İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər
07.11.2023 [19:09]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 7-də Şuşada “Yasəmən” otelinin açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma oteldə yaradılan şərait barədə məlumat verildi.
Otuzillik işğaldan Prezident İlham Əliyevin rəhbərliyi ilə azad edilən ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən bərpa və quruculuq işlərinə Heydər Əliyev Fondu da öz töhfəsini verməkdədir. Qədim Qarabağ torpağında Fond tərəfindən dini, tarixi-mədəni abidələrin, məscidlərin bərpası üzrə layihələrin icrasına start verilib. Heydər Əliyev Fondunun Qarabağdakı layihələri Ağdam Cümə məscidi, Zəngilan şəhər məscidi, Şuşada Aşağı Gövhər Ağa məscidi, Yuxarı Gövhər Ağa məscidi, Saatlı məscidi, Mamayı məscidi və bulağı, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Mehmandarovların malikanə kompleksi, Şuşada Yaradıcılıq Mərkəzi, Üzeyir Hacıbəylinin ev-muzeyi və digər tarixi-mədəni abidələrin bərpa və yenidən qurulmasını, Şuşada yeni məscidin inşasını əhatə edir. Tarixi Zəfərimizin növbəti ildönümü ərəfəsində Şuşada bərpası başa çatan və təqdim edilən layihələrdən biri də “Yasəmən” otelidir.
Bildirildi ki, XIX əsrin ortalarında Qarabağ memarlıq məktəbinə xas tərzdə inşa edilmiş, Şuşa şəhərinin Köçərli küçəsində yerləşən üç yaşayış binası işğal zamanı dağıdılaraq istifadəyə yararsız vəziyyətə salınıb. Heydər Əliyev Fondu ərazidə layihələndirmə işləri apararaq, 2022-ci ilin may ayından etibarən həmin yaşayış binalarının təmir-bərpa işlərinə başlayıb. Bərpa zamanı binalarda təməlbərkitmə işləri görülüb, divarlarda daxili bərkitmə işləri aparılıb. Mərmi düşməsi nəticəsində binanın dağılmış hissələri yenidən tikilib. Sonradan inşa olunmuş əlavə tikililər isə sökülüb.
Fond tərəfindən bərpa edilən binalar hazırda otel kimi istifadəyə verilib. Autentik üslubda bərpa edilən “Yasəmən” otelinin eksteryer və interyeri buraya gələnləri orta əsr Şuşasına qaytarır. Otel “double”, “twin” və “junior” otaqların olduğu iki korpusdan, restoran və bir neçə terrasdan ibarətdir. Qonaqlar otelin həyətində dövrünün üslubuna uyğun salınan bağçada və terrasda dincələ, şəhərin mənzərəsini seyr edə bilərlər. Terrasdan Mehmandarovların malikanə kompleksinə və ümumi şəhərə gözəl mənzərə açılır. Otelin interyeri, otaqları xüsusi dizayn edilib. Buradakı hər bir element, əşya məhz bu dizayna uyğun seçilib. Bu da qonaqlarda nostalji hisslər yaradır.
Otellə tanışlıq zamanı Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Mehmandarovlar malikanə kompleksinin yuxarı hissəsində bərpa olunacaq binalar barədə də məlumat verildi.
Dövlətimizin başçısı və birinci xanım otelin həyətində yasəmən ağacı əkdilər.
Şuşa işğaldan azad edildikdən sonra şəhərdə qısa müddətdə “Qarabağ”, “Xarıbülbül” otelləri, Şuşa Otel-Konqres Mərkəzi Kompleksinin açılışı olub və artıq “Yasəmən” oteli də şəhərin tarixi mənzərəsinə daha bir gözəllik qatmaqla qonaqların istifadəsinə verilir.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

