyirik. Ulu Öndərin Respublikamızda birinci dəfə siyasi hakimiyyətdə olduğu 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatmışdı. Azərbaycanın şəhər, kənd və qəsəbələrində 700-ə qədər yeni məktəb binası tikilib istifadəyə verilmişdir. Onun şəxsi təşəbbüsü və təşkilatçılığı ilə həmin illərdə 5 yeni ali təhsil müəssisəsi yaradılmış, ali məktəb tələbələrinin sayı 70 mindən 100 min nəfərə çatdırılmışdır. H.Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində həmin illərdə 17 min Azərbaycan gəncinin keçmiş İttifaqın 50 şəhərinə 170-dən artıq ali məktəbin 250-dən çox müxtəlif ixtisası üzrə təhsil almağa getməsi təmin olunmuşdur. Ulu Öndərin uzaqgörən siyasətinin mühüm mərhələsi azərbaycanlı hərbi kadrların yetişdirilməsini də əhatə edirdi. H.Əliyevin qayğısı sayəsində yalnız 1982-ci ildə keçmiş Sovetlər Birliyinin ən nüfuzlu ali hərbi məktəblərinə 550 nəfər azərbaycanlı gənc qəbul edilmişdi.

Ulu Öndər Azərbaycan gəncliyinin sadəcə respublikadan kənarda təhsil alması kimi mövqe ilə kifayətlənmirdi. O, şəxsən özü gənclərlə görüşür, onlara məsləhət və tövsiyələrini verirdi. Bu, Azərbaycan gəncliyi üçün böyük bir stimul idi. Bu potensial Azərbaycan müstəqillik qazandıqdan sonra ölkə üçün son dərəcə müstəsna əhəmiyyət kəsb etmişdir. Çünki hər bir ölkənin inkişafı üçün onda bacarıqlı kadr potensialının olması vacib şərtlərdən biridir. H.Əliyev hələ o zaman yaxın gələcəkdə Azərbaycanın müstəqil bir dövlət olacağını düşünürdü və sonralar bu fikrini açıq şəkildə ifadə etmişdir: “Bəli, mən bu işləri görərkən həm də gələcək müstəqil Azərbaycan üçün fəaliyyət göstərirdim və gələcək müstəqil Azərbaycan dövlətinin əsaslarını yaradırdım”

Ulu Öndərin Azərbaycan gənclərinin xaricdə təhsil alma sahəsindəki bu uzaqgörən siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham  Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 5 min nəfər azərbaycanlı gəncin xaricdə ölkəmiz üçün vacib olan ixtisaslar üzrə təhsil alması nəzərdə tutulmuş və təmin olunmuşdur. Ulu Öndərin keçmiş SSRİ-nin ali hərbi məktəblərində azərbaycanlı hərbi kadrlar hazırlanmasına, həmçinin C.Naxçıvanski adına Hərbi Liseyin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində “Hərbi və fiziki təlim” fakültəsinin yaradılmasına istiqamətlənmiş müdrik, uzaqgörən siyasəti nəticə etibarilə bu gün Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazda qalib qüvvəyə çevrilməsinə gətirib çıxarmışdır.

Adı çəkilən fakültə SSRİ Müdafiə və Təhsil nazirliklərinin birgə təqdimatı əsasında SSRİ Nazirlər Sovetinin sədri Aleksey Nikolayeviç Kosıginin imzaladığı sərəncamla yaradılmışdır. Bu fakültə SSRİ-də dördüncü, Zaqafqaziyada isə birinci və yeni idi. Fakültənin təşkili ulu öndər Heydər Əliyevin ciddi səyi nəticəsində 1981-ci ildə mümkün olmuşdu. Fakültəyə ancaq ordu sıralarında nümunəvi xidmət etmiş gənclər qəbul olunurdu. Fakültə leytenant rütbəsi ilə respublikanın ümumtəhsil orta məktəbləri üçün ildə 200 nəfərə qədər ibtidai hərbi hazırlıq müəlliminə ali təhsil diplomu verirdi. Ulu Öndərin bu qabaqlayıcı xidməti Azərbaycan ikinci dəfə, yəni 1991-ci ildə müstəqilliyini yenidən bərpa edəndə özünün müstəsna dəyərini göstərdi: onların hər biri tağım komandiri kimi yeni formalaşmağa başlayan milli ordumuzun ilk zabitləri oldular. Haqqında söhbət gedən, Hərbi və fiziki təlim fakültəsi indi də əvvəlki illərdə olduğu kimi ADPU-nun nəzdində müasir tələblər səviyyəsində fəaliyyətini davam etdirir.

