“Heydər zirvəsi”nə yürüş təşkil edilib
20.10.2023 [15:01]
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Heydər zirvəsi”nə yürüş təşkil edilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə reallaşdırılan “Heydər Əliyev irsinin gənc nəsil arasında təbliği” adlı layihənin icrasını davam etdirir.
Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin nümayəndələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, jurnalistlər, blogerlər və qazilər yürüşdən öncə Fəxri xiyabanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzüblər. Həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi də yad edilib, məzarı üzərinə gül dəstələri düzülüb.
Zirvəyə Xınalıq kəndi yaxınlığından başlayan yürüş Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində, 3751 metr hündürlükdə yerləşən “Heydər zirvəsi”ndə başa çatıb. Yürüş iştirakçıları çətin relyef və hava şəraitinə baxmayaraq qarşıya qoyulan məqsədə nail olublar.
Yürüşdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müşaviri Firdovsi Əliyev və Cəmiyyətin və Medianın İnkişafı İctimai Birliyinin sədri, layihə rəhbəri Lalə Azərtaş tədbirin mənəvi əhəmiyyətindən danışıblar.
Zirvədə qazi-xanəndə Əvəzxan Əzizov Ulu Öndərin xatirəsinə həsr olunan “Sən elə bir zirvəsən” mahnısını ifa edib.
Qeyd edək ki, yürüş zamanı aparılan çəkiliş əsasında qısametrajlı sənədli film hazırlanaraq ictimaiyyətə təqdim olunacaq.
Xatırladaq ki, Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Heydər Əliyev İli”nə həsr olunan qrant müsabiqəsi elan edib.
Xəbər lenti
Hamısına baxDünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34

