Bəşər tarixinin qanlı hadisələri...
09.12.2022 [11:03]
Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür
Yeganə BAYRAMOVA
Dekabrın 9-u Beynəlxalq Soyqırımı Cinayəti Qurbanlarının Xatirəsini Anma Günüdür. Bu xatirə günü 1948-ci ildə “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” haqqında Konvensiyanın qəbul edilməsi ilə bağlı seçilib. Onun keçirilməsində məqsəd soyqırımı qurbanlarının xatirəsini anmaqla yanaşı, dünya ictimaiyyətinin diqqətini bu ağır cinayətin təqsirkarlarının cəzalandırılması və onların qarşısının alınması məsələlərinə cəlb etməkdir.
BMT Baş Assambleyasında bu qətnaməni səsvermə keçirilmədən qəbul edən 193 üzv ölkə bəyan edib ki, hər bir dövlət ayrıca öz əhalisini soyqırımından qorumaqla mükəlləf olmalıdır. Eyni zamanda, bu cinayətin qarşısının alınması və ona təhrik edənlərin cəzalandırılması da hakimiyyətlərin vəzifəsidir.
Xalqımız da son 200 ildə bir çox faciələr və soyqırımlara məruz qalıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanıb. Birinci Dünya müharibəsindən sonra Rusiyada yaranmış vəziyyətdən istifadə edən ermənilər öz istəklərinə bolşevizm bayrağı altında nail olmağa cəhd ediblər. Daşnak-bolşevik tandemi 1918-ci ilin əvvəllərindən başlayaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlıların çıxarılması məqsədlərini güdən cinayətkar planın reallaşdırılmasına başlayıb. 1918-ci ilin mart-aprel aylarında ermənilər tərəfindən törədilən cinayətlər Azərbaycan xalqının yaddaşında silinməz iz qoyub. Təkcə milli mənsubiyyətinə görə minlərlə dinc azərbaycanlı məhv edilib. Ermənilər evləri yandırır, insanları diri-diri oda atırdılar. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər ərazilərində xüsusi qəddarlıqla həyata keçirilib. 1918-ci ilin mart-aprelində Bakı, Şamaxı, Quba, Muğan və Lənkəranda ermənilər 30 mindən çox azərbaycanlını qətlə yetirib, 10 minlərlə insanı öz torpaqlarından qovublar. Təkcə Bakıda 10 minə yaxın azərbaycanlı xüsusi qəddarlıqla öldürülüb, Şamaxıda 58 kənd dağıdılıb, 7 min nəfər (1653 qadın, 965 uşaq) məhv edilib. Quba ərazisində 122, Qarabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberniyasında 211, Qars əyalətində 92 kənd yerlə yeksan olunub, əhali üzərində yaş və cinsinə məhəl qoymadan qətliam həyata keçirilib.
Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verib. Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Ermənilərin törətdikləri digər dəhşətli cinayət - Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib. Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Xocalı soyqırımı zamanı şəhərin 5379 nəfər əhalisi deportasiya olunub, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qalıb (onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil), 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 8 ailə tam məhv edilib, 130 uşaq valideynlərindən birini, 25 uşaq isə valideynlərindən hər ikisini itirib, 613 nəfər, o cümlədən 63 uşaq və 106 qadın işgəncə verilməklə vəhşicəsinə öldürülüb. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına 170 milyon ABŞ dollarından artıq ziyan vurulub.
Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapıb. Dünyanın 13 ölkəsi parlament səviyyəsində, ABŞ-ın 22 ştatı parlament səviyyəsində, İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını rəsmən tanıyıb. Avropa İnsan Haqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
28 Yanvar 11:00

Xəbər lenti
28 Yanvar 10:55

Siyasət
28 Yanvar 10:45

Xəbər lenti
28 Yanvar 10:35

Sosial
28 Yanvar 10:33

Siyasət
28 Yanvar 10:30

Analitik
28 Yanvar 10:27

Xəbər lenti
28 Yanvar 10:25

Siyasət
28 Yanvar 10:20

Xəbər lenti
28 Yanvar 10:15

Analitik
28 Yanvar 10:10

Gündəm
28 Yanvar 10:05

Xəbər lenti
28 Yanvar 10:00

Xəbər lenti
27 Yanvar 23:26

Xəbər lenti
27 Yanvar 23:12

Xəbər lenti
27 Yanvar 22:22

Xəbər lenti
27 Yanvar 21:28

Xəbər lenti
27 Yanvar 21:13

Xəbər lenti
27 Yanvar 20:15

Xəbər lenti
27 Yanvar 20:06

Xəbər lenti
27 Yanvar 19:40

Xəbər lenti
27 Yanvar 19:24

Xəbər lenti
27 Yanvar 18:21

Siyasət
27 Yanvar 18:17

Xəbər lenti
27 Yanvar 17:53

Xəbər lenti
27 Yanvar 16:26

Dünya
27 Yanvar 16:18

Xəbər lenti
27 Yanvar 15:35

Xəbər lenti
27 Yanvar 15:14

Siyasət
27 Yanvar 15:06

Xəbər lenti
27 Yanvar 14:55

Gündəm
27 Yanvar 14:31

Xəbər lenti
27 Yanvar 14:21

Siyasət
27 Yanvar 13:48

Xəbər lenti
27 Yanvar 13:46

Siyasət
27 Yanvar 13:35

Siyasət
27 Yanvar 13:30

Xəbər lenti
27 Yanvar 13:19
.jpg&width=120)
Xəbər lenti
27 Yanvar 13:04

Gündəm
27 Yanvar 12:53

Xəbər lenti
27 Yanvar 12:49

Xəbər lenti
27 Yanvar 12:47

Xəbər lenti
27 Yanvar 12:36

Xəbər lenti
27 Yanvar 12:32

Xəbər lenti
27 Yanvar 12:30

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 12:24

Xəbər lenti
27 Yanvar 11:57

Xəbər lenti
27 Yanvar 11:25

Siyasət
27 Yanvar 11:19

Xəbər lenti
27 Yanvar 11:12

Xəbər lenti
27 Yanvar 11:10
.jpg&width=120)
Maraqlı
27 Yanvar 11:01

Xəbər lenti
27 Yanvar 10:58

Analitik
27 Yanvar 10:54

Xəbər lenti
27 Yanvar 10:47

Siyasət
27 Yanvar 10:43

Xarici siyasət
27 Yanvar 10:37
.jpg&width=120)
Sosial
27 Yanvar 10:35

MEDİA
27 Yanvar 10:32

Sosial
27 Yanvar 10:30

Siyasət
27 Yanvar 10:23

Siyasət
27 Yanvar 10:16

Siyasət
27 Yanvar 10:12

Gündəm
27 Yanvar 10:05

Xəbər lenti
27 Yanvar 09:31

Xəbər lenti
27 Yanvar 09:29

Xəbər lenti
27 Yanvar 09:27

Xəbər lenti
26 Yanvar 22:38

Dünya
26 Yanvar 22:36