Fakültənin məzun və tələbələri bütün hallarda birinci Qarabağ müharibəsində könüllü iştirak etmişlər.

1992-ci ilin 26 fevral Xocalı soyqırımından sonra fakültənin tələbələri müsəlləh Qarabağ müharibəsinə qoşulmaq üçün istəklərini bildirdilər. Bu məqsədlə fakültənin tələbələri ilə Qəbələ rayonundakı turizm bazasında Avxan adlı türk zabitinin rəhbərliyi ilə ciddi hərbi təlimlərin aparılması təmin olundu. Təlim məşqlər 3 aya qədər davam etdi. Sonra tələbələrimiz Vətən torpaqlarının müdafiəsinə yollandılar. Onlar 1992-ci ilin may ayında Füzuli, Cəbrayıl, Şuşa, Laçın, Qubadlı uğrunda gedən döyüşlərə qatıldılar. ADPU-nun “Hərbi və fiziki təli?” fakültəsinin tələbə və məzunlarından birinci Qarabağ müharibəsində şəhid olanların sayı 30 nəfərdir.

Ölkəmizin ərazi bütövlüyünün qorunmasında, vətən torpaqlarının erməni işğalçılarından müdafiəsi uğrunda gedən döyüşlərdə göstərdikləri şəxsi igidlik və şücaətə görə ölümlərindən sonra iki nəfərə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmiş və üç nəfər isə Azərbaycan Bayrağı” ordeninə layiq görüldü.

Hazırda respublikamızda elə hərbi hissə, yaxud bölmə olmaz ki, orada zabit heyətinin tərkibində haqqında bəhs etdiyimiz fakültənin və C.Naxçıvanski adına Liseyin məzunlarından olmasın.

Bütün zamanlarda Azərbaycan xalqı Heydər Əliyevin sözünün ağası olmasının şahidi olmuşdur: İstər Moskvadakı Azərbaycan nümayəndəliyində totalitar rejimin Azərbaycan xalqına qarşı işğalçı mövqeyinə qarşı üsyan səsini ucaldanda, istər Sov. İKP-nin üzvü olduğunu təsdiq edən partiya biletini atanda, istər Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi fəaliyyət proqramını irəli sürəndə, istərsə də Azərbaycanda siyasi hakimiyyətdə olduğu bütün illər ərzində.

1993-cü il iyunun 15-də Azərbaycan Respublikasının Milli Məclisinin sədri seçilən zaman Ulu Öndərin həmin iclasdakı çıxışında dediklərini xatırladaq: “Sizi əmin edirəm ki, bütün imkanlardan istifadə edib bu böyük vəzifəni, ağır bir yükü aparmağa çalışacağam və bu vəzifənin ləyaqətlə yerinə yetirilməsinə səy göstərəcəyəm. Bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının bu günkü ağır, mürəkkəb və gərgin vəziyyətini tam məsuliyyətlə dərk edirəm. Bu vəzifəni üzərimə götürərək öz məsuliyyətimi anlayıram və bunların hamısını rəhbər tutaraq əlimdən gələni edəcəyəm.”

Bu sırada nələr dururdu? Ölkə daxilində vətəndaş müharibəsi həddinə çatmış daxili gərginlik, xarici müdaxilənin Azərbaycanı təhdid etməsi, Azərbaycanın bölgələrə parçalanma ehtimalı, AXC-Müsavat cütlüyünün iqtidarda olduğu təqribən bir il ərzində Respublikamızın uçuruma yuvarlanma həddində olması və sonunda Heydər Əliyevin bütün labüd fəlakətlərdən ölkəni xilas etməsi faktı Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə desək: “Heydər Əliyev 1993-cü ildə Parlamentin sədri seçiləndən sonra müstəqil Azərbaycanın həyatında yeni dövr başlamışdır. Əgər 1993-cü ildə xalqın tələbi və təkidi ilə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan çox bəlalarla üzləşə bilərdi. Bu gün həmin dövrü təhlil edəndə görürük ki, Heydər Əliyevin qətiyyəti, cəsarəti, iradəsi Azərbaycanı bu bəlalardan qurtardı.”

