Azərbaycan tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır
18.10.2023 [16:22]
Günel ABBAS
“Bişkekdə Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev bildirdi ki, Qırğızıstan və Azərbaycan arasında dostluq və qardaşlıq münasibətləri uğurla inkişaf edir. Dövlət başçılarının qarşılıqlı səfərləri zamanı əldə olunmuş razılaşmalar yerinə yetirilir. Azərbaycan Qırğızıstanda investisiya layihələrini həyata keçirməyə başlayıb. Əməkdaşlığı dərinləşdirmək məqsədilə Azərbaycan-Qırğızıstan İnvestisiya Fondu yaradılıb. Qırğızıstan sabit inkişaf edir. Qırğızıstanın son dövrdəki sosial-iqtisadi inkişafı bütün dost ölkələri sevindirir”.
Bu fikirləri yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin üzvü Cavid Osmanov deyib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev görüşdə Özbəkistanın da Müstəqil Dövlətlər Birliyi məkanında uğurlara imza atmasına diqqət çəkdi: “Səmərqənd şəhəri 2024-cü ildə “Birliyin mədəniyyət paytaxtı” elan edilməsi qardaş Özbəkistanla bağlı olan digər mühüm hadisədir. Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının nəticələri gələcəkdə Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edəcək”, deyə vurğulayan Prezident İlham Əliyev Rusiya Federasiyasının növbəti ildə Müstəqil Dövlətlər Birliyində sədrlik edəcəyini qeyd etdi.
Ölkəmizin Müstəqil Dövlətlər Birliyi çərçivəsində fəaliyyətindən danışarkən isə Prezident İlham Əliyev bildirdi ki, humanitar sahə əsas istiqamətlərdən biridir və Azərbaycan bu sahədə əməkdaşlığın inkişafına böyük töhfə verir. Ölkəmizin 2025-ci ildə üçüncü Müstəqil Dövlətlər Birliyi Oyunlarının keçirilməsi üzrə namizədliyi dəstəklənib və Azərbaycan növbəti dəfə nüfuzlu beynəlxalq tədbirə ev sahibliyi edəcəkdir. Üçüncü Müstəqil Dövlətlər Birliyi Oyunları idman sahəsində əməkdaşlığımızı möhkəmləndirməklə yanaşı, Birlik məkanında uğurlu qarşılıqlı fəaliyyətimizin daha bir nümayişi olacaq.
Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı Prezident İlham Əliyev xatırlatdı ki, iqtisadi əməkdaşlıq da müsbət dinamika ilə inkişaf edir. İqtisadi əlaqələrimizin möhkəmlənməsi müsbət nəticə verir. Keçən il Azərbaycan ilə Müstəqil Dövlətlər Birliyi ölkələri arasında əmtəə dövriyyəsinin həcmi təxminən 30 faiz artıb. Bu il artım 20 faizdən də çoxdur. Azərbaycan Müstəqil Dövlətlər Birliyinin bir çox ölkələri üçün tranzit-nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. Müstəqil Dövlətlər Birliyinin bir çox üzv ölkələri Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə Azərbaycanın tranzit imkanlarından fəal istifadə edirlər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ötürmə qabiliyyətinin genişləndirilməsi üzrə həyata keçirilən və perspektiv layihələr ölkələrimizin nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsi işinə və əmtəə dövriyyəsinin artırılmasına xidmət edəcək.
Ümumiyətlə, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi iştirakçı-dövlətləri ilə əməkdaşlığın ikitərəfli əsasda davam etdirilməsinə üstünlük verir. Bununla yanaşı, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi çərçivəsində siyasi, iqtisadi və humanitar sahələrdə ölkəmiz üçün maraq kəsb edən məsələlər üzrə əməkdaşlığın davam etdirilərək, bu təşkilatın iştirakçı-dövlətlər arasında dialoq müstəvisi kimi saxlanılmasında maraqlıdır”.
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

