Qarabağdakı erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulur
13.09.2023 [14:33]
Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasının 54-cü sessiyasında iştirak və çıxış edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Çıxışda, Azərbaycan və BMT İnsan Hüquqları Şurası arasında əməkdaşlıq, ölkəmiz tərəfindən milli və beynəlxalq səviyyədə insan hüquqları sahəsində görülmüş işlər, habelə post-münaqişə dövründə insan hüquqlarının qorunması sahəsində mövcud çağırışlar barədə ətraflı məlumat verilib.
Nazir Ceyhun Bayramov, ölkəmizin Ümumdünya İnsan Hüquqları Bəyannaməsindən irəli gələn hüquqların qorunmasına sadiq şəkildə, bu sahədə fəaliyyət göstərən qurumlarla aktiv dialoqu, habelə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının fəaliyyətinə töhfə verilməsini davam etdirdiyini bildirib.
Azərbaycan tərəfindən milli səviyyədə bu sahədə aparılan islahatlar, o cümlədən qanunvericilik bazasının inkişafı, siyasi partiyalarla dialoqun möhkəmləndirilməsi, medianın inkişafına dəstək, fiziki məhdudiyyətləri olan şəxslər üçün şəraitin yaxşılaşdırılması, qadın və gənclərin səlahiyyətlərinin genişləndirilməsi, dövlət xidmətlərinin əlçatanlığının artırılması üçün görülən işlər barədə ətraflı məlumat verilib.
Beynəlxalq səviyyədə isə ölkəmizin multikulturalizm modeli və cəmiyyətlərdə tolerantlığın təşviqi, ayrı-seçkilik, İslamafobiya və digər təhlükəli konsepsiyaların, habelə nifrət nitqi elementlərinin aradan qaldırılması istiqamətində tərəfimizdən irəli sürülmüş təşəbbüslərin, o cümlədən Bakı Prosesinin əhəmiyyəti qeyd olunub. Qoşulmama Hərəkatına sədrliyimiz çərçivəsində insan hüquqları sahəsində beynəlxalq səylərə töhfə vermək məqsədilə QH-ya üzv dövlətlər və xüsusi prosedur mandatlarının sahibləri arasında dialoq üçün platforma yaradıldığı diqqətə çatdırılıb.
İnsan hüquqları sahəsində milli və beynəlxalq səviyyədə görülən işlərə baxmayaraq, bu istiqamətdə fəaliyyət göstərən qurumların mandat sahibləri tərəfindən müvafiq dövlətlərin mövqeyini və bölgədə mövcud faktlar və reallıqları nəzərə almayan ittihamlar irəli sürülməsinin məyusluq doğurduğu, bu kimi instansiyaların nüfuzunu və onlara olan inamı sarsıtdığı, bu xüsusda sözügedən pozuntuların aradan qaldırılmasının vacibliyi vurğulanıb.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov, 30 ilə yaxın Ermənistan işğalı nəticəsində fundamental hüquqları pozulmuş vətəndaşlarımızın öz yurdlarına layiqli qayıdışının təmini, habelə Qarabağ bölgəsində yaşayan erməni əsilli sakinlərin cəmiyyətimizə reinteqrasiyası istiqamətində tərəfimizdən əməli addımların atıldığını diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov, münaqişənin bitməsinə baxmayaraq bölgədə dayanıqlı sülhün bərqərar edilməsinin qarşısında bir sıra çağırışların, o cümlədən Ermənistan tərəfindən hərbi-siyasi təxribatların, mina təhdidinin davam etdirilməsi, müharibə zamanı itkin düşmüş 4000-ə yaxın Azərbaycanlının taleyi barədə məlumatların bugünədək verilməməsi, 1987-1991-ci illər arasında indiki Ermənistan ərazilərində etnik təmizləmə siyasətinə məruz qalmış Azərbaycanlıların hüquqlarının inkar olunması, Qarabağ bölgəsində məskunlaşmış erməni sakinlərin manipulyasiya edilməsi ilə reinteqrasiya səylərinə zərbə vurulmasının dayandığını vurğulayıb.
Sözügedən istiqamətlərin insan hüquqları sahəsi ilə üzvi bağlantısını nəzərə alaraq, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı və digər ixtisaslaşdırılmış qurumların, o cümlədən xüsusi prosedurların müvafiq mandatarlarının bu sahədə əməli addımlar atmasının vacibliyi diqqətə çatdırılıb.
Çıxış zamanı, həmçinin bölgədə dayanıqlı sülh və təhlükəsizliyin bərqərar edilməsi üçün yaranmış tarixi imkanın itirilməməsi məqsədilə beynəlxalq ictimaiyyətin ədalətli mövqeyinin hər zamankından daha müstəsna əhəmiyyət kəsb etdiyi bildirilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
21 Avqust 09:45
Gündəm
21 Avqust 09:20
Gündəm
21 Avqust 09:05
Dünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56