1987-1993-cü illər Azərbaycan xalqı üçün çətin illər olmuşdur. Çox mürəkkəb dözülməz hadisələr baş verirdi, hərc-mərclik idi. Xaos tüğyan edirdi.

Sovetlər İttifaqı süquta uğrayırdı, qanunlara məhəl qoyulmurdu. İnsanlarda ümidsizlik, hakimiyyətə inamsızlıq yaranmışdı. Yanvar qırğını oldu. Xocalıda soyqırım törədildi, Dağlıq Qarabağ və ətraf rayonlar işğal edildi. Ölkədə çörək qıtlığı, benzin çatışmazlığı yarandı. Hakimiyyət dövlətçilikdə və siyasətdə biliyi, bacarığı, səriştəsi olmayan, yalançıların ixtiyarına keçirdi. Günün günorta çağı soyğunçuluq baş verirdi. Hava qaralan kimi şəhərə çıxmaq qorxulu idi. Bəziləri özləri üçün silahlı dəstələr düzəltmişdi. Xalqın güzəranının dözülməziliyi, Qarabağ uğrunda gedən döyüşlərdəki məğlubiyyətlərin səbəbləri sanki unudulmuşdu. Belə bir dönəmdə 1992-ci ildə Cəbhə-Müsavat cütlüyü hakimiyyətə gəldi. Xalq yeni hakimiyyətdən çox şeylər gözləyirdi, lakin belə olmadı. Çünki ???-Müsavat cütlüyü dövləti idarə etməyin nə qədər çətin bir iş olduğunu, siyasətin mürəkkəb proses olduğunu lazımınca qiymətləndirə bilmirdilər. Bunlardan bəziləri bilavasitə tələbə auditoriyalarından yüksək dövlət vəzifələrinə gəlmişdir. Ona görə də Qarabağ uğrundakı döyüşlərdə uğursuzluqlar daha da dərinləşir, yenicə qazanılmış müstəqilliyimizin itirilmək təhlükəsi getdikcə reallıq həddinə yaxınlaşırdı. Belə bir vaxtda əhalinin tərəqqipərvər, vətənini sevən ziyalıları Azərbaycanı mövcud təhlükədən qurtara bilən şəxsiyyətin axtarışına başladılar. Azərbaycan üçün belə şəxsiyyət var idi. O, Heydər Əliyev cənabları idi. Dahi şəxsiyyət Heydər Əliyev həmin vaxtlarda Naxçıvanda Milli Məclisin Sədri vəzifəsində fəaliyyət göstərirdi. Lakin həmin vaxtlarda hakimiyyətdə olanlar Heydər Əliyevin hakimiyyətə gəlməsinə, hətta Bakıya gəlməsinə də əngəl törədirdilər. Mövcud hakimiyyət

Heydər Əliyevi təcrid vəziyyətində saxlamaq istəyirdi. Lakin hakimiyyətin bu istəyi mümkün deyildi. Qədirbilən xalqımızın ziyalı insanları müntəzəm olaraq Naxçıvana gedir, Heydər Əliyevdən Azərbaycanın böhran vəziyyətindən çıxara bilməsinin yollarını müzakirə edir və Ulu Öndərdən məsləhətlər alırdılar. Demək lazımdır ki, Heydər Əliyevin bəzi əleyhdarları belə Azərbaycanı mövcud olan böhrandan çıxara biləcək insanın yalnız Heydər Əliyevin bacara biləcəyini etiraf edirdilər. Azərbaycanı ağır durumdan çıxarmağın yolunu hər kəs Heydər Əliyevdə görürdü. Belə bir ağır məqamda 91-nəfər ziyalı xüsusi mərdlik nümayiş etdirib, 16 oktyabr 1992-ci ildə Ulu Öndər Heydər Əliyevə məktubla müraciət etdilər. Fəxrlə demək lazımdır ki, həmin məktuba cavab çox çəkmədi. Ulu Öndər 24 oktyabr 1992-ci il tarixində “91-lər”in müraciətinə müsbət cavab verdi.

