Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / İlham Əliyev: 18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır

İlham Əliyev: 18 ölkədən 40-dan artıq təmsilçinin Bakıda toplaşaraq, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində təşkilatlanması sevindirici haldır

21.11.2023 [10:29]

Müxtəlif qitələri təmsil edən 18 ölkədən 40-dan artıq təmsilçinin növbəti dəfə Bakıda toplaşaraq, XXI əsrdə təəssüf ki, hələ də davam edən kolonializm siyasətini pisləməsi, müstəmləkə altında saxlanılan ərazilərdə qadınların vəziyyətinə dair gerçəklikləri dünya ictimaiyyətinə çatdırması, müstəmləkəçiliyin aradan qaldırılması istiqamətində sistemli və ardıcıl iş aparması və təşkilatlanması sevindirici haldır.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin noyabrın 21-də Bakıda keçirilən “Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişaf” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində qeyd olunub.

Azərbaycanda tarixən qadına göstərilən hörmətin, qadın adının uca tutulmasının xalqımızın ən ali mənəvi keyfiyyətlərindən biri olmasının vurğulandığı müraciətdə bildirilib: “Azərbaycan qadınları tariximizin bütün dövrlərində taleyüklü məsələlərinin həll edilməsinə, habelə xalqımızın azadlıq mübarizəsində və torpaqlarımızın Ermənistan Respublikasının işğalından azad edilməsinə öz töhfəsini vermişdir”.

Paylaş:
Baxılıb: 128 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Qul psixologiyası  

29 Noyabr 14:42

Xəbər lenti

Mədəniyyət

Xəbər lenti

Daha 2 gün...

29 Noyabr 11:20

Sosial

Xarici siyasət

Analitik

Xəbər lenti

Gündəm

Xəbər lenti

Xəbər lenti

Sabitlik olmadan...

29 Noyabr 09:23

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30