Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qarabağ Universitetinin yaradılması gənclərin rəyində

Qarabağ Universitetinin yaradılması gənclərin rəyində

07.12.2023 [17:25]

Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə  Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxsin yaradılmasından irəli gələrək, gənclərin qərara münasibətini öyrənmək, bu barədə gözləntiləri və prioritetləri tədqiq etmək məqsədilə ictimai rəy sorğusu həyata keçirib.

I. Tədqiqatın metodologiyası

 Sorğular 2023-cü ilin 30 noyabr - 2 dekabrtarixlərində, 18-29 yaş qrupuna mənsub 390respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Topludan nümunənin (seçmənin) müəyyən edilməsində ehtimallı seçmənin sistemli üsulundan istifadə olunub. Seçmə çərçivəsi ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub. Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərdə yaşayan hədəf qruplara aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. 

Sorğu anketi 12 əsas sual və 5 sosial-demoqrafik sualdan ibarət olmaqla hazırlanıb, intervüyerlər sahə işinə başlamamışdan əvvəl təlimatlandırılıb. Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir.

II. Respondentlərin sosial-demoqrafik məlumatları

-Gender mənsubiyyətinə görə, respondentlərin 51.5%-i kişi, 48.5%-i qadın olub.

-Yaş qrupları üzrə bölgüyə görə, respondentlərin 21.8%-i 18-21 yaş qrupuna, 31.7%-i 22-25 yaş qrupuna, 46.5%-i 26-29 yaş qrupuna mənsub olub. Sorğuda iştirak edənlərin orta yaşı 24-ə bərabərdir.

-Məzun olunan ən yüksək təhsil səviyyəsinə görə, respondentlərin 0.3%-i ibtidai təhsilə, 12.5%-i ümumi orta təhsilə, 39.7%-i tam orta təhsilə, 16.1%-i peşə-ixtisas təhsilinə, 31.4%-i ali təhsilə malik olduğunu bildirib.

-Ailə vəziyyətinə görə, iştirakçıların 56.1%-i subay, 42.3%-i evli, 1.0%-i boşanmış və 0.6%-i dul olduğunu bildirib.

-Yaşayış məntəqəsinin növünə görə, respondentlərin 46.2%-i şəhərdə, 17.4%-i qəsəbədə, 36.4%-i kənddə yaşadığını qeyd edib.

III. Sorğunun nəticələrinin təhlili

Prezidentin müvafiq sərəncamı əsasında Qarabağ Universitetinin yaradılması ərazilərin bərpası və yenidən qurulması, milli köklərə və tarixi torpaqlara qayıdış, regionların inkişafı, idarəetmə sistemi, geosiyasət, mədəniyyət, nəqliyyat-logistika kimi müxtəlif istiqamətlərin birləşdiyi vahid quruculuq xəttində elm və təhsilin, onun ideoloji bazasının və texnoloji imkanlarının inkişafına istiqamətlənmiş tarixi qərardır.

Keçirilmiş rəy sorğusu ali təhsil müəssisə ilə birbaşa əlaqəli qrupların, gənclərin, o cümlədən təhsil alanların işğaldan azad olunmuş ərazilərdə yaradılan ilk universitet barədə məlumatlılıq səviyyəsini, onun strateji əhəmiyyətini və əsas gözləntiləri müəyyən etməyə imkan verib.

     
     Qarabağ Universitetinin yaradılması haqqında məlumatlılıq

  1. “Prezidentin sərəncamı ilə Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə məlumatınız varmı?” sualına cavab olaraq, respondentlərin 54.5%-i bu barədə məlumatı olduğunu45.5%-i məlumatı olmadığınıbildirib.
  • Respondentlər arasında kişilərin 53.3%-i, qadınların 56.0%-i Qarabağ Universitetinin yaradılması barədə məlumatlı olub.
  • 18-21 yaş qrupu respondentlərin 60.7%-i, 22-25yaş qrupu üzrə 54.9%-i və 26-29 yaş qrupu üzrə 51.4%-i bu barədə məlumatlı olduğunu qeyd edib.
  • Təhsil səviyyələrinə görə, məlumatlı olanlar orta təhsillilər üzrə 46.4%-ə, ali təhsillilər üzrə 69.4%-ə bərabər olub.
  • Məşğulluq vəziyyətinə görə, ən çox məlumatlı olanlar dövlət sektorunda işləyənlər (72.8%) və tələbələr (63.9%), ən az məlumatlı qrup isə işsizlər (43.5%) və evdar qadınlar (43.8%) olub.

