Yeni “böhtan oyunları”
27.10.2023 [10:40]
Rəsmi İrəvan milli azlıqların hüquqlarına hörmət etmir
Günel ABBAS
Qərbi Azərbaycan İcması insan hüquqları üzrə ixtisaslaşmış beynəlxalq qurumların fəaliyyətində yaxından iştirak edir, Ermənistandan qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətli şəkildə geri qayıtması hüququ məsələsini qaldırır və ona beynəlxalq dəstəyin əldə edilməsi üçün səylər göstərir. Bu baxımdan İcma özünün insan hüquqları gündəliyinin və qayıdış hüququnun beynəlxalq səviyyədə təşviqi üçün ATƏT və digər beynəlxalq təşkilatların müvafiq fəaliyyətlərində iştirakını davam etdirir. Bu sahədə müvafiq mexanizmlərdən biri məhz ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarlığıdır.
Məlum olduğu kimi, oktyabrın 24-də ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarı institutunun növbəti tədbirində Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini, Milli Məclisin deputatı Ramil Həsən iştirak edib. Həmin tədbirdə qərbi azərbaycanlıların geri qayıdışı ilə bağlı məsələ qaldırılıb. Qurumun təsis edilməsinin 30 illiyi münasibətilə 2023-cü il oktyabrın 24-də Niderlandın paytaxtı Haaqa şəhərində ATƏT-in fəaliyyətdə olan sədri Buyar Osmani, Baş katibi Helqa Şmid, Milli Azlıqlar üzrə Ali Komissarı Kayrat Abdraxmanov, BMT Katibinin insan hüquqları üzrə köməkçisi İlze Brands Kehris və digər yüksək səviyyəli xadimlərin iştirakı ilə keçirilmiş tədbirdə ATƏT məkanında milli azlıqların hüquqlarının qorunması sahəsində vəziyyət, bu sahədə iştirakçı dövlətlərin öz öhdəliklərini və ATƏT-in tövsiyələrini yerinə yetirməsi və milli azlıqların hüquqlarının qorunması ilə sülh və təhlükəsizlik arasında əlaqə kimi mövzularda müzakirələr aparılıb.
Qərbi Azərbaycan İcmasının sədr müavini R.Həsən bu müzakirələrdə aktiv iştirak edərək Ermənistandan azərbaycanlıların qovulması barədə ətraflı məlumat verib, eləcə də Ermənistanın hərəkətlərinin beynəlxalq insan hüquqlarının digər aspektləri ilə yanaşı, milli azlıqların hüquqları üzrə beynəlxalq normalara, o cümlədən, ATƏT-in bu sahədəki müvafiq sənədlərinə zidd olduğunu diqqətə çatdırıb.
“Blokada”, “etnik təmizləmə” və...
ATƏT-in tədbirlərində qərbi azərbaycanlıların hüquqlarının bərpası, onların geri qayıdışı ilə bağlı məsələlərin qaldırılması Ermənistanda birmənalı qarşılanmamaqla yanaşı, ictimai fikri yanlış istiqamətə yönəltməkdədir. Belə ki, məhz bu tədbirdə səsləndirilən fikirlərin ardından Ermənistan hökuməti dialoqdan qaçmaq üçün guya İcmanın bu ölkəyə qarşı ərazi iddiası irəli sürdüyünü iddia edir.
Ümumiyyətlə, Ermənistan tərəfindən Azərbaycana qarşı bu cür “böhtan oyunları” tez-tez oynanılır. Bir neçə ay əvvəl Qarabağ ermənilərinin guya ərzaq çatışmazlığı ilə bağlı məsələləri gündəmdə idi.
Ancaq dünya ictimaiyyəti həm 44 günlük Vətən müharibəsi dövründə, həm də lokal antiterror tədbirləri zamanı bir daha gördü ki, Azərbaycan heç bir ərazini “blokada”ya almayıb. Hətta Qarabağ iqtisadi rayonunda yaşayan ermənilərin istənilən humanitar məqsədlə ölkədən getməsinə və qayıdıb gəlməsinə zəmin yaradılmışdı. Bir daha hər kəsə məlum oldu ki, Qarabağ ermənilərinin aclıqdan ölməsi tamamilə yalandır. Bu əsassız iddiaların tam əksinə “blokada”da olan ərazilərdə təmtəraqlı toy məclisləri, ad günləri və digər məclislər keçirilirdi.
Bu gün də iddialar Qarabağdan keçib Qərbi Azərbaycana qədər uzanır. Ermənistan təxribatçı iddialar və böhtan xarakterli fikirlər irəli sürərək Azərbaycanın guya Ermənistan ərazilərinə iddia etdiyini deyir. Ancaq heç bir fakta, sübuta dayanmayan, dəlili olmayan bu iddialar böyük bir boşluqdan ibarətdir.
Azərbaycan diplomatiyası dünən də, bu gün də dünyaya sübut edir ki, Qərbin aləmə car çəkdiyi “Ermənistan ərazilərinə iddia və təcavüz” şüvənliyi müəyyən ünsürlərin qəsdən uydurduğu cəfəngiyatdan başqa bir şey deyil.
İcmanın Ermənistan ərazisinə heç bir iddiası yoxdur
Məsələ ilə bağlı Qərbi Azərbaycan İcması bəyanat yayaraq bildirib ki, İcmanın Ermənistanın ərazisinə qarşı heç bir iddiası yoxdur. Burada əsas məqsəd azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir.
Bəyanatda qeyd olunur ki, Qərbi Azərbaycan İcmasının Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviç ilə görüşməsinə, bu günlərdə Varşavada ATƏT-in İnsan Ölçüsü Konfransı çərçivəsində tədbir keçirməsinə, Haaqada ATƏT-in Milli Azlıqlar üzrə Komissarlığının tədbirində iştirakına Ermənistanın verdiyi reaksiya bir daha bu dövlətin siyasətində azərbaycanlılara qarşı olan etnik nifrətin səviyyəsini göstərir. Bununla, Ermənistan, həm də söz azadlığına və vətəndaş cəmiyyətinin fəaliyyətinə nə qədər dözümsüz yanaşdığını nümayiş etdirib.
Qərbi Azərbaycan İcması bir daha bildirir ki, onun Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə qarşı heç iddiası yoxdur və yeganə məqsədi azərbaycanlıların dinc şəkildə Ermənistanda dədə-baba yurdlarına qayıdışını təmin etməkdən ibarətdir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

