Azərbaycan Türkiyənin zəlzələdən zərərçəkən bölgəsinə 3000 məktəbli dəsti göndərib
01.09.2023 [10:15]
Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu qardaş Türkiyənin Hatay bölgəsində zəlzələdən zərərçəkənlərə yardım kampaniyası təşkil edib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, “Biz birlikdə güclüyük” devizi altında yeni tədris ilinin başlanması münasibətilə təşkil edilən humanitar yardım kampaniyası Hatay Azərbaycan Evinin müraciəti əsasında baş tutub.
Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması, zəlzələdən zərərçəkənlərin, o cümlədən həmin bölgədə yaşayan azərbaycanlıların həyatlarının yüngülləşdirilməsi, ehtiyaclarının ödənilməsi məqsədilə dövlətimizin həyata keçirdiyi uzunmüddətli kampaniyanın tərkib hissəsi olub.
Azərbaycan Gömrük-Sərhəd Buraxılış Məntəqəsindən qardaş ölkəyə yola salınmış humanitar yardıma 3000 məktəbli dəsti daxil edilib.
Hatay bölgəsinin Arsuz rayon məktəbində yardımın təqdim olunma mərasimində Arsuz rayonunun İcra Hakimiyyətinin başçısı Hasan Gökpinar, Arsuz bələdiyyəsinin sədri Dr.Asaf Güven və Arsuz milli təhsil qurumunun müdiri Əhməd Yanmaz, Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, ADDF-in icraçı direktoru Əkrəm Abdullayev, Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin üzvü, Türkiyə Böyük Millət Məclisinin (TBMM) 24, 25 və 26-cı çağırışlarında Hatay üzrə millət vəkili olmuş Bayram Türkoğlu, TBMM-də AKP-in Hatay üzrə millət vəkilləri Abdulkadir Özel və Kemal Karahan, Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömür və başqaları iştirak ediblər.
Mərasimdə qardaş Azərbaycan dövlətinin bu təşəbbüsünü yüksək qiymətləndirən icra hakimiyyətinin başçısı Hasan Gökpinar humanitar yardıma görə ölkəmizə təşəkkürünü ifadə edib və bildirib ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədidir.
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev bildirib ki, Azərbaycan dövləti Hatayda yaşayan uşaqları sovqatla sevindirməkdən böyük məmnunluq və xoşbəxtlik duyur: “Bu uşaqlar təkcə Türkiyənin deyil, Azərbaycanın da uşaqları və gələcəyidir”.
Tədbirdə çıxış edən yerli ictimaiyyətin nümayəndələri və qonaqlar “bir millət, iki dövlət”in hər zaman bir-birinin yanında olduğunu məmnuniyyətlə vurğulayıblar. Qeyd edilib ki, mənəvi dəyəri maddi dəyərindən qat-qat yüksək olan hədiyyələrin təqdim olunması həm iki dövlətin vətəndaşlarının bir arada olmasının, həm də zəlzələdən zərər çəkmiş insanların və övladlarının sevincini və kədərini bölüşməsinin sübutudur.
Sonra məktəbli dəstləri I sinfə gedəcək şagirdlərə və valideynlərə təqdim olunub.
Tədbir iştirakçıları, valideynlər və uşaqlar bu çətin günlərdə Hataydakı uşaqların məktəb qayğısını düşündüyü və övladlarını sevindirdiyi üçün Azərbaycan dövlətinə təşəkkürlərini bildirən valideynlər bildiriblər ki, zəlzələdən sonra bu cür köməyə çox ehtiyac vardı.
Xatırladaq ki, ADDF cari ilin aprel ayında Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası ilə birlikdə Kahramanmaraşda zəlzələdən zərərçəkmiş 2600-dən çox ailəyə ərzaq yardımı çatdırıb. Yardımı alanların arasında Kahramanmaraşda yaşayan soydaşlarımız da olub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