21 noyabr 1992-ci il tarixində 551 nəfərin iştirakı ilə Naxçıvanda kinoteatrın binasında əlverişsiz bir şəraitdə Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Çünki o vaxtki hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə süni əngəl törədirdi.

Ulu öndər Heydər Əliyev yeni yaradılan Partiyanın Sədri vəzifəsinə seçildi. Heydər Əliyevin Sədrliyi ilə Yeni Azərbaycan Partiyasının yaranması ümumxalq sevincinə səbəb oldu. Qısa vaxt daxilində YAP-a altmış minə yaxın insan daxil oldu.

“91-lər”in Heydər Əliyevə müraciəti ümumxalq rəğbətinə çevrildi. Yeni Azərbaycan Partiyası Heydər Əliyevin Sədrliyi ilə qısa zaman kəsiyində, təxminən altı ay sonra hakimiyyətə gəldi. Bu yalnız Azərbaycanda deyil, dünya tarixində müstəsna hadisələrdəndir. Əlbəttə, bu, ulu öndər Heydər Əliyev dühasının Azərbaycan xalqı yanında illərdən bəri qazandığı etimadın və etibarın nəticəsi idi.

Heydər Əliyev 9 iyun 1993-cü ildə Bakıya gəldi. ?əmin vaxtda maraqlıdır ki, hakimiyyətdə olanlar da öz canlarının qorxusundan Heydər Əliyevin Bakıya gəlməsini istəmək məcburiyyətində qalmışdı???. Çünki onların özlərinin də həyatı təhlükə qarşısında idi. Korpus komandiri Surət Hüseynovun tabeçiliyində olan hərbçilər paytaxtın 70 kilometrliyində yerləşən Nəvahi qəsəbəsinə qədər gəlib çatmışdı və hakimiyyətdə olanları Bakının “Azadlıq” meydanında dar ağacından asacaqları ilə hədələyirdilər.

13 iyun 1993-cü il tarixdə ulu öndər Heydər Əliyev Milli Məclisin sessiyasından çıxandan sonra bir neçə nəfər jurnalistlə birlikdə Gəncəyə getdi. O vaxta qədər Cəbhə-Müsavat cütlüyü Gəncəyə bir neçə dəfə nümayəndə göndərmişdir ki, Surət Hüseynov silahlı qarşıdurmadan çəkinsin. Lakin Surət Hüseynov Gəncəyə bu məqsədlə gedən nümayəndə heyətindən heç kəsi qəbul etməmişdir. Çünki, onlara etibar etmirdi. Gəncə camaatı, o cümlədən qarşı-qarşıya duran tərəflər H.Əliyevi hörmətlə qəbul etdilər, tərəflər öz iddialarına son qoydular. Bununla da şiddətlənə biləcək bir fəlakətin qarşısı alındı. Hansı ki, o vaxt hakimiyyətdə olanlardan bəziləri Gəncəni bombalamağı təklif edirdilər, Gəncədə toplamış hərbi birləşmələr Qarabağ uğrunda gedən döyüşlərə istiqamətləndilər.

Heydər Əliyev 1993-cü il 15 iyunda Milli Məclisin Sədri vəzifəsinə, həmin ilin oktyabr ayında ölkə Prezidenti seçildi. Azərbaycan Respublikasının Prezidenti seçiləndən sonra Heydər Əliyev ölkədə yaranmış böhran vəziyyətini aradan qaldırmaq istiqamətində çox sayda uğurlu işlər apardı. Qarabağ uğrunda gedən döyüşlərdə Azərbaycan Ordusu əsaslı dönüşü təmin etdi. 1994-cü ilin may ayında atəşkəsə nail olundu. Vaxt qazanmaq Azərbaycan Ordusunun döyüş qabiliyyətini artırmaq, müasir silahlardan məharətlə istifadə etmək, xüsusi ixtisaslaşmış döyüşçülərin differensiasiya bacarığını təkmilləşdirmək baxımından olduqca lazım idi. Görülən bu tədbirlər Azərbaycan Ordusunun həmin vaxtlardan təməli qoyulan 2020-ci ildəki Zəfər yürüşünün əsasına çevrilmişdir. 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi” adlanan sənədin imzalanması dünyanın böyük ölkələrinin Azərbaycana inamının artırılmasına şərait yaratdı. Azərbaycana investisiya axınının qarşılıqlı tərəfdaş kimi danışıq aparmaq imkanlarını təmin etdi. Bütün bunların nəticəsində Azərbaycanın iqtisadi müstəqilliyi təmin olundu.