        Qarabağ Universitetinin yaradılmasının əhəmiyyəti

  1. Sorğunun nəticələrinə əsasən, respondentlərin 82.6%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi qiymətləndirib. Onların 16.4%-i universitetin yaradılmasının müəyyən qədər əhəmiyyətli olduğunu, cəmi 1.0%-i əhəmiyyətli olmadığını ifadə edib.
  • Nəticələrdən göründüyü kimi, Qarabağ Universitetinin yaradılması respondentlərin sosial-demoqrafik profillərindən asılı olmayaraq, onların əksəriyyəti tərəfindən əhəmiyyətli hadisə kimi qiymətləndirilib.
  • Tələbələrin 85.2%-i və ali təhsillilərin 85.0%-i Qarabağ Universitetinin yaradılmasını çox əhəmiyyətli hadisə kimi xarakterizə edib.

3. Qarabağ Universitetinin yaradılmasını əhəmiyyətli hadisə kimi qiymətləndirənlərdən bunun əhəmiyyətini necə xarakterizə etdikləri soruşulub və bir neçə cavab variantı qeyd etmək imkanı verilib. Ümumi nəticələrə görə, respondentlərin 47.2%-i sözügedən universitetin yaradılmasını Qarabağa qayıdış və qalıcı məskunlaşmanın təmin olunması39.1%-i Qarabağda tarixi təhsil ənənələrinin yaşadılması, 37.8%-i Qarabağın tarixi həqiqətlərinin və mədəniyyətinin öyrənilməsi və təbliği baxımından əhəmiyyətli hesab edib. Eyni zamanda, sorğuda iştirak edənlərin 31.2%-i universitetin Qarabağda ixtisaslı kadr hazırlığını təmin edəcəyi, 29.9%-i bu çərçivədə Qarabağın elmi-tədqiqat məkanına çevriləcəyi26.0%-i “Qarabağ” adının təhsil sisteminə daşınacağı və təhsil brendinə çevriləcəyi, 12.0%-i elmi-tədqiqat mərkəzi kimi regionda inteqrasiya və təhlükəsizliyə təsir imkanları baxımından əhəmiyyətli hadisə kimi dəyərləndirib.

  • Nəticələri respondentlərin bu barədə ilk cavab variantları üzrə nəzərdən keçirdikdə, birinci sırada hər dörd nəfərdən birinin rəyində “Qarabağ” adının təhsil sisteminə daşınacağı və təhsil brendinə çevriləcəyi (26.0%), növbəti sıralarda Qarabağda tarixi təhsil ənənələrinin yaşadılması (20.2%) və Qarabağın elmi-tədqiqat mərkəzinə çevriləcəyi (19.7%) mövqeyi qərarlaşıb.


