Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində "Rəqəmsal Ədliyyə Yenilikləri"

Ədliyyə işçilərinin peşə bayramı ərəfəsində "Rəqəmsal Ədliyyə Yenilikləri"

21.11.2022 [17:15]

MÜŞFİQƏ

22 noyabr - ədliyyə işçilərinin peşə bayramı ərəfəsində bu sahədə tətbiq olunan yeni rəqəmsal innovasiyaların ictimai təqdimatı keçirilib. Ədliyyə nazirinin müavini Eldar Nuriyev "Rəqəmsal Ədliyyə Yenilikləri" adlı tədbiri açıq elan edib. E.Nuriyev bildirib ki, ölkəmizdə rəqəmsal ədliyyənin inkişaf etdirilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsi vacib haldır və bu sahə inkişaf etdirilməlidir. Onun sözlərinə görə, ölkə rəhbərliyi bu məsələni diqqətdə saxlayır: "Bu sahənin genişləndirilməsi üçün adiyyatı qurumlara tapşırıqlar verilib. Bütün dövlət orqanlarında olduğu kimi, Ədliyyə Nazirliyində də bu sahədə işlər aparılır".

Artıq operatora bir zəng etməklə...

Öz növbəsində, Ədliyyə Nazirliyinin İnformasiya kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə nazirliyin yeni təcili elektron zəng xidməti - "ƏN TEZ" xidmət konsepsiyası hazırladığını diqqətə çatdırıb. Onun sözlərinə görə, bu konsepsiya təkcə müxtəlif ədliyyə orqanlarına müraciət etmək imkanı deyil, eləcə də hazır sənədlərin yerindəcə verilməsi prinsipinə əsaslanır və xidmətlərin olduqca sürətləndirimiş rejimdə göstərilməsini şərtləndirir: ""ƏN TEZ" xidmət Ədliyyə Nazirliyinə təcili elektron zəng deməkdir. Müraciət edən şəxsdən hər hansı sənəd, yaxud elektron imza tələb edilməyəcək, o, sadəcə, operatora bir video zəng etməklə xidmətlərdən məsafədən yararlanacaq".

İdarə rəisi qeyd edib ki, həmin sürətə nail olmaq üçün respublikada fəaliyyət göstərən bütün yerli ədliyyə orqanları həmin xidmət şəbəkəsinə cəlb olunacaq və vətəndaşın müraciəti zamanı həmin vaxt işi nisbətən az olan qurum onun icrasını təmin edəcək.

Övladlarınıza istədiyiniz adı elektron qaydada qoya biləcəksiniz

Bundan başqa, "Mobil Əhali" tətbiqi vasitəsilə ölkə əhalisi və xaricdə yaşayan vətəndaşlar növbə gözləmədən doğum və ölümü elektron qeydə ala biləcəklər. Qurumun Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib ki, fiziki şəxslər dövlət qurumuna hər hansı sənəd təqdim etmədən müvafiq sənədləri əldə edəcəklər: "Proses “QR kod” vasitəsilə həyata keçiriləcək. Vətəndaşlar övladlarına istədiyi adı da elektron qaydada qoya biləcəklər. Ailə tərkibi, subaylıqla bağlı arayışların elektron qaydada verilməsi də bu proqramda nəzərdə tutulub. Bu, "Mobil notariat" alt tətbiqidir. "Mobil notariat"ın artıq 400 mindən çox istifadəçisi var".

Paylaş:
Baxılıb: 123 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xarici siyasət

Siyasət

Prezident bu gün

Prezident bu gün

07 Dekabr 10:10

Xəbər lenti

Xəbər lenti

Sabahın hava proqnozu

06 Dekabr 12:28

Xarici siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31