Doğrudur, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan bir əsrdə ikinci dəfə müstəqilliyini bərpa etmişdi, lakin həmin müstəqillik təhlükə altında idi.

Ona görə də Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtması ilə müstəqilliyimizin xilaskarına çevrildi.

Heydər Əliyev 1993-cü ilin Prezident seçkilərindən sonra onun bir neçə böyük dövlətlərə səfərləri oldu. Ulu Öndər xarici ölkələrə səfərlərində Azərbaycanın müasir dövrün sivil dövlətlərindən olduğunu bütün dünyaya sübut edirdi. Xarici ölkələrə səfərlər etməklə Ulu Öndər o vaxtlar Azərbaycanı əziyyət çəkdiyi informasiya blokadasından xilas etdi. İnformasiya blokadasından çıxması Azərbaycanı bugünkü uğurlarının başlanğıcına çevirdi.

1994-cü ilin oktyabr, 1995-ci ilin mart aylarında ölkədə dövlət çevrilişinə göstərilən cəhdlərin qarşısı Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində vaxtında alındı. Azərbaycanda həyati əhəmiyyətli bütün sahələrdə vüsətli inkişaf başlandı. Heydər Əliyev ölkəni böyük peşəkarlıqla idarə edirdi. Bütün sahələrdə canlanma, inkişaf başlandı, mütərəqqi islahatlar aparıldı, istedadlı insanlar dövlət vəzifələrinə gətirildi. Həmin münasibət indi də davam etdirilir Ulu Öndər 1999-cu ilin noyabr ayında Azərbaycanda ilk dəfə olaraq Bələdiyyələrə seçkilərin aparılmasını təmin etmişdir. Bu münasibətlə Ulu Öndər bildirdi ki, bələdiyyələrə seçkilərin aparılmasında məqsədimiz ölkədə demokratiyanı inkişaf etdirmək və dövlətin idarə olunmasının yükünün bir hissəsini bələdiyyələrə etibar elməkdir.

Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı mühüm xidmətlərindən biri də özünün siyasi varisi olan İlham Əliyevin ölkə rəhbərliyinə gəlməsinə zəmanət verməsi olmuşdur. Heydər Əliyev bu münasibətlə deyirdi ki, İlham Əliyevə özüm qədər inanıram və onun gələcəyinə böyük ümidlər bəsləyirəm. 2003-cü ilin oktyabr ayında

İlham Əliyev Prezident vəzifəsinə seçildi. Prezident seçkilərinə qatılarkən Azərbaycan xalqı İlham Əliyevi böyük hörmətlə qəbul etdi, gənclər onu özlərinin qardaşı, yaşlı nəsil onu özlərinin övladı kimi qarşıladılar.

Dünyada təsadüfi heç nə yoxdur. Gələcəkdə Azərbaycanın canlı yaradıcı tarixinə çevriləcək Heydər Əliyev BDU-nun tarix fakültəsini bitirdi, tarixi yaradan tarixçi oldu. Şarl Lui Monteskye 1711-ci ildə qələmə aldığı “İran məktubları”nda yazırdı: “Dünyanın heç bir xalqı şöhrəti və əzəməti ilə “tatarlarla” yarışa bilməz. Onlar türk adlanıb. Avropada, Asiyada və Afrikada nəhəng fatehliklər edib, dünyanın üç qitəsində ağalıq edirlər. Bu müzəffər xalqın tarixçiləri çalışmayıb ki, onların ağlasığmaz qələbələrinin şöhrətini yazsınlar. Bu cəngavər xalq öz gündəlik şöhrəti ilə məşğul olub. Əbədi məğlubedilməzliyinə inanıb, keçmiş qələbələrinin əbədiləşdirilməsi qayğısına qətiyyən qalmamışdır. Qeyd edilən fikirlər türkün böyüklüyünün etirafı hesab olunmalıdır. Lakin gec də olsa, bu tarix yazıldı, özü də XX əsrin 30 ili ərzində yenidən yazıldı. Bu, Azərbaycanın müasir tarixi, bu tarixin yaradıcısı Heydər Əliyev idi. Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün “Tarix yazmaq - tarixi yaratmaq qədər çətindir. Əgər yazan yaradana sadiq qalmazsa, yazılan tarix insanları çaşdıracaq mahiyyət alır” tezisini unutmayın.