    Qarabağ Universiteti barədə gənclərin prioritetləri

    Sorğu çərçivəsində gənclərin yeni yaradılan universitetdə təhsil almaq arzuları, təhsil almaq istədikləri proqramlar və universitetin ixtisaslaşma istiqamətləri barədə prioritetləri öyrənilib. “Əgər fürsət olarsa, Qarabağ Universitetində təhsil almaq istərdinizmi?” sualını gənclərin ümumilikdə 74.5%-i müsbət cavablandırıb. Belə ki, onların 35.3%-i “bəli, mütləq istərdim”, 39.2%-i “bəli, yəqin ki istərdim” cavabını verib. Sorğuda iştirak edənlərin 13.0%-i “xeyr, yəqin ki, istəməzdim” və 12.5%-i “xeyr, heç istəməzdim”mövqeyini ifadə edib.
  • Bu barədə müsbət mövqe müqayisə etibarilə ən çox tam orta təhsilə malik olanlar (77.8%) arasında, ən az ali təhsilə malik olanlar (68.6%) arasında müəyyən olunub. Tam orta təhsillilərin 39.2%-i, ali təhsillilərin 24.8%-i “bəli, mütləq istərdim” cavabını verib.
  • Tələbələrin 75.4%-i belə bir təklifi müsbət qarşılayacağını bildirib.
    1. Bu suala müsbət cavab verənlərə “Hansı ixtisas üzrə təhsil almaq istərdiniz?” açıq sualı ünvanlanıb. Cavabları ixtisas qruplarına görə nəzərdən keçirdikdə, onların 22.6%-i təhsil (pedaqoji) ixtisasları üzrə, 17.1%-i texniki və texnoloji ixtisaslar üzrə, 12.2%-i iqtisadiyyat və idarəetmə ixtisasları üzrə, 8.0%-i tibb üzrə, 7.6%-i humanitar və sosial elmlər ixtisasları üzrə, 24.8%-i digər ixtisaslar üzrə təhsil almaq istədiyini bildirib, 7.7%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
    2. Sözügedən universitetdə təhsil almağın üstünlükləri ilə bağlı respondentlərə açıq sualünvanlanıb. Əldə olunan nəticələrin təhlilinə əsasən, onların 19.5%-i əsas üstünlük kimi yeni yaradılan universitetin “Qarabağ” adına layiq keyfiyyətli təhsil verməsi və təhsil sistemində yeniliklər etməsi17.8%-i universitetin işğaldan azad olunmuş şəhərdə yaradılması və burada təhsilin prestijli olması15.7%-i Qarabağda yaşamaq, onun tarixini və mədəniyyətini öyrənmək baxımından8.0%-i Qarabağın yenidən qurulması, bərpası prosesi üçün ixtisaslı kadr hazırlığı və işlə təminat məsələləri baxımından, 6.6%-i universitetin dünyada tanınması və perspektiv imkanları ilə əlaqələndirib. Respondentlərin 9.4%-i digər cavabları səsləndirib, 23.0%-i bu barədə fikir bildirməkdə çətinlik çəkib.
  1. Gənclərin 64.4%-i yeni yaradılan universitetin modern və innovativ, yəni “smart” universitet modelində, 34.5%-i ənənəvi universitet modelində görmək istədiyini bildirib. Onların 1.0%-i bu barədə rəy bildirməkdə çətinlik çəkib.
  • Yeni yaradılan universitetin ənənəvi, yoxsa müasir və innovativ modeldə qurulması ilə bağlı rəylərdə respondentlərin gender mənsubiyyəti və yaş qrupları üzrə əhəmiyyətli fərq qeydə alınmayıb.
  • Ali təhsillilərin 70.2%-i, tam orta təhsilə malik olanların 62.1%-i, ümum orta təhsilə malik olanların 52.1%-i universitetin modern və innovativ (smart) modeldə qurulmasını üstün hesab edib. Həmçinin bu mövqe ən çox tələbələrin rəyində (73.8%) özünü göstərib.
  1. Qarabağ Universitetinin gələcəkdə ixtisaslaşma istiqamətləri ilə bağlı gənclərin arzuları öyrənilib və onlara bu barədə prioritet hesab etdikləri bir neçə istiqaməti səsləndirməsi təklif olunub. Ümumi nəticələrə əsasən, rəy sorğusunda iştirak edənlərin 37.9%-i yaradılan universitetin kənd təsərrüfatı37.1%-i mədəniyyət və incəsənət35.1%-i iqtisadiyyat və idarəetmə33.8%-i texnologiya və mühəndislik31.2%-i tibb23.4%-i pedaqoji16.6%-i sosial və humanitar elmlər sahəsində ixtisaslaşmasını üstün tutduğunu bildirib. İştirakçıların 3.6%-i digərcavab variantlarını səsləndirib.
  • Nəticələri respondentlərin bu suala verdikləri ilk cavab variantları üzrə nəzərdən keçirdikdə, birinci sırada texnologiya və mühəndislik (33.8%), növbəti sıralarda mədəniyyət və incəsənət (19.2%), tibb (17.7%), iqtisadiyyat və idarəetmə (10.1%), sosial və humanitar elmlər (8.3%), kənd təsərrüfatı (7.5%), pedaqoji (3.1%) və digər (0.3%) cavab variantları qərarlaşıb.
  • Tələbələrin əsas hissəsi, yəni 50.8%-i, ali təhsillilərin isə 43.8%-i yeni universitetin iqtisadiyyat və idarəetmə istiqaməti üzrə ixtisaslaşmasını üstün hesab etdiyini bildirib.
  1. Qarabağ Universitetinin gənclər üçün cəlbediciliyinin artırılması məqsədilə onların universitet seçimində prioritet hesab etdikləri amillər öyrənilib. Bu barədə respondentlərin rəylərinin nəticəsinə əsasən, ilk yerdə 60.3% respondent tərəfindən karyera və iş imkanları mövqeyi qərarlaşıb. Növbəti cavabları nəzərdən keçirdikdə, sorğuda iştirak edənlərin 34.5%-i müəllim heyətini32.5%-i müasir tədris proqramlarının mövcudluğunu, 27.0%-i beynəlxalq əlaqələrin olmasını zəruri amillər kimi qiymətləndirib. Eyni zamanda, respondentlərin 22.9%-i təqaüd imkanlarınınolmasını, 21.0%-i kampus və texniki imkanlarının mövcudluğunu, 17.9%-i təhsil xərcini17.9%-i yerləşdiyi məkan və sosial mühiti1.6%-i digər cavab variantlarını səsləndirib.
  • Respondentlərin bu barədə səsləndirdikləri ilk cavabları təhlil etdikdə, birinci sırada müəllim heyəti (34.5%), növbəti yerdə iş və karyera imkanları (22.9%), müasir tədris proqramları (18.7%), təqaüd imkanları (9.4%), beynəlxalq əlaqələri (7.8%), təhsi xərci (3.1%), yerləşdiyi məkan və sosial mühit (1.6%), kampus və texniki imkanları (1.3%) və digər cavablar (0.8%) yer alıb.
  • Tələbələrin universitet seçimində ən vacib üç amil iş və karyera imkanları (62.3%), universitetin müəllim heyəti (42.6%), kampus və texniki imkanlarıdır (36.1%).
  • Ali təhsillilər isə ilk üç prioritet kimi iş və karyera imkanlarını (61.2%), müasir tədris proqramlarını (48.8%) və müəllim heyətini (46.3%) qeyd edib. 