Sovet imperiyasının mərkəzində yüksək vəzifə tutan Heydər Əliyev tarixi yaratdı və yazdı, onun yaratdıqları insanları çaşdırmadı, əksinə çox-çox sonralar xalqın karına gəldi.

Bu qüdrətli düha sahibi olan Heydər Əliyev hətta ona xəyanət edənləri bağışlamış, lakin onun xalqına, vətəninə xəyanət edənləri bağışlamamışdır. Bu fikrin tarixi orta əsr tarixinin əks sədasıdır. Bu, Heydər Əliyevin türk dünyasında olan övladlıq borcu və Böyük Vətən qarşısında şəxsiyyət-vətəndaş borcunu ödəmək istəyi ilə səciyyələnir.

Heydər Əliyevin siyasi məsuliyyəti, onun əqidə bütövlüyü, dərin zəkası, xüsusi düşüncə qüdrətilə şərtlənir və işlədiyi çağlarda heç bir siyasi səhvə yol vermədiyi də xalqının nəzərindədir. Bu isə Heydər

Əliyevin ömür yolunda məğlubedilməzliyinin və yenilməzliyinin təsdiqidir.

Heydər Əliyev erkən və orta əsr türk dünyasında ömür yaşamış sərkərdələrimizin siyasi baxışlarından xüsusi məharətlə bəhrələnmişdir. VI əsrdə Göytürk xalqının oğlu Şetunun Çin xalqının məktubuna cavabına diqqət yetirək: “Sizə hər il vergi göndərəcəyəm, sözünüzü dinləyəcəyəm. Ancaq paltarlarımızın ətəklərinin kəsməyə, çiyinlərimizdə dalğalanan saçlarımızı kəsməyə, dilimizi dəyişdirməyə və sizin qanunlarınızı mənimsəməyə gəlincə isə, bizim ənənələrimiz, qədimdən qalma adətlərimiz çox uzaq keçmişdən gəlir, mən özüm də indiyə qədər bunlardan tək bircəsini belə dəyişməyə cürət etməmişəm. Ona görə ki, bütövlükdə türk xalqı eyni qəlbin yiyəsidir!”

Göytürk xaqanı Şetunun Çin hökmdarına cavabının siyasi mahiyyətini aşkar etmək o qədər də çətin deyildir. Ona görə ki, Göytürklər iki yerə bölünürlər. Çin hökmdarı bu fürsətdən istifadə edərək onların zəiflədiklərini düşünür və xüsusi şücaət və ağıl sahibi olan Şetun xaqanı hiylə ilə almaq istəyir. Şetun xaqan isə Çin hökmdarına çatdırır ki, iki yerə bölünən türkün bir ürəyi, bir əqidəsi, bir inamı, bir məsləki, bir gücü vardır. Bunun davamı olaraq Heydər Əliyevin türk dövlətlərinin birliyini yaratmaq siyasi ideyası öz başlanğıcını VI əsr tariximizdən götürmüşdür.

Dünyanın ən müdrik insanları Heydər Əliyevi tarixi şəxsiyyət kimi qəbul etmişlər. ABŞ-ın keçmiş prezidenti Bill Klinton deyirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı, Amerikanı, hətta bütün dünyanı idarə edə bilər. Almaniya parlamentinin üzvü K.Vimmer H. Əliyevin şəxsiyyətindən bəhs edərkən söyləmişdir ki, “Cənab Heydər Əliyev prezident seçilərkən Qərbdə ona şübhə ilə yanaşırdıq, zənn edirdik ki, o, Azərbaycanda kommunizm ideyalarını bərpa edəcək. Lakin tez bir zamanda bizə aydın oldu ki, yanılmışıq. İndi Azərbaycan İkinci Dünya müharibəsindən çıxmış Almaniyanı, Prezident Heydər Əliyev isə kansler Adenaueri xatırladır. Əgər daxili və xarici qüvvələr ona mane olmasalar, işləməyə imkan versələr Azərbaycanın indiki inkişaf mərhələsi onun tarixinə intibah dövrünün başlanğıcı kimi daxil olacaq.

Böyük Britaniyanın sabiq Baş naziri, dəmir ledi Marqaret Teççer “onu müasir zəmanəmizin görkəmli siyasi xadimi”, ABŞ-ın sabiq dövlət katibi Madlen Olbrayt “Corc Vaşinqtona bərabər şəxsiyyət’ kimi xarakterizə etmişdir. R.T. Ərdoğan H. Əliyevin şəxsiyyətini yüksək qiymətləndirərək demişdir: “H. Əliyev Azərbaycanın böyük lideridir. O, böhranlar dövründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun qoyduğu irs ilə fəxr edə bilər.

Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi xidmətlərinə görə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.

Xüsusi ilə vurğulamaq lazımdır ki, öz həyatının bəzi təhlükəli məqamlarında Heydər Əliyev general Şarl de Qollun təsvir etdiklərinə qəribə bir tərzdə uyğun gələn vəziyətlərə də düşmüşdür. Məsələn, Şarl de Qoll yazırdı: “Bəziləri deyirlər ki, mən kommunistlərin, frank massonların müttəfiqiyəm, digərləri iddia eləyir ki, guya mən Fransada krallıq, imperiya, yaxud da şəxsi diktatura qurmaq istəyirəm. Güclü təsəvvür və fantaziyaya malik olan bütün bu adamlar bircə şeyi yaddan çıxarırlar. Onu yaddan çıxarırlar ki, Fransa işğalçılarla dolu olanda mən azad fransızların başında durdum və Fransa imperiyasına ona görə rəhbərlik etdim ki, Fransa işğal halında idi. Yaddan çıxarırlar ki, Fransa işğal altında olmasaydı, mən bizim ordumuzun öz rütbəmdə bir zabiti olaraq qalacaqdım, Onu da yaddan çıxarırlar ki, mən siyasətçi deyiləm, sadəcə öz ölkəsini azad etmək istəyən bir vətənpərvərəm. Lakin de Qoldan fərqli olaraq Heydər Əliyev hərbçi olmaqdan əlavə dərin siyasətçi idi. O, miqyaslı istedada malik idi. Ona görə də Azərbaycanın dövlətçiliyini bir çox fəlakətdən xilas etdi. Heydər Əliyevin Azərbaycan xalqının planetə bəxş etdiyi bir möcüzəsi idi.

Heydər Əliyevin siyasətinin layiqli davamçısı, böyük siyasi məktəb keçmiş, çoxşaxəli fəaliyyətilə xalqın rəğbətini və məhəbbətini qazanmış və Prezident seçilmiş İlham Əliyev müasir şəraitdə Azərbaycanın hərtərəfli tərəqqisinə, demokratik imicinin yüksəlməsinə çalışan görkəmli və böyük siyasi xadimidir.

Heydər Əliyevin Ordu quruculuğu sahəsindəki siyasətini uğurla həyata keçirən Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük Vətən müharibəsində 30 il erməni işğalında qalan Azərbaycan torpaqlarını özünün hərbi sərkərdəliyi və Azərbaycan Ordusunun rəşadəti sayəsində birdəfəlik azad etdi. Hal-hazırda isə işğaldan azad olunmuş Azərbaycan torpaqlarında ölkə Prezidenti - Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə vüsətli abadlıq və quruculuq işləri həyata keçirilir.

YAP Veteranlar Şurasının və “91-lər”in üzvü, ADPU-ııun professoru, Prezident təqaüdçüsü Fərəcov Ə.N.

Səbail rayonu YAP “Ü.Hacıbəyov-68” ƏPT sədri, ADPU-nun dosenti Qurbanov S.Ş.

Paylaş:
Baxılıb: 179 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31