    Qarabağ Universitetindən gənclərin gözləntiləri

    Qarabağ Universitetinin ölkənin təhsil məkanındakı gələcək statusu ilə bağlı gənclərin gözləntiləri öyrənilib. Onların 62.9%-i Qarabağ Universitetinin ölkənin aparıcı təhsil müəssisəsi olacağına tam inandığını33.8%-i əsasən inandığını bildirib. Respondentlərin cəmi 2.8%-i bu və ya digər dərəcədə inanmadığınıifadə edib. 0.5%-i fikir bildirməkdə çətinlik çəkib.
  • Kişilərin 65.7%-i, qadınların 59.4%-i yeni yaradılan universitetin ölkənin aparıcı təhsil müəssisəsi olacağına inamının tam olduğunu bildirib. Onların 30.0%-i və 38.3%-i buna əsasən inandığını qeyd edib.
  • 18-21 yaş qrupu respondentlərin 50.0%-i, 22-25yaş qrupu üzrə 67.2%-i, 26-29 yaş qrupu üzrə 65.9%-i Qarabağ Universitetinin ölkənin aparıcı təhsil müəssisəsi olacağına tam inandığını bildirib.
  1. Respondentlərin təqribən yarısı, yəni 49.9%-i Qarabağ Universitetinin gələcəkdə beynəlxalq miqyaslı elmi-tədqiqat mərkəzinə çevriləcəyigözləntisini bölüşüb. Onların 20.5%-i universitetin regional miqyaslı, yəni Cənubi Qafqaz miqyasında, 28.8%-i ölkə miqyaslı aparıcı elmi-tədqiqat mərkəzinə çevriləcəyini gözlədiyini bildirib. İştirakçıların 0.8%-i fikir bildirməkdə çətinlik çəkib.
  • Respondent arasında tələbələrin 49.2%-i və ali təhsillilərin 51.2%-i yeni yaradılan universitetin beynəlxalq miqyaslı elmi-tədqiqat mərkəzinə çevriləcəyi gözləntisini bölüşüb.
  • Bu mövqe 18-21 yaş qrupu respondentlərin rəyində 47.6%-ə, 22-25 yaş qrupu üzrə 54.1%-ə və 26-29 yaş qrupu üzrə 48.0%-ə bərabər olub.


    İşğaldan azad olunmuş digər ərazilər barədə gənclərin gözlənti və prioritetləri
  1.  “Qarabağda hansı sahələr üzrə ixtisaslaşmış ali məktəblərin qurulmasını zəruri hesab edirsiniz?” sualına cavab olaraq, respondentlərin bir neçə sahə, yaxud istiqaməti qeyd etməsinə imkan verilib. Nəticələrə əsasən, respondentlərin 42.6%-i hərbi sahədə, 40.5%-i tibb sahəsində, 39.5%-i kənd təsərrüfatısahəsində, 39.0%-i mədəniyyət və incəsənətsahəsində ixtisaslaşmış ali məktəblərin yaradılmasını zəruri hesab edib. Respondentlərin rəylərində növbəti sıralarda texnologiya və mühəndislik (31.9%), iqtisadiyyat və idarəetmə (29.9%), pedaqoji (25.7%), sosial və humanitar elmlər (22.9%) istiqamətləri sıralanıb. İştirakçıların 1.0%-i digər cavab variantlarını səsləndirib.
  • Nəticələri respondentlərin səsləndirdikləri ilk cavabları üzrə nəzərdən keçirdikdə, birinci sırada texnologiya və mühəndislik (31.9%), tibb (21.3%), mədəniyyət və incəsənət (14.0%), sosial və humanitar elmlər (12.7%), iqtisadiyyat və idarəetmə (6.5%), kənd təsərrüfatı (6.2%), hərbi (4.2%), pedaqoji (2.9%) və digər (0.3%) istiqamətlər qərarlaşıb.
  • Ali təhsillilərin bu barədə rəylərində ilk sıralarda kənd təsərrüfatı (49.6%), tibb (41.3%), mədəniyyət və incəsənət (41.3%) cavabları yer alıb.
  • Tələbələrin bu sahədə prioritetləri mədəniyyət və incəsənət (42.6%), tibb (42.6%), iqtisadiyyat və idarəetmə (39.3%) istiqamətləridir.
  1.  Respondentlərə “Yeni universitetlərin, yaxud mövcud universitetlərin filiallarının işğaldan azad olunmuş hansı rayon və şəhərlərdə yaradılmasını istərdiniz?” açıq sualıünvanlanıb və onlara bir neçə cavab səsləndirmək imkanı verilib. Nəticələrə əsasən, gənclərin 71.6%-i Şuşa şəhərində, 34.4%-i Ağdam şəhərində, 33.0%-i Laçın şəhərində, 30.0%-i Kəlbəcər şəhərində, 24.1%-i Füzulişəhərində, 14.7%-i Zəngilan10.2%-i Cəbrayıl9.7%-i Xocalı8.0%-i Qubadlı,6.7%-i Xocavəndşəhərində açılmasını arzu etdiyini bildirib.
  • Respondentlərin bu barədə səsləndirdikləri ilk cavabları təhlil etdikdə, ilk sıralarda Şuşa (49.3%), Füzuli (20.3%), Ağdam (18.6%), Zəngilan (7.5%), cavabları qeyd olunub.
  • Tələbələrin 70.5%-i yeni universitetlərin Şuşa, 29.5%-i Ağdam, 29.5%-i Füzuli şəhərlərində yaradılmasını arzu etdiyini bildirib. Analoji ardıcıllıq ali təhsillilərin mövqeyində də keçərlidir.
  1.  Respondentlərə “Azad edilmiş ərazilərin yenidən qurulması və qayıdış proqramı çərçivəsində təhsillə yanaşı, ölkə rəhbərliyinin digər hansı sahələrdə qərarlar verməsini istərdiniz?” açıq sualı ünvanlanıb və bir neçə cavab səsləndirmək imkanı verilib. Nəticələrə əsasən, respondentlərin 36.7%-i ilk növbədə işğaldan azad olunmuş ərazilərdə sosial rifahın yüksəldilməsi, məşğulluğun təmin olunması və yeni istehsalat müəssisələrinin yaradılması tədbirləri barədə qərarlar verilməsini arzuladığını bildirib. Respondentlərin 15.9%-i abadlıq, turizm və asudə vaxtın təşkili sahəsində, 11.4%-i təhsilsahəsində, 10.9%-i səhiyyə sahəsində infrastrukturun yaradılması gözləntilərini bölüşüb. Növbəti sıralarda kənd təsərrüfatı (7.5%), mədəniyyət və incəsənət obyektlərinin açılması (4.9%), idarəetmə strukturlarının yaradılması (2.3%) və digər (10.6%) cavablar yer alıb.
Paylaş:
Baxılıb: 181 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Maraqlı

Xəbər lenti

Maraqlı

MEDİA

Milli ideologiyamız!

22 Fevral 10:50

Siyasət

Xəbər lenti

Gündəm

Siyasət

Qardaşdan qonaq olmaz!

22 Fevral 10:10  

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Saxta üz kremləri...

21 Fevral 11:14

Xəbər lenti

Mənəviyyat bayrağı

21 Fevral 10:44

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29